Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə121/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   117   118   119   120   121   122   123   124   ...   135

 

 

476 



Qəmzəsi can alan qız istər könlüm. 

  

 



 

Dindirsən can deyə, cana can düzə, 

Hər vaxt aşiqinin cəbrinə dözə. 

Yanaqlar piyalə, dodaqlar məzə, 

Onda işvə, qəmzə, naz istər könlüm. 

 

Könlüm bir pay dilər sinəndə nardan



Camalın ötədi yaylaqda qardan. 

Bil ki, əl çəkmərəm vəfalı yardan, 

Yarınan qoluboyun gəz, istər könlüm. 

 

Sevdiciyim, bürünmüsən ala sən, 



Bu sınıq könlümü alsan ələ sən, 

Götürüb qələmi alsan ələ sən

Mən deyim, dərdimi yaz, istər könlüm. 

 

Fətullah mayıldı cığalı telə, 



O qaymaq dodağa, o şirin dilə. 

Xoş yeriyə, xoş danışa, xoş gülə

Bu nişanlar onda düz istər könlüm. 

 

 



 

 

 

 


 

 

477 



Aşıq Nabat 

 

Aşıq Nabat Şərur elində dünyaya göz açmışdı. 

Tale  öz  sərt  üzünü  ona  çox  tez  göstərdi;  Nabat  çox 

erkən  valideyinlərini  itirir,  ata  mehrinə,  ana  nəvazişinə 

tamarazı qalır. 

Zərbə  üstündən  zərbə  alır  –  ailə  həyatı  da  uğursuz 

olur.  Məcbur  olub  Gəncəyə  köçür,  sonradan  Yevlaxda 

qərarlaşır. 

Ancaq  enişli  –  yoxuşlu  tale  yolları  onu  yenidən 

Şərura qaytarır. 

1973–cü  ilin  oktyabr  ayının  3–də  ağır  xəstəlikdən 

sonra dünyasını dəyişir. 

Məzarı Siyaqut kəndindədir. 

Ancaq  xatirələr,  gözəl  şeirlər  qaldı  Aşıq  Nabatdan. 

Səməd  Vurğun  onun  səsinə  heyran  kəsilmişdi,  Aşıq  Əsəd, 

Aşıq  Musa,  Borsunlu  Məzahir,  Pərvanə  Həsən,  Aşıq 

Teymur  kimi  ustadlar  Nabat  səsinə,  Nabat  sözünə 

vurğunluqlarını  gizlətməmişdilər.  Şirin  ləhcəsinə,  sirli–

sehirli danışıqlarına görə adını "Sona bülbül" çağırırdılar. 

Gözəllər 

 

Bu gün gəlib gözəl bayram günümüz, 

Çıxmışıq laləzar yaza gözəllər. 

Al–yaşıl geyinib tirmə bağlayın, 

Bənzəyin qubaya, qaza gözəllər. 

 

Ax buxağa gül–bənövşə düzərsiz. 



Gərdən çəkib bağrın başın əzərsiz, 

Sığallanıb toy–düyündə gəzərsiz. 

Bu hal çox yaraşır sizə gözəllər. 

 

Həqiqət yolunda mən bir səyyadam 




 

 

478 



Günəşli ölkəmə baxdıqca şadam, 

Cəfakeşəm yorulmamış Fərhadam 

Nabat meylin salıb saza gözəllər. 

 

Mən  oldum 



 

Min doqquz yüz otuz ikinci ildə 

Yanan çıraqları sönən mən oldum. 

Toyum tərs çalındı, qapım bağlandı 

Əzəlki ilqardan dönən mən oldum. 

 

Cavankən bağlandı başıma qara 



Hey vurdum, kimsəm yox, tapmadım çara 

Yalvardım qoymayın təkcə məzara 

Ağlayıb ciyəri yanan mən oldum. 

 

Mənim yarım gözəllərin xasıydı 



Əyninə geydiyi qəm libasıydı. 

Bu toy deyil, Məhəmmədin yasıydı 

Paytaxtı yan üstə çönən mən oldum. 

 

Mənim günüm günortadan batıbdı. 



Zalım düşmən nə pusquda yatıbdı. 

Qaymaq dodaqları qana batıbdı, 

Nabatam çırağı sönən mən oldum. 

 

Baxtımı 



 

Başına döndüyüm vəfalı dostlar, 

Siz Allah tez tapın itən baxtımı. 

Şəlaləli dağda, göy çəmənlikdə 

Köksüz ağac kimi bitən baxtımı 

 

 




 

 

479 



Mən onu axtardım boranda – qarda, 

Gözüm ağlar qaldı can intizarda. 

Bir mənə söyləyin, gördünüz harda, 

Çağırın arayın yatan baxtımı. 

 

Biryolluq unudub gülüzlü yarı, 



Növrəstə cavandım eylədi qarı. 

Nabatam, gətirin bir görüm barı, 

Məni qürbətlərə atan baxtimi. 

 

 



 

Sərraf Qasım ** 

 

Şahbuz  rayonunun  Aşağı  Qışlaq  kəndindəndir.  El 

şairidir. 

 

Beşlik 



 

Aşıqsan əgər, 

Dilə gəl, dilə. 

Şeyda bülbülüsən, 

Gülə gəl, gülə. 

 

Sevdalı qardaş, 



Eşqlə gəz, dolaş, 

Uçdu yaşılbaş, 

Gölə gəl, gölə. 

 

Heyran gözünə, 



Durna düzünə, 

Ceyran izinə, 

Çölə gəl, çölə. 



 

 

480 



 

Dolusan bara, 

Dərdə et çara. 

Gözləri qara, 

Gilə gəl, gilə. 

 

And yerin alsın, 



Peymanan dolsun, 

Eşq dəniz olsun, 

Selə gəl, selə. 

 

Ey sehrikarım, 



Mərdimazarım. 

Ay keçdi, yarım, 

Ilə gəl, ilə. 

 

Sərrafa ol can, 



Əziz mehriban. 

Şana gətir, şan, 

Telə gəl, telə. 

 

Sədərəkli Aşıq Yusif ** 



 

Sədərəkdə  doğulub.  Sədərəkli  Aşıq  Əlinin  şagirdi 

olub. Qoşma, gəraylı, təcnis və bayatıları el arasında yayılıb. 

 

 Ha düzə – düzə 



 

Bahar zirvələrdən qarı endirər. 

Ağır sel yeriyər ha düzə – düzə. 

Çoban tütək çalar qaya başında, 

Hesablar sürünü ha düzə – düzə. 

 



 

 

481 



Kamıl bağban gözəl bağlar yaradı, 

Yar dilində şirin gələr yar adı. 

Mənim sinəm tənə sözdən yaradı 

Könlüm həsrət qaldı ha düzə – düzə. 

 

Yusif, vaxtdı ürəyindən od ala, 



Öz bülbülü daha qonmur o dala. 

Sığınırsan sığıngınan o dala 

Namusla möhübün ha düzə – düzə. 

 

 



                         Yamin Sail 

 

Abbasov  Yamin  Ismayıl  oğlu  1927–ci  ildə  Culfanın 

Qazançı  kəndində  doğulub.  El  arasında  "Yamin"  və  "Sail" 

imzaları ilə şöhrət qazanıb. 

"Sail  və  Sənəm",  "Qaçaq  Zelan"  dastanlarının, 

müxtəlif qoşmaların müəllifidir. 

 

 

Mənəm 



Şərəf mənəm, şöhrət mənəm, şan mənəm! 

Əziz aşiq, gözü dolu qan mənəm! 

Rəqib mənəm, rəfiq mənəm, can mənəm! 

Əldə fərman, gözəllərdə şah mənəm! 

 

Faş olubdu məhəbbətim cahana, 



Şərli–şəkər, qənd əzilib dəhana. 

Kim sevirsə gəlsin son imtahana. 

Qəmər mənəm, hilal mənəm, mah mənəm! 

 

Zöhrə kimi fəzalardı məskənim, 



Yaş on altı, ola bilməz bir qəmim. 

ALLAH bilir kim olacaq həmdəmim? 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə