Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə120/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   116   117   118   119   120   121   122   123   ...   135

 

 

472 



tökdülər,  olmadı  ki,  olmadı.  Aşığı  yola  gətirə  bilmədilər. 

Yığılıb, qayınlı, qardaşlı Şıxmahmud kəndinə gəldi. 

Yəni  1927  –  ci  ildə.  Xatın  da  böyümüşdü,  elə  bu 

kətdə  getdi  məhtəbə.  Aşıq  Cəfər  burada  da  qardaşı  –  qaynı 

ilə birlikdə işlədilər. Özü də Tərlan xanımı götürüb çıxdılar 

dağa.  Naxçıvan  rayonunda  olan  Keçəl  dağa.  Yenə  dəvələr 

yükləndi,  farmaşlar  qablandı,  çatıldı  dəvələrə.  Aşıq  Cəfər 

dağda  özünə  bir  qırmızı  at  aldı.  Xurcunu  atdı  atın  tərkinə. 

Xatım  da  aldı  qucağına,  karvana  baş  çəkə  –  çəkə,  mənzil 

düşə  –  düşə  Qızılboğaza,  Şahbuza,  Arınca,  Küküyə  baş 

çəkdilər. Gördülər ki, yoldan iki nəfər yenib gəlir, dedilər: 

–  Aşıq  Cəfər,  çiyinlərində  saz  da  var.  Aşıq  Cəfər 

dedi: 

– Gözüm üstə yerləri var. 



Gəlhagəl  gəlib  çatdılar  məclisə,  aşıq  Cəfər  aşıqla 

görüşdü. Adını dedi, aşıq dedi eşitmişəm. Mən də Çullu aşıq 

Haşımam,  yanımdakı  da  balamançıdı,  adı  da  Aydındı. 

Cəbrayıl 

rayonundandı. 

Aşıqla 


balamançı 

oturdular 

məclisdə.  

– Aşıq Haşım, məclis mənimdi, verirəm sana. Bir az 

oxu,  qulax  asağ.  Aşıq  Haşım  nə  qədər  dil  tökdü,  gördü  ki, 

yox,  Cəfər  əl  çəkmir,  başladı  oxumağa,  bir  az  oxuyannan 

sonra sazını qoydu köynəyinə, dedi: 

–  Aşıq  Cəfər,  indi  məclis  sənindi.  Aşıq  Cəfər  sazı 

köynəkdən  çıxardı,  "Dilqəmi"  kökü  verib  sazı  dilləndirdi. 

Haşımla balamançının ağzı açıq qalmşdı. Aşıq Haşım ayağa 

qalxdı,  getmək  üçün  hazırlaşdı.  Aşıq  Cəfər  aşıqla 

balamançını  evə  təklif  elədi.  Onlar  süfrə  başında  oturdular, 

yedilər, içdilər. Getmək vaxtı çatanda aşıq Haşım dedi: 

– Cəfər, Aydını sənin yanında qoyub gedirəm, özü də 

qalmax  istiyir.  Aşıq  Haşım  getdi.  Balamançı  qaldı  aşıq 

Cəfərin  yanında.  Bu  tərəfin  camahatı  çox  qonaxpərəst, 

hörmətcil olur. Aşıq Cəfərgilin obası Niyazqulular obası ilə 

yaxın  idi.  Cəfərin  Xatınnan  başqa  övladı  yox  idi.  Xatın  da 




 

 

473 



nə xatın. Aşıq qızı oynamağa düşəndə on iki hava dəyişərdi, 

yorulmax  bilməzdi.  Yenə  də  axşamüstü  obada  məclis 

başlanmışdı.    Məclis  də  qonaqsız  olmurdu.  Niyazqulullar 

obasında Cahan xanım adlı bir gəlin var idi. Bir də gördülər 

ki,  Cahan  xanım  ağ  geyinib,  ağ  ipəkdən  tuman,  qarabaşı 

paltarı  yaşıl  ipəkdən,  başında  qara  kəlağayı,  ayağında  qara 

qondara,  çiynində  mis  səhəng,  yaşı  çox  olmasına 

baxmıyarax, deyərdin təzə gəlindi. Obabaşı aşığa işarə elədi. 

Aşıq  çönüb  nə  görsə  yaxşıdı  Cahan xanım  az  qalır  yeridiyi 

yolu  partlada.  Aşıq  obabaşıya  baxıb  üçtelli  sazı  sinəsinə 

basdı, aldı görək nə dedi:  

 

Əzəl ilqar verəsiydi ilqarından döndü gəlin 



Əlində məzə şərbəti, məclisi dolandı gəlin 

Cismimi pərvayiş etdi, atəş tutub yandı gəlin, 

Afərin, səd afərin, gör nə gözəl candı gəlin. 

 

 



Yeriyəndə min naz ilə yerişin qaza bənzətdim

Uca boylu, mina gərdən, boyun şahbaza bənzətdim, 

Bilmirəm yaşın neçədi, baxdıqca qıza bənzətdim, 

Bir cüt busə eyləsən elə bil ehsandı, gəlin. 

 

Qüdrətindən çəkilibdi qaşlarının tağı da var. 



Irəngi lalə, göz piyalə, buxağının ağı da var. 

Könüldən aşiq olmuşam, uzaqdan sorağı da var. 

Aşiqini gözdən salma, ölürəm, amandı, gəlin. 

Səni sevən kimsənələr necə qəlbindən yanmasın, 

Adı gözəl, özü gözəl doğan ana utanmasın. 

Danışıban, vədələşib gərək sözündən dönməsin, 

Aşıq Cəfər otağında bir gecə mehmandı gəlin. 

 



 

 

474 



Cəfər  qonaqları  ilə  evə  qayıdanda  Tərlan  xanımı 

kefsiz  görüb  soruşdu  ki,  nə  olub,  niyə  elə  eliyirsən.  Tərlan 

xanım dedi: 

–  Aşıq,  qıçım  sızıldayır.  Nə  isə  aşığın  da  kefi 

pisləşdi.  Səhər  üzünüzə  xeyirliklə  açılsın,  qaldı  səhərə. 

Yatdılar,  səhəri  açdılar,  səhər  aşıq  Cəfər  obabaşının  yanına 

gəlib dedi: 

–  Tərlan  xanımın  qıçları  ağrayır.  Istiyirəm  isti  suya 

aparam.  Obabaşı  ilxıdan  bir  at  gətirib,  yəhərlədi,  göndərdi 

aşığın qapısına. 

Xatını  qonşulara  tapşırıb  getdilər,  bir  neçə  saatdan 

sonra  çatdılar  isti  suya.  Bir  millət  var  idi  ki,  gəl  görəsən, 

hamı  düzülmüşdü  növbüyə.  Aşıq  Cəfər  atdan  düşüb,  atın 

qıçını  çıdarladı,  irəli  yeridi,  salam  verib,  salamın  aldılar, 

görüşdülər. Aşığa olmazın hörmət elədilər. 

Aşıq dedi: 

– Camaat, dağlara 3 – 4 kəlmə sözüm var. Telli sazı 

bağrına basdı, görək nə dedi: 

 

Hacılı, mərdanlı bir də ki, Qışlax 



Aşıq hər il sizə mehman olacaq. 

Tərifin eylərəm sənin "Keçəl dağı" 

Dərdlərə dərmandı şəfa bulağı. 

 

Qanlı göldü obaların bəzəyi 



Ömr uzadır dağın suyu, çiçəyi 

Salvartıdı yaylaqların ürəyi 

Gələn olur çəmənliklər qonağı. 

 

Batabata gedən istəmir gəlsin, 



Istirahət edib orda dincəlsin. 

Saz səsi, mey səsi göyə yüksəlsin

Məclislər başlansın hər axşamçağı. 

 



 

 

475 



Hörmət eylədiniz aşıq Cəfərə, 

Ayrılmaq istəmir sizdən bir kərə. 

Ildə saz götürüb çıxa səfərə, 

Necə səfalıdı dağlar qucağı. 

 

Aşıq Cəfərin şagirdləri də çox idi. Onnardan Hidayət 



Qocayev,  Abdulla  Abasov,  Bəmullah  Allahverdiyev,  Qulu 

Vəliyev. Onnardan 3 – ü getdi müharibəyə gəlmədi. O, 1890 

–  cı  ildə  anadan  olmuşdu.1943  –  cü  ilin  mart  ayında 

gecələrin birində qızı Xatına vəsiyyətini elədi: 

 

Ala göz canan qaldı. 



Od tutub yanan qaldı. 

Çox çalışdım dünyada, 

Kimləri salım yada. 

 

Tərsə saldı işimi, 



Bir can borcluyam sana. 

Ölürəm yana – yana, 

Bir qız nişanam qaldı. 

 

Aşıq Fətullah ** 



 

1920  –  ci  ildə  Babək  rayonunun  Şıxmahmud 

kəndində  doğulmuş,  1942  –  ci  ildə  Böyük  Vətən 

müharibəsində həlak olmuşdur. 

Aşıq Cəfər Cəfərova şəyirdlik etmişdir. Istedadlı aşıq 

kimi tanınmışdır. 



Istər könlüm 

 

Baharın xoş fəsli güllər açanda 

Nərgiz, bənövşəli yaz istər könlüm. 

Tovuz tamaşalı, tərlan duruşlu 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə