Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə113/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   109   110   111   112   113   114   115   116   ...   135

 

 

436 



 

Xəncəl, bıçax, kəs–küs, 

Xırda bıçax, kəs–küs. 

O adam yalvarmasın, 

Qapımızdan boylanmasın, 

 

Məktub yazıb yollamasın, 



Qəndimizi oğramasın, 

Yayda mənnən oynama, 

Qışda mənnən oynama! 



 

 

437 



XXVI. AŞIQLAR VƏ AŞIQ RƏVAYƏTLƏRI 

AŞIQ  ABBAS DƏHRI

 

Aşıq  Abbas  Dəhri  Ordubadın  Dəstə  kəndindəndir. 



Mənbələrdə onun kamil bir sənətkar olduğu, tez–tez Irəvan, 

Gəncə,  Şamxor,  Tiflis,  Ələmdar,  Xoy,  Təbriz  və  başqa 

yerləri dolaşması, aşıqlıq etməsi göstərilir. 

 

Gültəndi 



 

Gəminin yükü üzümdür, 

Gəmi gəmiyə düzümdür, 

Gəmiçi qardaş, yavaş sür, 

Gəmidəki qız bizimdir. 

 

Gəminin yükü qovundu, 



Gəmi gəmiyə toxundu, 

Gəmiçi qardaş, yavaş sür, 

Gəmidəki qız qohumdu. 

 

Gəminin yükü ərikdi, 



Gəmi gəmiyə sərişdi, 

Gəmiçi qardaş, yavaş sür, 

Gəmidəki qız фərikdi. 

 

Gəmiyə vurdular qəndi, 



Gəmi gəmiyə dirəndi, 

Gəmiçi qardaş, yavaş sür, 

Gəmidəki qız Gültəndi. 

              * 



                 * 


 

 

438 



 

Aşıq  Abbas  Xoy  kəndində  olarkən  Əhmədxan  adlı 

bir  varlı  ilə  qonşu  olur.  Əhmədxanın  yeganə  qızı  olan 

Züləldanı  mülkədar  oğlu  Ağaxan  istəyir.  Qız  elçilərin 

qarşısına 

ağır 


şərtlər  qoyaraq  bu  arzudan  onları 

çəkindirməyə  çalışır.  Aşıq  Abbas  bununla  bağlı  aşağıdakı 

qoşmanı yazır: 

 

Əhmədxan qızıyam, adım Züləldan, 



Qəm–qüssə bilmədim ömrümdə bir an. 

Elçilər göndərir mənə Ağaxan, 

Gedin məndən edin siz ona bəyan: 

 

Bir otaq istərəm – tamam buxarı, 



Ustasın istərəm çəkə yuxarı, 

Bir oğlan istərəm mahud çuxalı, 

Yar yolunda düz ilqarın istərəm. 

 

Bir otaq istərəm həmamə yaxın, 



Sağına, soluna həmayil taxım, 

Yar gəlib gedəndə boyuna baxım, 

Mən mahalın sərvi–yarın istərəm. 

 

Bir otaq istərəm tamamən şüşə, 



Ustasın istərəm tuta gümüşə, 

Bir oğlan istərəm buğu bənövşə, 

Onun üçün mehmandarın istərəm. 

 

Əhmədxan qızıyam, boyum sərvi–naz, 



Göllərə tökülür ördək ilə qaz, 

Qırx ağacdan Qırx ağaca payəndaz, 

Hindistanın al qumaşın istərəm. 

 

Qırx atlı istərəm, atları kəhər, 



Qızıldan bazubənd,gümüşdən yəhər, 


 

 

439 



Bir ucu Xoy olsun, bir ucu Əhər, 

Başlıq üçün Xoyun varın istərəm. 

 

Bayatılar 



 

Hər gələn özün bilməz, 

Danışar, sözün bilməz, 

Bulaqdan su doldurar, 

Çeşmənin gözün bilməz. 

 

Əziz oğlum, qoy qalsın, 



Doldur qəlyan, qoy qalsın, 

Sözün keçməyən yerdə, 

Ürəyində qoy qalsın. 

 

Ululu Kərim 

 

 

Ululu  Kərim  XIX  əsrdə  Şahbuzun  Aşağı  Remeşin 



kəndində yaşamışdır. 

 

Yaylağında 



 

Ay ağalar, möcüz gördüm, 

Mən Keçilin yaylağında. 

Süsən, sünbül, tər bənövşə, 

Qız Keçilin yaylağında. 

 

Gözəlləri bölük–bölük, 



Dörd bir yanında var hörük, 

Bilməm maraldı, ya əlik, 

Qız Keçilin yaylağında. 

 

Yaz olar, çıxallar dağa, 




 

 

440 



Bulud oynar, hava yağa, 

Kəsəllər qurban sadağa, 

Qız Keçilin yaylağında. 

 

Üst yanı Toxluca qaya, 



Axar–baxarı var çaya, 

Gözəlləri ağca maya, 

Qız Keçilin yaylağında. 

 

Alt yanı Nursdu, Külüsdü,



 

Mollası yox, işi pisdi, 

Kərim deyər məndən küsdü, 

Qız Keçilin yaylağı da! 

 

Yeddi 


 

Ay ağalar, gəlin sizə söyləyim, 

Burda bir dərya var, ayağı yeddi. 

Üç yüz altmış şamlar yanar içində, 

Şöləsi bərq verir, çırağı yeddi. 

 

Altmış min darvaza, altmış min bazar, 



Altı min içində həm əsası var, 

Altmış min məscidi, tamam laləzar, 

Alişan taxtı var, otağı yeddi. 

 

Nə canlıdı cansız üstdə məskəndi? 



Nə məcazdı qabağıncan səsləndi? 

Necə şeydi əl dəyməmiş bəsləndi? 

Üstündə sallanıb qabağı yeddi. 

 

Nə bağmandı, üç yüz altmış bağı var? 



Üç yüz altmış bağın üç budağı var, 

Kərimin dünyadan keçən çağı var, 




 

 

441 



Səkkiz ev yaslanıb ocağı yeddi! 

Aşıq Həsənalı 

 

XIX əsr Şahbuz aşıqları içərisində Aşıq Həsənalının 

adı  hörmətlə  çəkilir.  Şeirləri  əsasında  dastan–rəvayətlər 

yaranıb.  

 

 

 



 

 

 



 

Rəvayət 

Günnərin  birində  yaradanın  buyruğu  ilə  aşıq 

Həsənalı Gülənbər adlı bir gözələ tuş olur. 

Aşıq Həsənalı: 

Başına döndüyüm gözəl Gülənbər, 

Vuruldum hüsnünə sən tək ceyranın. 

Eşitmişəm gözəlisən cahanın, 

Əsirgəmə mən tək yardan dərmanın. 

Gülənbər: 

Haradan aradın, haradan buldun? 

Nədən bildin gözəliyəm cahanın? 

Məni gördün, sən ki, oldun dərd əhli, 

Ya dərdin məndədir, ya da dərmanın. 

 

Aşıq Həsanalı şirin dilinən qızın haralı və kimlərdən 



olduğunu  soruşur.  Məlum  olur  ki,  bu  qız  Duluslu 

Məhəmməd  bəyin  qızıdır,  sonradan  köçüb  Darabasa 

gəlmişlər. 

  

Gülənbər: 



Dulusluydum, indi Darabaslıyam, 

Qəlbi qan ağlayan qəm libaslıyam, 

Gözü yol gözləyən, qəlbi yaslıyam, 

Əzəldən beylədi dövrü cahanın. 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə