Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə119/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   115   116   117   118   119   120   121   122   ...   135

 

 

468 



ağrıyana yarpız çayı dərmandı. 5 – 10 gün keşmişdi gördülər 

obaya  bir  atlı  gəlir,  bir  at  da  yedəyində.  Aşıq  Cəfərin 

çadırırnı  hamı  tanıyırdı.  Atlı  atını  sürdü  düz  aşıq  Cəfərin 

çadırının qabağına. Aşıq Cəfər qonağı  qarşılayıb,  evə  təklif 

elədi. Qonax dedi: 

–  Mən  Gözəldərədən  gəlmişəm  sizin  dalınızca  ki, 

bizim  məclisdə  olasınız.  Qonaqla  aşıq  Cəfər  atdanıb 

Gözəldəriyə  yollandılar.  Gəlib  toy  evinə  çatdılar.  Toyun 

aşıq  məclisi  ayrı  olardı.  Toy  üç  gün  üç  gecə  çəkərdi,  toy 

qurtarannan  sonra  qonax  aşığı  yenə  obaya  qaytarıb  gətirdi. 

Obanın  ortasında  bir  təpə  var  idi.  Hər  gün  obada  bir  quzu 

kəsib kabab çəkərdilər. Axşamüstü, təmiz hava, quzu kababı 

yedilər, aşıq Cəfər üçtelli sazı köynəkdən çıxardı dedi: 

–  Camahat,  Gözəldərədə  bir  qız  görmüşəm,  qulaq 

asın görün o xanıma nə dedim: 

 

Bir qız gördüm Gözəldərə elində. 



Küsmə aşığından gül, Səknə xanım. 

Gözüm qaldı zənəxdanda, telində, 

Sən də bizə sarı gəl, Səknə xanım. 

 

O qələm qaşların canımı aldı. 



Qiya baxıb ürəyimə od saldı. 

Məşuqun üç gecə mehmanın oldu. 

Qurban olsun sana el, Səknə xanım. 

 

Aşıq Cəfər dərdə düşkün adamdı. 



Dilin şəkər, dodaqların badamdı. 

Anam Şaban, Məmişoğlu atamdı. 

Istərsən xəbər al bil, Səknə xanım. 

 

Qız–gəlin  hazırlıx  gördü.  Nehrələri  çalxalıyıb,  yağı, 



şoru motallara yığdılar. Sacları asdılar, sacarası, süddü yuxa 

bişirdilər.  Tərlan  xanım  sacarası,  südlü  yuxa  nimçiyə  yığıb 




 

 

469 



məclisə  tərəf  əl  elədi.  Bir  oğlan  uşağı  gəlib  apardı.  Aşıq 

Cəfər Tərlan xanımın sovqatına baxdı, axşamüstü idi, qoyun 

sağına  gəlmişdi,  dedi  nuş  canla  yeyin,  qulaq  asın  görün  nə 

deyirəm. Üçtelli sazı sinəsinə basıb görək nə dedi: 

 

 

Axşamüstü qoyun gəlir sağına, 



Müştağıyam Ələyəzin dağına. 

Duman çöküb yalın solu – sağına, 

Heyran eləyibdi bu dağlar məni. 

 

Sürü qalxır sarı yaldan yuxarı, 



Səs salıbdı bulaqların axarı. 

Gül – çiçəklər xatırladır baharı. 

Mehman eləyibdi bu dağlar məni. 

 

Usta Cəfər güvənir öz sazına, 



Aşıq olub baharına, yazına. 

Bülbülün, kəkliyin xoş avazına 

Qurban eliyibdi bu dağlar məni. 

 

 Səərə  yaxın aşıq Cəfər  obanı səslədi, dedi  ki, durun 



isti  düşür.  Yolçu  yolda  gərək.  Aşıq  Cəfərin  könlü  min  bir 

hava çaldı, dedi: 

–  Axı  dağlardan  ayırıla  bilmirəm.  Üçtelli  sazı 

sinəsinə basıb, aldı görək nə dedi: 

 

Tutmuşam sizə üzümü



Gedirəm, salamat qalın. 

Olar ayrılıq dözümü, 

Gedirəm, salamat qalın. 

 

Nə ətirlidi yarpızın, 



Kabab üçün əmlik quzun 

Yenə gəlsin qarın, buzun. 




 

 

470 



Gedirəm, salamat qalın. 

 

Yəhərləyin göy kəhəri, 



Incitmə aşıq Cəfəri. 

Hey sizə olsun səfəri. 

Gedirəm, salamat qalın. 

 

Hər  fəslin  öz  işi  var.  Başladılar  yağ,  şor  motallarını 



yoxladılar,  yığdılar.  Əvəliyi  –  ələyəzi  doğradılar,  hördülər, 

qurutaşı pencəri, göbələk sərdilər ki, qurusun. Südü nəmidə 

sərirdilər,  yığırdılar  tuluxlara.  Tulux  dolan  kimi  tökürdülər 

nehrələrə.  Payız  şoru  dadlı  olurdu.  3  –  4  ərşindən  ağ  torba 

tikirdilər,  tökürdülər  süzürdü,  yığırdılar  şor  motalına.  Payız 

çıxanda yenib gəlirdilər kəndə, başlıyırdılar qış işinə, qonaq 

otaxları  xalıynan,  kəbəynən  döşənirdi,  divarlarda  iri 

buxarılar  olurdu,  5  –  10  kərməni  yığırdılar  dib  tərəfinə, 

altdan  od  közü  qoyurdular.  Orada  öz  –  özünə  közərə  – 

közərə  yanırdı.  Içəridə  də  iri  samovar,  başında  çaynik 

zümzümə  çalırdı. Otaq  elə isti  olurdu ki, oturmax olmurdu. 

Oturduxları  evdə  də  təndir,  üstündə  də  bacası  olurdu. 

Təndirin  içinə  od  qoyub  yappanı,  kərməni  qalaxlayırdılar, 

ağzını  örtürdülər.  Xamırı  eləyib,  acımağa  qoyurdular.  Hər 

işlərini qurtarannan sonra təndirin ağzını açırdılar, açan kimi 

yanırdı.  Təndirin  üstündə  xörəklərini  bişirirdilər.  Xəngəl 

kəsərdilər,  qurudaşı  bişirərdilər,  kələcam  bişirərdilər. 

Köçmüşdülər kəndə. 

Səəri gün aşıq Cəfər qonaq otağında oturub telli sazı 

ilə  söhbədləşirdi.  Birdən  muştuluxçu  gəldi  ki,  gözün  aydın, 

aşıq, bir qızın oldu. Elə bil kəndin üstünə gün doğdu. Hamı 

sevindi,  ona  görə  ki,  aşıq  Cəfərin  də,  Tərlan  xanımın  da 

yaşları ötmüşdü, amma övladdarı yox idi. Ona görə də hamı 

sevinirdi.  Aşıq  Cəfər  yol  bilən  adam  idi.  Birinə  yol 

göstərərdi,  məsləhət  verərdi.  Birinə  əl  tutub  kömək  edərdi. 

Camaat  içində  ad  qazanmışdı.  Deyirlər,  adamın  öz 




 

 

471 



hörmətini  özünə  qoyallar.  Tərlan  xanım  da  təbib  qız  idi. 

Gələnin  üzünə  baxan  kimi  dərdin  bilərdi,  müalicəsini 

deyərdi.  Onun  yanına  gələn  yaralı,  sınığı,  çıxığı  olan 

sağalıb,  şəfa  tapardı.  Dərmanların  hamısını  da  otdardan 

hazırlardı.  Beləliklə  ağsaqqallar,  ağbirçəklər  yığılıb  qıza  ad 

qoydular. Xatının gününə bir qurban, ayına bir qurban, ilinə 

bir qurban, başladı böyüməyə.  

Bir  gün  yenə  aşıq  Cəfər  evdə  oturmuşdu,  dedilər 

aşığı  çağırıllar.  Çıxdı  eşiyə,  gördü  bir  atdı  dayanıb  qapıda. 

Bir  at  da  yedəyində.  Salam  verib  qonağın  atdan  yendirdi. 

Qonax  atdan  düşdü,  keçdilər  içəri.  Tərlan  xanım  süfrəni 

çoxdan hazırlamışdı. Qonax dedi: 

–  Aşıq  Cəfər,  Şərildən  gəlmişəm,  touyumuz  var. 

Camaat səni  gözlüyür. Çaylarını içdilər, çörəklərini  yedilər, 

atdanıb yola düzəldilər. Yavaş – yavaş gəlib çatdılar Şərilin 

Xanlıqlar  kəndinə.  Aşıq  Cəfər  gördü  ki,  burada  da  çoxlu 

çobankərəli  var.  Məclis  başlandı.  Məclisdə  iki  nəfər  oğlan 

gəlib dedi: 

– Aşıq haralısan? 

– Irəvanlıyam. 

 

– Mən də Naxçıvanlıyam. 



– Bizim də toyumuz var, gedərsənmi? 

– Məclis qurtarsın, gedərik. 

Məclis  qurtardı,  mindilər  ata,  gəldilər  Naxçıvana. 

Burada da aşıq Cəfəri eşidən gəlib toya apardı. Beləliklə, 5 – 

6 kənddə məclis oldu. Məclisləri yola salıb qayıdırdı, gördü 

Naxçıvanın  suyu  çox  yaxşı  sudu,  adamları  da  çox  yaxşı 

adamdı.  Kəndə  qayıtdı,  qardaşlarını,  qayınlarını  yığıb 

məsləhətləşdi,  dedi,  köçək  Naxçıvana,  hamı  onun  fikri  ilə 

razılaşdı. Aşıq Cəfər sazı çiyninə salıb gəzə – gəzə yol aldı 

Naxçıvana. 

Başladı 

ev 


axtarmağa. 

Soraqlaşa–soraqlaşa 

Şıxmahmud kəndində bir ev aldı. Qayıtdı Çobankəriyə. Səs 

düşdü  ki,  aşıq  Cəfər  köçüb  gedir  Naxçıvana.  Nə  qədər  dil 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə