Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə116/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   112   113   114   115   116   117   118   119   ...   135

 

 

454 



Biçaradı, ondan sənə yar olmaz. 

Düz çıxmaz ilqarı, əhdi, peymanı, 

Hərcayıdı, onda düz ilqar olmaz! 

 

Ismayıl  sazını  da  götürüp  bulağa  gedir.  Bir  zaman 



görür ki, uzaxdan sərv boylu, yaraşıxlı bir qız gəlir. Ismayıl 

bu  qızın  gözəlliyinə  aşiq  olur.  Nə  qədər  çalışır  ki,  qıza  bir 

söz  desin,  amma  nitqi  tutulur.  Işi  belə  görüp  dağları 

qarğıyır: 

 

Dağlar, otun qurusun, 



Otun, suyun qurusun, 

Sənin də mənim kimi, 

Matın–qutun qurusun. 

 

 



Bu  vaxt  bulağa  bir  dəstə  qız  gəlir.  Onlar  Ismayılı 

tanıyır və deyillər ki, bu oğlan Bədircahanın nişanlısıydı, qız 

ona  gəlmədi,  çıxıp  getdi.  Qız  bu  sözü  eşidir  və  sənəyini 

götürüp  getmək  istiyir.  Ismayıl  qızın  getdiyini  görüp  sazını 

sinəsinə sıxır və deyir: 

 

Bir sözüm var sənə pünhan deməli, 



Qayıl olsan deyim, gəl, sənə qurban. 

Həsrətdəyəm didarını görməyə, 

Söyləyim dərdimi, bil, sənə qurban. 

 

Ismayıl der əzəl yetdim kamala, 



Gözəllikdə nöqsan yetməz camala. 


 

 

455 



Düşmən görüb düşmə özgə xiyala, 

Dost kimi bir əylən, dur, sənə qurban. 

 

 

Qız  bu  sözdən  sonra  ayax  saxlıyır.  Ismayıl  qızın 



dayandığını görüb yenə deyir: 

 

Əyninə geyibsən əlvan naxışı, 



Könlüm bir şüşədi, gəl vurma daşı. 

Elimin göyçəyi, könlümün quşu, 

Uçurmam gedəsən bu eldən səni. 

 

 



Ismayıl  görür  ki,  qız  dayanıp  ona  baxır,  dərhal 

mətləbi anlıyır. Yaxınlaşıp danışıllar, sözləşib əhdi–peyman 

bağlıyıllar.  Bu  vaxt  Ismayılın  anası  bir  dəstə  kənd  camaatı 

ilə  gəlib  çıxır.  Ismayıl  onları  görüb  qəlbi  фərəhlənir  və 

deyir: 

 

Behiştdə hurilər, göydə mələklər, 



Gözəllikdə bizim yarı deyiblər. 

Yusiф çıxdı o bazarda satıldı, 

Kasad olmuş o bazarı deyiblər. 

 

 



Zeynəb  arvad  oğlu  Ismayılın  təzə  sevdasına  çox 

sevinir.  Qohum–qəbləni  götürüb  Nənəqıza  elçi  gedir, 

sözünü alıp büsat qurullar, toy edib cavannarı qovuşdurullar. 



 

 

456 



AŞIQ NƏCƏФALI 

 

Şahbuzun  Kükü  kəndindən  olan  Aşıq  Nəcəфalının 

da  ədəbi  irsi  itib–batmış,  şeirlərinin  çox  az  bir  qismi  və 

həyatı ilə bağlı bəzi rəvayətlər yaşlı qocaların haфizələrində 

yaşamışdır.  Aşıq  Nəcəфalının  Şahbuzun  Aşağı  Remeşen 

kəndində  yaşayan  qohumları  onun  həyatı  ilə  bağlı  maraqlı 

dastan–rəvayətlər söyləyirlər.  

 

Rəvayət 

Aşıq  Nəcəфalı  Kükü  kəndinin  bəyi  Qara  ağanın 

nökəri  imiş.  Bir  gün  Qarabağın  bəyləri  «Keçəl  dağ» 

yaylağına  istirahətə  gəlillər.  Bu  bəylərin  arasında  Qara 

ağanın  Mahmud  bəy  adında  qarabağlı  bir  dostu  da  var  idi. 

Odur  ki,  Qara  ağa  öz  nökəri  Nəcəфalını  göndərir  ki,  gedib 

yaylaxdan Mahmud bəyi qonax gətirsin. Nəcəфalı Mahmud 

bəyi  gətirməyə  gedərkən  orada  onun  qızı  Pərzad  xanımı 

görür  ona  vurulur.  Ancax  özünü  sındırmamax  üçün  Pərzad 

xanıma  bildirir  ki,  Qara  ağanın  oğludur.  Pərzad  xanım  da 

Nəcəфalıya  aşiq  olur.  Qara  ağanın  evində  Mahmud  bəyin 

gəlişinə  görə  ziyaфət  verilir.  Bu  ziyaфətdə  Qara  ağa  eşidir 

ki,  nökəri  yalan  danışıb,  özünü  bəy  oğlu  kimi  nişan  verib. 

Odur  ki,  Nəcəфalını  döydürüb  evdən  qovur.  Nəcəфalı  isə 

Qara ağanın evini tərk edən zaman deyir: 

Zaman belə qalmaz, bir dövran gələr, 

Ağalar alçalar, nökər yüksələr. 

Qamçı işdən düşər, ürəyim bilər, 

Zülmünü yadına salarsan bir gün! 

Mən bilirəm, məndən xuda alıbdır, 



 

 

457 



Özüm qovulmuşam, haqqım qalıbdır, 

Yerinən göy bu zülm ilən dolubdur, 

Vaxt olar bu günü dilərsən bir gün! 

 

Nəcəфalı sənə dedi sözünü, 



Qan–yaş ilə sən doldurdun gözünü, 

Bir vaxt olar tanıyarsan özünü, 

Əhdini nökərdən dilərsən bir gün! 

 

Aşıq Məmmədcəfər



 

 

Aşıq Məmmədcəfər XIX əsrin sonlarında anadan 

olmuşdur. 

 

Rəvayət 



 

Məmmədcəфər  bir  gün  yorğun  halda  tarlada 

yatarkən  müqəddəslər  yuxusuna  girib  buta  verir  və 

bildirillər  ki,  Mehdi  xanın  qızı  Səhnə  xanımla  deyişmək 

üçün  Darabasa  getsin.  Beləliklə,  Məmmədcəфər  yuxudan 

oyanır və arabasını duzla yükləyib alver adı ilə Mehdi xanın 

mənzilinə  gəlib  çıxır.  Mehdi  xana  xəbər  çatır  ki,  bir  nəфər 

duz  satan  gəlib,  özü  də  Səhnə  xanımla  deyişmək  istəyir. 

Mehdi  xan  bu  xəbəri  eşitcək  adi  bir  duz  satanın  bu  cür 

cəsarətinnən  qəzəblənir,  and  içir  ki,  əgər  deyişmədə  Səhnə 

xanıma məğlub olsa onun cəzası çox ağır olacaq. Nəhayət, 

məclis qurulur, Məmmədcəфər məclisə cütcü libasında, çox 

yoxsul 

bir 


görkəmdə  daxil  olur.  Səhnə  xanım 


 

 

458 



Məmmədcəфəri  bu  qiyaфədə  görüb  onun  saz  və  söz  ustası 

olmasına şübhə edir, sazını sinəsinə basıb deyir: 

Səhnə xanım: 

Biizdən salam olsun, ay gələn aşıq, 

Nə karəsən bu meydanə gəlibsən? 

Məyər eşitmədin adü sanımı? 

Ya dəlisən, ya divanə, gəlibsən! 

 

Aşıq Məmmədcəфər: 



Əleyküməssəlam, ey Səhnə xanım, 

Dovtələbəm, bu meydanə gəlmişəm. 

Gərək eşq yolunda qoyam sərimi, 

Qəsd eləyib şirin canə, gəlmişəm! 

 

Səhnə xanım: 



Könül gəzər Sübahanı, Kaşanı, 

Tanımaram xanı, bəyi, paşanı, 

Səndə yoxdur aşıqlığın nişanı, 

Duz satansan, sən karvanə gəlibsən! 

 

Səhnə xanımın bu sözlərinnən sonra Məmmədcəфər 



görür  ki,  bu  qız  doğrudan  da  sənət  əhlidir,  hətta  onun  duz 

satan  olduğunu  da  bildi.  Odur  ki,  deyişmənin  qaфiyəsini 

dəyişir ki, bəlkə bu yolla ona qalib gələ. 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə