Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə114/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   110   111   112   113   114   115   116   117   ...   135

 

 

442 



 

Sən bizi arayıb axtarsan əgər, 

Darabasda yoldan kənar bir qədər, 

Məhəmməd qızıyam, adım Gülənbər, 

Alsan yarı ollam sən tək oğlanın. 

Qıznan  oğlanın  bu  görüşünnən  Məhəmməd  bəy 

xəbər tutur və Aşıq Həsənalını o ki, var döydürüb kənddən 

qovur.  Gülənbər  Həsənalının  ayrılığına  dözə  bilmir, 

sevgilisinə bir məktub yazıb atasının çobanı Səttara verir və 

deyir: 


Başına döndüyüm əhli–hal çoban, 

Sən gedərsən Naxçıvana yetərsən. 

Nabələd olsan da, xəbər alarsan, 

Bu məktubu o oğlana verərsən. 

 

Baislərin görüm üzü gülməsin, 



Heç bir gözəl Gülənbər tək olmasın, 

Elə çatdır özgə adam bilməsin, 

Çəkib onu bir pünhana, verərsən. 

 

Axtarıb arayıb tapıb özünü, 



Çatdırarsan ona mənim sözümü, 

De, eşitsin, bilsin sözün düzünü, 

Gəlsə düşməz nahaq qana, verərsən. 

Gülənbər  məhtubunda  Həsənalıya  onun  yolunu 

gözlədiyini  bildirir,  libasını  dəyişib  Darabasa  gəlməyi 

tapşırır.  Aşıqdan  başqa  heç  kimə  könül  vermiyəcəyinə  və 

əhdinə sadiq qalacağına and içir: 

Oğlan, hara gedib, nə axtarırdın? 

Mənim atam ilə bədə varırdın, 

Əgər ki, qəlbində yar axtarırdın, 

Üz qoyuban Darabasa gələrsən. 

Gülənbərəm, mən çəkirəm ah–zarı, 

Nə müddətdir gözləyirəm yolları, 



 

 

443 



Əgər ki, gələsən sən bizə sarı, 

Bürünərsən tərs libasa, gələrsən. 

 

Atam, anam belə bir iş görərsə, 



Sınmış qəlbi əyri qoyub hörərsə, 

Səni qoyub başqasına verərsə, 

Mən ölərəm, sən də yasa gələrsən. 

Gülənbərin  göndərdiyi  çoban  Səttar  gəlib  Şahbuzun 

Xinzirək kəndinə çatır və Mədəd adlı birinin evində qonaq 

olur.  Mədəd  çobana  bələdçilik  edir,  gəlib  Şahbuzun  Zırnel 

kəndində Aşıq Həsənalı ilə görüşüllər. Həsənalı Gülənbərin 

məhtubunu oxuyub sevgilisinin dediyinnən hali  olur. Lakin 

Məhəmməd  bəyin  onu  döydürüb  kənddən  qovdurması  da 

xatirinnən  çıxmır.  O  bilir  ki,  Gülənbərin  ardınca  Darabasa 

getsə,  yenə  müsibətə  düşəcək.  Odur  ki,  Gülənbərə  belə  bir 

məhtub yazıb çoban Səttara verir: 

Güllər içrə seçdim süsənbər səni, 

Bilirəm özümə bir ənbər səni, 

Həsənəm, sevmişəm, Gülənbər, səni, 

Düşməgilən kəm xəyala, gəlmənəm. 

 

Başqasına baxıb köks ötürmənəm, 



Səndən özgə gözəl mən gətirmənəm, 

Ölərəm, mən səndən əl götürmənəm. 

Başım düşər qalmaqala, gəlmənəm. 

 

Demirəm qorxuram xanü bəyindən, 



Xəyal düşüb qeyri hala, gəlmənəm. 

Əyər sən gələsən, yolun gözlərəm, 

Üz döndərib, o mahala gəlmənəm. 

 

Aşıq  Həsənalı  məhtubunda  sevgilisi  Gülənbərdən 



gizlicə Naxçıvana, onun yanına gəlməyi iltimas edir: 

Əgər ki, arasan mənim yerimi, 

Sevər olsan, bu mahala gələrsən. 



 

 

444 



Mənim dediyimi atan bilməsin, 

Başım düşər qilü–qala, gələrsən. 

 

Hələ yaşayıram, bu cahandayam, 



Bəy, ağa gözündən çox pünhandayam, 

Dulusdan gəlmişəm, Naxçıvandayam, 

Məni sevsən, bu mahala gələrsən. 

 

Adım Həsənalı, özüm sərsəri, 



Bu qısa məktubla verdim xəbəri, 

Keçərsən gələrsən Uruddan bəri, 

Ağdabandan aşıb dala, gələrsən. 

 

Çoban  Səttar  Aşıq  Həsənalının  məhtubunu  aparıb 



Gülənbərə  verməzdən  qabaq  Məhəmməd  bəyin  ilxıçısını 

görür,  Naxçıvannan  gəlib  Gülənbərə  məhtub  gətirdiyini 

söylüyür. Ilxıçı bu işlə maraxlanıb məhtubu çoban Səttardan 

alır  və  aparıb  Məhəmməd  bəyə  verir.  Məhəmməd  bəy 

фikirləşir ki, bu işi belə qoysa  Aşıq Həsənalı bir gün  gəlib 

qızı qaçıracax və onu el içində xar edəcək. Odur ki, dərhal 

qızı  Gülənbərə  toy  eləyir  və  onu  zorla  dostu  Səфər  bəyin 

oğluna verir. 

 

Uzun  illər  keçir,  Həsənalı  bir  gün  Darabasa  gedir. 



Lakin  eşidir  ki,  Gülənbəri  zornan  başqasına  ərə  veriblər. 

Odu ki,  el  içində  xar olmasın  deyə  Darabasdan  Mələk  addı 

bir  qız  gətirir  ki,  kənddə  desinnər  aşıq  getdi  sevgilisin 

gətirdi. 




 

 

445 



 

 



 

 

446 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

447 



 

Naxçıvan Aşıqlar Birliyinin 1939-1940-cı illərdəki 

yığıncaqlarının protokolları 


 

 

448 



Aşıq Molla Ismayıl 

 

 

XIX  əsr  Şahbuz  aşıqları  içərisində  Aşıq  Molla 



Ismayıl  da  öz  dəsti–xətti  ilə  seçilən  aşıqlardan  olmuşdur. 

Məşədi  Məhəmməd  oğlu  Molla  Ismayıl  Şahbuzun  Aşağı 

Qışlaq kəndində doğulmuş, orada da yazıb–yaratmışdır. 

 

Üçünə 

Ay ağalar, beş gözələ uğradım, 

Gözüm düşdü gözəllərin üçünə. 

Istərsən kövsərdən sirab alasan, 

Qul olginən, qulluq eylə üçünə. 

 

Kim yandırdı kimin dü balü pərin? 



Ustadı yolunda kim qoydu sərin? 

Kimlər dedi ustadına aфərin? 

Biri mimdi, biri cimdi, üçü nə? 

 

Allah peyğəmbərə göndərdi salam, 



Onların şənində oxur kim kəlam? 

Beş ulu peyğəmbər, dəфtəri–aləm, 

 

      Biri Nuhdu, bir Ibrahim, üçü nə? 



 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə