Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə115/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   111   112   113   114   115   116   117   118   ...   135
    Bu səhifədəki naviqasiya:
  • Qaldı

 

 

449 



Ismayıl der budu sözün kutahı, 

Heydərə qul olan heç çəkməz ahı, 

Dilində vird eylə kalamullahı, 

Əməl eylə beş vaxtının üçünə. 

 

Qaldı 

 

Əcəl yastığına başım yetəndə, 

Фikrim xəyalımda nə isə qaldı. 

Ya məndul gey, ya zərbab gey, ya zər gey, 

Əynimdə libasım nə isə qaldı. 

 

Qızılın, gümüşün yoxdu dəyəri, 



Qılıncın, qalxanın yox havadarı, 

Qohumum, qardaşım, gül üzlü yarım, 

Oğul–uşaqlarım nə isə qaldı! 

 

Bu dünyada beş gün gəzdik əmanət, 



Əmanətə gəl eyləmə xəyanət. 

Ya bir dayət imiş, ya bir imarət, 

Əlvan otaqlarım nə isə qaldı! 

 

Nə Israфil kimi sur çalasan, 



Nə Əzrail təkin canlar alasan, 

Nə Ismayıl tək фəqir olasan, 




 

 

450 



Divanım, kitabım nə isə qaldı! 

 

Rəvayət 

 

Danışıllar  ki,  bir  gün  valideynnəri  Ismayılı 

evləndirməh  istiyillər.  Şahbuzun  Biçənəhdən  yuxarı  Zırnel 

kəndində yaşayan Bədircahan addı bir qızı köhnə qayda ilə 

Ismayıla nişannıyıllar. Ismayıl Bədircahanın üzünü görməsə 

də,  dədə–baba  adətinə  tabe  olur.  Toy  günü  Aşağı  Qışlax 

kəndinin  mollası  Molla  Əhməd  Ismayılın  anası  Zeynəbdən 

bir  cüt  naxışdı  yun  corap  istiyir.  Zeynəb  arvad  isə  tabağa 

qoyacağı qırmızı, yaşıl və çəhrayı rəngli corabları yerbəyer 

eləyib  mollaya  cavab  verir  ki,  bax,  bu  bir  corab  gəlinin 

qardaşının,  biri  atasının,  biri  də  əmisinin.  Xülasə,  artıq 

corabım yoxdur ki, sənə verim. Zeynəb arvadın bu sözünnən 

Molla Əhməd bərk hirslənir və hədə–qorxu gəlir. Vaxt olur 

ki,  Ismayıla  gəlin  gətirməyə  gedillər.  Molla  Əhməd  oğlan 

evini  gəlinin  dalınca  göndərir,  özü  isə  qayıdıp  Molla 

Cəфərlə  birlikdə  bir  tərs  dua  yazıb  yandırır,  külünü  isə 

tüфəngə qoyub atır ki, heç nə ələ gəlməsin. 

 

Molla  Əhmədin  cadusu  Ismayılı  sağalmaz  dərdə 



salır. Toy gecəsi isə nə qədər çalışıllar, gəlin atdan düşmür 

və  evlərinə  qayıtmax  istiyir.  Bəyin  adamnarı  və  kənt 

camaatı bu rüsvayçılığa razı olmurlar. Gəlini aparıp qonşuya 

qoyullar  ki,  bəlkə  sora  razı  salalar.  Ancaq  Bədircahan 

inadınnan  dönmür.  Bu  rüsvayçılığa  dözə  bilmiyən  Ismayıl 

xəstələnip  yatağa  düşür  və  üzünü  görmədiyi  bir  qızı  ona 

gəlin  gətirdiyi  üçün  anasını  məzəmmətdiyir,  Molla  Cəфəri 

qarğıyır: 

Ismayılam, düşdüm mən də çöllərə, 

Xəncər batsın görüm yaman gözlərə, 

Həsrət qoydu məni gül sənəmlərə, 



 

 

451 



Lənət gəlsin görüm Molla Cəфərə. 

 

Bədircahanı  yola  gətirmək  üçün  dua  yazdırıllar, 



Ismayılı  isə  ziyarət  üçün  Xorasana  aparıllar.  Lakin  heç  nə 

bəyə  və  gəlinə  köməh  eləmir.  Zeynəb  arvad  iki  inəyini  və 

bir  gəbəsini  aparıp  Molla  Əhmədə  verir  ki,  bəlkə  o, 

cavannara kömək edə. Ancaq yenə də bir çarə hasil olmur. 

 

Bir gün Ismayıl anasınnan xahiş edir ki, Bədircahanı 



yola  gətirib  bulağa  aparsın  və  Ismayıl  bulaq  başında  qızla 

görüşüb  onu  razı  salsın  ki,  bəlkə  bu  yolnan  rüsvayçılıxdan 

yaxasını  qurtara.  Qonşu  qızlarının  köməyi    ilə  Bədircahanı 

bulağa  aparıllar.  Ismayıl  sazını  da  götürüb  Bədircahanı 

görməh üçün bulağa gedir. Qızı ələ gətirməh üçün onu təriф 

etməyə başlayır: 

 

Yenə halqalanır ahu saşların, 



Aləmə od salır kaman qaşların, 

Biçarə Ismayıl, qanlı yaşların, 

Aləmi sellərə verəcək oldu. 

 

 



Ismayılın  səsinə  kəndin  camaatı  yığılıb  gəlir. 

Adamnarın  cəmnəşdiyini  görən  Bədircahan  özünü  itirir, 

arxıya dönəndə niqabı üzünnən düşür. Ismayıl Bədircahanın 

alma  yanaxlarını görüb  ürəyi tab gətirmir və  yenə də sazını 

sinəsinə sıxıp deyir: 

 

Cəllad baxışların səbrim alanda, 



O şahmar saçların məni çalanda, 

Niqab üzdən atıb yana salanda, 




 

 

452 



Ismayıl seyrinə çıxacaq oldu. 

 

Lakin Bədircahan Ismayılın sözünə məhəl qoymayıp 



onnan  uzaxlaşır.  Ismayıl  qızın  dalınca  getmək  istəsə  də, 

ayaxları yerimir və deyir: 

Beş qədəm yeridim, qurudu qanım, 

Yeddi göydən keçdi ahü фəğanım, 

Elə ki, gözümdən yayındı, canım 

O yarın yolunda çıxıcaq oldu. 

 

Bir tovuz geyimli, laçın bəzəkli, 



Yayındı gözümdən, gedəcək oldu, 

Nakam Ismayılın ağlar didəsi, 

Şahbuzu sellərə verəcək oldu. 

 

 



Bu  vaxt  Ismayıl  görür  ki,  anası  oğlunun  bu  halına 

camaatın  arasında  zulum–zulum  ağlayır.  Odur  ki,  anasına 

üzünü tutub Bədircahanı qarğıyır: 

 

Gecə–gündüz mən ağlaram zarü–zar, 



Şahbuzun dağların eylərəm tar–mar, 

Anacan, könlümü qoyma intizar, 

Başında çatlasın öz havan, gəlin! 

 

 



Bədircahan  yarğanı  aşıb  gözdən  itir.  Ismayıl  bu  işə 

bir çarə olmadığını görüp camaata deyir: 

Ay ağalar, bir tərlanı uçürdum, 



 

 

453 



Sağ əlimdən sol əlimə alınca, 

Onu alan xeyrin, bəhrin görməsin, 

Naləm vardır mənim onun dalınca. 

 

Kəndin  ağsaqqalları  Ismayılın  anasına  məsləhət 



verillər  ki,  kasıblara  nəzir–niyaz  paylasın,  bəlkə  oğlunun 

qisməti  dəyişə.  Zeynəb  arvad  ağsaqqalların  məsləhəti  ilə 

gedib  Molla  Əhmədə  verdiyi  bir  gəbəsini  və  iki  danasını 

alıb  gətirir.  Inəkləri  kəsip  kasıb–kusuba  paylıyır.  Bütün 

camaat  Allahdan  dua  edirlər  ki,  Ismayıla  bir  halal  qız 

yetirsin. Camaatın duası qəbul olunur. 

 

Bir  gün  Ismayıl  yatıb  yuxuda  görür  ki,  nişannısı 



Bədircahan  ilan  cildinə  girib  onu  çalmax  istiyir.  O  qışqırıb 

yuxudan oyanır və yuxusunu anasına danışır: 

 

Eşidənlər, görün bu söz yalandı? 



Leyli dərdi Məcnun çölə salandı, 

Hamı bilir ilan adam çalandı, 

Özüm öz əlimlə mar alan könlüm. 

 

 



Anası  Ismayıla  təskinlih  verir.  Ismayıl  bir  gün 

yuxuda  nurani  bir  qoca  görür.  Yuxuda  ona  deyillər  ki, 

Bədircahan  şahmar  ilana  dönüb,  onnan  sənə  yar  olmaz. 

Sübh  tezdən  bulağa  get,  qarşına  çıxan  Nənəqız  adlı  birinci 

qız sənin qismətindir. 

 

Ismayıl  yenə  də  yuxusunu  anasına  danışır.  Anası 



deyir  ki,  oğul,  verdiyimiz  nəzir–niyaz  qəbul  olunup. 

Bədircahanı  yadından  çıxart  və  bulağa  get.  Anasının  sözü 

Ismayıla xoş gəlir və könlünə xitab edib deyir: 

Dəli könlüm, nə divana gəzirsən? 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə