Az?Rbaycan


  Heç arına gəlməsin,  Qoyun çobansız olmaz.      Çobanla qız



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə111/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   107   108   109   110   111   112   113   114   ...   135

 

 

425 



Heç arına gəlməsin, 

Qoyun çobansız olmaz. 

 

 

Çobanla qız  



 

Çoban: 


Mən çobanam qoynuna, 

Babalın qoy boynuma. 

Ya məni evləndir sən, 

Ya da gəl al qoynuna. 

 

Qız: 


Çoban, itin qudursun, 

Arxasınca su dursun. 

Əgər sənə yox desəm

Mənim dilim qurusun. 

 

 



 



I qadın: 

 

 



Uca dağlar qar olanda

 

 



Gülü rəngin saralanda. 

 

 



Yarın gedip yar alanda 

 

 



Mərd iyidi dayan görüm. 

 

II qadın: 



 

 

Bu dağları qar alammaz, 



 

 

Gülü rəngim saralammaz. 



 

 

Yarım gedib yar alammaz



 

 

Mərd iyidi dayan görüm. 



 

 

 



Ay aman, bu yar hardadı 

 

 

Ay aman, bu yar hardadı, 



 

Kim bilir, bəlkə dardadı.  

 



 

 

426 



 

Bulaq, səndə daş olaydım,  

 

Üstü dolu yaş olaydım.  



 

Yar bulağa gələndə,  

 

Yar ilə yoldaş olaydım.  



Ay aman, bu yar hardadı, 

 

Kim bilir, bəlkə dardadı.  



 

 

Bulaq, sənin suyun məzə, 



 

Qızlar gəlir gəzə–gəzə. 

 

Gəlinlər var qızdan təzə, 



 

Bulaq səndə, bulaq səndə.  

 

Çoxdan gedibdi 

 

Yazıları yazan фələk,  

 

Yazaydın əmimoğluna, 



 

Gecə girəydim qoynuna, 

 

Gündüz baxaydım boyuna.  



 

 

Yazıları yazan фələk,  



 

Yazıbdı poza bilmirəm. 

 

Gedənim çoxdan gedibdi, 



 

Ayrılıb dözə bilmirəm.  

 

Nar, nar, nargilə 

 

 

Narımı tökdüm tasa,  



 

Yarım düşdü tas–vasa.  

 

Dərdimi yara deyim,  



 

Bəlkə yar qulaq asa.  

 

 

 



Nar, nar, nargilə,  

 

Gəlin gedək yargilə.  



 


 

 

427 



 

Iynə sancdım divara,  

 

Elçi göndərin yara.  



 

Elçidən cavab gəlməz,  

 

Özüm elçiyəm yara.  



 

 

Nar, nar, nargilə,  



 

Gəlin gedək yargilə.  

 

 

 



Yar gedir 

 

 

Aşağıdan gəlir bir cüt araba   



 

Mən qurbanam ayağında coraba.  

 

Sən gedirsən məhlə qalıb xaraba, 



 

Sən ağlama, mən ağlayım, yar gedir.  

 

 

 



Dağ başında bir cüt qumru səslənir,  

 

Ətəyində qoyun–quzu bəslənir.  



 

Sən ağlama, kipriklərin islanır  

 

Mən ağlayım, nazlı yar əldən gedir.  



 

 

 



Bir oğlan sevmişəm 

 

Bir otaq tikdirdim tamam buxarı, 

Bir bənna istərəm çəkə yuxarı. 

Bir oğlan sevmişəm mahud çuxalı, 

Oğlan, araşqının otaqda qaldı, 

Söhbətin ləzzəti dodaqda qaldı. 

 

Bir otaq tikdirdim tamamı şüşə, 



Bir bənna istərəm tuta gümüşə. 

Bir oğlan sevmişəm xətti bənövşə, 

Oğlan, araşqının otaqda qaldı, 

Söhbətin ləzzəti dodaqda qaldı. 

 



 

 

428 



Bir otaq tikdirdim durna tükünnən, 

Içini doldurdum xurma yükünnən. 

Bir oğlan sevmişəm xublar içinnən, 

Oğlan, araşqının otaqda qaldı, 

Söhbətin ləzzəti dodaqda qaldı. 

 

 



Yara qurban 

 

Qapıda əkdim gülbəsər, 



Yar, ürəyim zağ–zağ əsər. 

Bir kağız göndər müxtəsər, 

Ay yar, öldüm ağlamaxdan, 

Gün hesabın saxlamaxdan. 

 

Qapıya əkdim məkə, 



Ürəyim bağlayıb ləkə. 

Sən gəlincə öldüm bəlkə 

Ay yar, öldüm ağlamaxdan, 

Gün hesabın saxlamaxdan. 

 

Qapıya əkdim üzüm, 



Yara qurban iki gözüm. 

Yar gəlincə necə dözüm, 

Aş gəlginən bu dağları 

Məyus qoyma mən ağları. 

 

Ay anacan 

 

Günün lap səhər çağında, 

Güllə başıma yağanda. 

Düşmənlə mən vuruşanda, 

Ay anacan, yaralandım! 

Ay bacıcan, yaralandım! 




 

 

429 



 

Biz durmuşduq yollar üstə, 

Qoşun gəldi dəstə–dəstə. 

Öldürdülər millət üsdə, 

Ay anacan, yaralandım! 

Ay bacıcan, yaralandım! 

 

 

Bu qızı mən sevmişdim 



 

Ayağında məxmər tuman 

ağzı naxışlı, 

Bu qızı mən  sevmişidim 

Kim götürüb qaçdı. 

 

Barmağında qızıl üzük 



firuzə qaşlı, 

Bu qızı mən sevmişidim 

Kim götürüb qaçdı. 

 

Gül dolandırım 



 

Göydə gedən quşlar ağlı–qaralı, 

Güllə dəyib, sol qolundan yaralı. 

Sevən olsa sevdiyindən aralı 

Ölməsə də, heyva kimi saralı. 

 

Sevgili oğlan, 



Gəl sənə qurban

Can sənə qurban. 

 

Asta get, asta get



Kəmər düşər belindən

Baş açmadım bivəfa yar felindən. 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə