Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə118/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   114   115   116   117   118   119   120   121   ...   135

 

 

465 



Çobankərəli  Aşıq  Cəfər  XIX  əsrin  ikinci  yarısında 

yaşamışdır. Naxçıvanın Şıxmahmud kəndində ömür sürmüş 

bu  el  sənətkarı  neçə  –  neçə  məclislər  yola  salmış,  şagirdlər 

yetişdirmişdir.  Onun  şagirdlərindən  Aşıq  Fətulla  xüsusilə 

məşhur olmuşdur. 

 

Kimi 

Qızlar durub xan Arazın başında, 

Eybi yoxdu kirpiyində, qaşında. 

Həddi – buluq on dörd – on beş yaşında, 

Sanasan dağların maralı kimi. 

 

Arazın dörd yanı sırsıra buzdu, 



Kimisi gəlindi, kimisi qızdı. 

Başına döndüyüm ay ala gözdü

Könlümü eylədin qaralı kimi. 

 

Aşıq Cəfər burda qoydu nişana



Ayrılıq həsrəti kar eylər cana. 

Sinəmə gəibdi bir neçə xana

Deməsəm, qalaram yaralı kimi. 

 

Rəvayət 



 

Novruz bayramı  yaxınnaşırdı. Kəndin camahatı  3 ay 

aranda qalırdı, ilin 9 ayını qoruxda keçirirdi. Kəndimizdən 5 

verst  aralıda  bir  yeri  "Sarı  qamış"  qoruğu  addandırırdılar. 

Köçürdülər həmin qoruğa, ona görə də əl – ayaq edirdilər ki, 

bayramı  yola  salıb  çıxsınnar  qoruğa.  Hanalar  az  qalırdı 

kəsilsin, farmaş, xurcun, bəzən də düz torbası toxuyurdular. 

Kilim, kəbə, xalı, kimə nə lazımdı onu toxuyurdu. Xurcuna 

köç  dövrü  lazım  olan  yeməyi  yığıb  salırdılar  atın  tərkinə, 

farmaşa  ev  içini  qablıyırdılar,  yüklüyürdülər  dəvələrə. 

Kilimi,  xalınıdakı  salırdılar  evlərə,  dağda  alacığa,  çadıra. 



 

 

466 



Kəndimiz  Novruz  bayramını  çox  əziz  keçirərdi.  Yumurta 

döyüşdürən kim,  qodu  –  qodu oynuyan kim.  Kosa bəziyən, 

od yandıran kim. Nə başını ağrıdım, hərə bir oyun çıxarardı. 

Qız–gəlin  çiyninə  səhəngi  alıb  bulağa  gedirdi.  Kəndi 

plovun,  halvanın  ətri,  sacarası  iyi  bürüyürdü.  Qız–gəlin 

səbirsizliklə  günün  batmasını  gözləyirdi  ki,  gedib  qapıdan 

qulaq asacaqlar.  

Bayram  ayında  kətdə  havalar  hərdən  bir  cür  olurdu. 

Gah  yağış  yağır,  gah  da  gün  çıxırdı.  Aranlı  –  dağlı  elat 

camahatı  yenə  də  qoruğa  çıxmağa  hazırlıx  görürdü.  Vaxt 

yetişdi.  Dəvələr  yühləndi,  çıxdılar  qoruğa,  hərənin  özünün 

yurd  yeri  var idi. Hərə öz  yerinə  düşürdü. Elə ki,  yığışdılar 

qoruğa,  hərə  öz  işi  ilə  məşğul  olardı.  Qamış  yığıb  çətəh 

hörürdülər,  alaçığın  aşağı  tərəfinə  tuturdular.  Bir  ərşin 

boyda  qamışdan  nəmi  çətəni  toxuyurdular,  alacığın  bir 

böyründən  qurub  dalında  mis  teştlərdə  süd  sərirdilər. 

Hərənin  özünün  nehrəsi,  nərəni  asmaq  üçün  çatısı  var  idi. 

Südün  üzünü  tökürdülər  nehrəyə  çalxalıyırdılar.  Yağ 

hazırlıyırdılar.  Sonra  isə  mis  teştlərə  töküb  yağı  yığıb 

motallara  basırdılar.  Gündə  obada  heyvan  öldürürdülər. 

Dərisini bütöv  çıxarırdılar. Qız  – gəlin həmin dərini  ayrana 

yatırdıb  təmiz  yuyurdu,  tikirdi,  sonra  isə  yağı  basdırırdılar 

içinə.  Ayranı  da  tökərdilər  torbuya,  suyu  süzülərdi,  qurut 

elərdilər.  Bəzən  də  ayranı  tökürdülər  mis  qazanlara,  şor 

qurudub onu da şor motallarına  yığırdılar. Qorux çox səfalı 

yer  idi.  Hər  səhər  duranda  bənövşənin,  nanənin, 

kəklikotunun qoxusu adamı ruha gətirirdi. Kəndimiz Dəvəçi 

kəndi  idi.  Onlar  hər  vaxt  dəvə  saxlardılar.  Arandan 

yaylaqlara,  yaylaqdan  arana  dəvə  ilə  gedərdilər.  Qoruxda 

olan zaman qonşular biri kəndə gedəndə o birisi onun mal – 

qarasına,  evinə  –  uşağına  göz  olardı.  El  dağdan  gələndə 

gəlib  qalax  qururdular.  Üzünü  də  suvayırdılar  ki,  qışda 

islanmasın.  Hərənin  öz  ot  yeri  var  idi.  Cavanlar  biçər, 

xorumluyar,  taya  vurardılar.  Qız,  gəlin  dəvələrə  xoman 




 

 

467 



toxuyardı, sinəbənd düzəldərdilər. Qocaları çobanları başına 

yığıb  dəvələrə  cahaz  tikərdilər.  Oysar  düzəldərdilər,  üstünə 

dəvə  muncuğu,  balaca  –  balaca  zınqırov  asardılar.  Peşəngi 

həmişə  nər  çəkərdi.  Köç  yeriyəndə  güllə  atılsaydı  eşitmək 

olmazdı. Kənd də çox böyük kənd idi. 1500 ev var idi. Oba 

dağa gedəndə kəntdə 2–3 nəfər cavan oğlan qalardı, otlağa, 

kəndə  baş  çəksin.  Elatın  qarpız  –  yemişdən  başqa  bir  əkini 

olmazdı.  Xülasə,  oba  başladı  dağa  çıxmağa,  farmaslar 

yükləndi nərlərə.  

Mal – qara böyürtüsü, qoyun – quzu mələməsi dağı – 

dərəni  bürümüşdü.  Bu  dəmdə  göy  kəhərin  üstündə  başında 

şabalıdı  buxara  papax,  Koroğlunun  bığı  kimi  eşmə  bığ, 

çiynində  üç  telli  saz  bir  atlı  hərdən  atı  karvanın  qabağına 

sürür, karvanı yoxluyırdı. Bu atlı kim ola, kim olmaya, həm 

elin  ağsaqqalı,  həm  də  sazlı–sözlü,  sinəsi  söz  xəzinəsi  olan 

aşıq Cəfər. Kənd  Çobankərə  kəndi  idi. Karvan  mənzil  düşə 

–  düşə  gedib  çatdı  Ağmanqala,  gündüzünə  karvan  əyləndi, 

dəvələrin  yükünü  açdılar. Hərə  öz  çadır  yerinə  düşdü. Aşıq 

Cəfər göy nəri xıxlayıb, yükünü açıb on səkkiz tənəfli çadırı 

açdı. Qardaşları, qayınları çadırı qurdu, həyat yoldaşı Tərlan 

xanım  xurcunu  atın  belinnən  yendirib,  çadır  qurulana  kimi 

samovarı  çıxardı,  kömürlə  doldurdu,  süfrə  hazırlamağa 

başladı. Samovar zümzüməsinə başladı. Tərlan xanım çayını 

dəmləyib,  samovarın  dəmkeşinə  qoydu.  Xurcundan  yağ  – 

şor,  südlü  yuxa,  yağlı  bozdamac,  sacarası  çıxarıb  süfrüyə 

düzdü.  Aşıq  Cəfərin  bir  sözü  iki  olmazdı.  Obanın 

ağsaqqallarını, dost, tanışını yığdı süfrənin başına, başladılar 

şirin 


kamlıxla 

yeməyə. 


Obanı 

çobanyastığının, 

novruzgülünün,  yarpızın,  kəklikotunun,  nanənin  qoxusu 

bürümüşdü. Keçmə dağın əvəlih qovurmasınnan. Bulaxlarda 

lilpar  yarpağı  pöhrə  vururdu.  Qız  –  gəlin  yığılıb  dolma 

bükərdi.  Qayaların  dibində  quzuqulağını,  keçiməməsini 

yeməklə  doymax  olmurdu.  Nahara  göbələk  qovurması, 

üstünnən  də  kəklikotu  çayı,  soyuq  dəyməsi  olana,  başı 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə