Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

 

 

487 



 

 

Nə yatıbsan sağ–solunda, 



 

 

Taqət yoxdu qıç–qolunda. 



 

 

Dur gedək sənin yolunda 



 

 

Sərф edərəm canı, inək. 



 

Cavabında deyir: 

 

 

Qarğa, quzğun görüb leşim,  



 

 

Çox cəфalar çəkib başım,  



 

 

Məni öldürdü qardaşın,  



 

 

Yoxdu səndə beyin, aşıq. 



 

 

 



Kişinin  Adı  Cəфər  imiş.  Indi  onun  oğlu,  qızı  qalır. 

Deyir:  


 

 

Durdu aşıq Cəфərin adı,  



 

 

Hər yerdən gəlir baratı. 



 

 

Yeyib qurtarmısan otu,  



 

 

Onçün yandı yanın, inək. 



 

Inək də alaymış. Aşıq inəyin dilincə deyir: 

 

 

Ala inəyi bağladın tavlıyə,  



 

 

Qızırqalandın tayıya. 



 

 

Axırı saldırdın quyuya, 



 

 

Bundan belə sevin, aşıq. 




 

 

488 



XXVII. DASTANLAR 

 

Ziyad – Şövkət ** 

 

Ustadalar  dastan  deməzdən  ustadnamə  deyərlər,  biz 

də deyək ki, düz olsun, ustad ömrü yüz olsun. 

 

Özündən kiçiyi işə buyurma, 



Sözün yerə düşər, heç miqdar olmaz. 

Hər nə ki, kar görsən, öz əlinlə gör, 

Insan öz işində cəfakar olmaz. 

 

Özündən böyüyün saxla yolunu, 



Düşən yerdə soruş əhli – halını, 

Amanat – amanat qonşu malını, 

Qonşu yox istəyən özü var olmaz. 

 

Soruşdun, qul Abbas, halın necədi? 



Gündüzlərim ay qaranlıq gecədi. 

Sərv ağacı hər ağacdan ucadı, 

Əsli qıtdı, budağında bar olmaz. 

 

Ustadlar  ustadnaməni  bir  deməz,  iki  deyər.  Biz  də 



deyək iki olsun, düşmənin dərdi yekə olsun. 

 

Çoxu aşıqlığı iqdam eylədi, 



Əlində çaldığı saz ola bilməz. 

Istiyir ki, mətahını xırd edə 

Hərifi dəhanda düz ola bilməz. 

 

Qulluq eyləməyən ustad pirinə, 



Nədən bilməm özün salar dərinə?! 

Ala qarğa düşsə su kəmərinə, 

Silkinər, çalxanar, qaz ola bilməz. 



 

 

489 



 

Göycə mahalımdı, Alıdı adım, 

Ümidim, pənahım, mənim imdadım. 

Atəşliyəm, səni yandırar odum, 

Eşq əhlində atəş az ola bilməz. 

 

Ustadlar  ustadnaməni  iki  deməz,  üç  deyər,  biz  də 



deyək üç olsun, düşmən gözü puç olsun. 

 

Yaxşı olar ellik, günlük, obalıq, 



Yalqız daşdan olmaz divar, deyərlər. 

Bəzirgansan, göstərməsən mətahın, 

Axtarıb yükündə nə var deyərlər. 

 

Isgəndər atlandı, çıxdı zülmatdan, 



Xızır gedib içdi abı – həyatdan. 

Bəs düşdü qılıncdan, geyimdən, atdan, 

Süfrəni onlardan suvar deyərlər. 

 

Əsil səyyad saxlar alaca quşu, 



Sərraf olan seçər qiymətli daşı. 

Bir oğul atadan artırsa işi, 

El içində ona tavar deyərlər. 

 

Xoca Əziz quldu, buradan getməz



Seyrağıb olanlar mətləbə yetməz. 

Hər neyləsən ulu yolunda, itməz, 

Yüz min qada başdan sovar, deyərlər. 

 

Keçmiş zamanda Ərdəbil şəhərində Fətəli xan adında 



bir  xan  yaşayırdı.  Fətəli  xanın  Şövkət  adında  bir qızı,  Izzət 

xan  adlı  bir  oğlu  vardı.  Izzət  xan  bığ  yeri  təzəcə  tərləmiş 

gözəşirin oğlan idi. On səkkiz yaşa keçmişdi. Şövkət xanı da 

on  beş  yaşında,  on  beş  gecəlik  ay  kimi.  Aya  deyirdi  sən 




 

 

490 



çıxma, mən çıxacam, günə deyirdi sən çıxma, mən çıxacam. 

Şəhərin  cavanları  bir  könüldən  min  könülə  ona  aşiq 

olmuşdular.  Di  gəl  ki,  Fətəli  xanın  qorxusundan  bir  elçi 

gəlməmişdi qapısına. Görənlər pambux – qov kimi içəridən 

yana – yana qalırdılar. 

Indi eşit söhbətin o biri başından. 

Bu  Fətəli  xanın  naxırçısının,  çobanının,  nökərinin, 

qulluqçusunun  sayı  –  hesabı  yox  idi.  Bunların  içində  Xəlil 

adlı  bir  qoca  naxırçı  da  vardı.  Hamı  onu  Xəlil  naxırçı 

çağırırdı. Xəlil naxırçının gözünün ağı – qarası bir oğlu var 

idi. Adı da Ziyad. Naxırçı oğlu Ziyadın nə qolunu qatlayan 

olmuşdu,  nə  də  kürəyini  yerə  vuran.  Özü  də  on  səkkiz 

yaşına  girmişdi.  Boyuna  –  buxununa  bir  baxan  deyirdi,  bir 

də  baxım.  Özünə  o  qədər  dost  tutmuşdu  ki,  bir  gün  onu 

görməyəndə  dalınca  gəlirdilər.  Fətəli  xanın  oğlu  Izzət  xan 

da Ziyadın xətrini çox istəyirdi. 

Ziyadla  Izzət  xanın  dostluğu  qalsın  bir  yana,  sən 

demə,  xəlbəti  Ziyad  Şövkətlə  görüşürmüş.  Əhdi  –  peyman 

qoyublar  ki,  mən  səninəm,  sən  də  mənim.  Əyər  Ziyad 

dövlətli  olsaydı,  məsələni  açardılar.  Kasıblığın  üzü  qara 

olsun.  Fətəli  xan  naxırçı  oğluna  qız  verər?  Eşqin  közü  hər 

ikisini  yandıra  –  yandıra  dolanlrdılar.  Xəlvəti  –  xəlvəti 

görüşürdülər. 

Qəzanın  beş  barmağı  var,  deyərlər.  Qəza  insanı 

tutanda ikisini gözünə qoyur, gözü görmür, ikisini qulağına 

tıxır ki, danışa bilməsin, bu vaxt qəza insanı tutur.  Indi eşit 

Ziyadın başına gələn qəza – qədərdən. 

Bir  gün  Izzətlə  Ziyad  həyətdə  oynayırdı.  Birdən 

Ziyadın  əlindən  daş  çıxıb  Izzətin  gicgahına  dəydi.  Ziyad 

döndü  ki,  Izzət  yerdə  çabalayır.  Ziyad  bir  az  ayağına  – 

başına  çırpdı. Gördü  yox,  Izzət  nə  gəzir, bayaqdan keçinib. 

Şəhərdən  çıxıb  düşdü  çöllü  –  biyabana.  Bu  burada  qalsın, 

görək Izzət xan nə təhər oldu. 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə