Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə117/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   113   114   115   116   117   118   119   120   ...   135

 

 

459 



Aşıq Məmmədcəфər: 

Gözəl, gəl artırma dərdim, amandı, 

Salıbsan boynuma sevda kəməndi, 

Matahım duz deyil, yaqut–Yəməndi, 

Sən xiridarsan, mən tüccarə gəlmişəm! 

 

Lakin Səhnə xanım usta tərpənib qaфiyədən dönmür 



və yenə də əvvəlki qaфiyə üstündə Məmmədcəфərə deyir. 

Səhnə xanım: 

Kərəm kimi cismü canın alışır, 

Eşqin atəşindən ciyərin pişir, 

Karvan adamısan, güzarın düşür, 

Aclığın var, bəlkə nanə gəlibsən! 

 

Aşıq Məmmədcəфər: 



 

Ərvahım ərvaha, uruфum nəcib, 

Pirim Şahi–Mərdan doyursun acı, 

Bir dərdə düşmüşəm, yoxdur əlacı, 

Sən təbibsən, mən dərmanə gəlmişəm! 

 

Səhnə xanım: 



Dürüst danış, dürüst söylə sözünü, 

Pərvanə tək oda salma özünü, 




 

 

460 



Yəqin bil, oydurram iki gözünü, 

Qəza tutub, bu meydanə gəlibsən! 

 

Aşıq Məmmədcəфər: 



Əslim Kəlфirlidir, yerim Naxçıvan, 

Bir ərzim var Mehdi xanə, gəlmişəm. 

Zəlxa vurub məni, salıb dərbədər, 

Yusiф deyər o zindanə gəlmişəm! 

 

Səhnəxanım: 



Səhnə deyər yandı mənim iqbalım, 

Əzəl ibtidadan bəd vurdu фalım, 

Gələn aşıq, səndən bir xəbər alım, 

Haçan dini–müsəlmanə gəlibsən?! 

 

Aşıq Məmmədcəфər: 



Cəфərə əmr oldu ərşi–əladən, 

Zərreyi–xurşiddə keçdik vəladən, 

«Ələsti–rəbbi–küm» qalu bəladən, 

Şükür, dini–müsəlmanə gəlmişəm! 

 

Məmmədcəфərin  bu  cür  hazırcavablığını  görən 



Səhnə xanım onun müqabilində daha söz tapa bilmir. Lakin 

qızlıq qüruru ona birdən–birə təslim olmağa imkan vermir. 

Odur  ki,  Səhnə  xanım  Məmmədcəфərə  «daldaya  düşəndə» 



 

 

461 



sevgidən danışıb sevişməyi, «aşkarada» camaat arasında isə 

«ədavətdən» danışıb deyişməyi məsləhət görür. 

Səhnə xanım: 

Iki sevgi bir araya varanda, 

Gəl oturaq sədaqətdən danışaq. 

Daldaya düşəndə üzündən öpüm, 

Aşkarada ədavətdən danışaq! 

 

Səhnə deyər ləblərimdə bal mənim, 



Tirmə mənim, atlas mənim, şal mənim, 

Sən xirdar ol, matahımı al mənim, 

Tacir olaq, ticarətdən danışaq! 

 

 



Dəvəçi Heydər 

 

 

Dəvəçı  Heydər  Şərur–Dərələyəz  mahalının  Dərəli 

kəndində yaşayıb. 

 

AÇILIR 



 

Iki sevgi bir araya gələndə, 

Sanasan behiştdə güllər açılır. 

Bir–birinə nazü qəmzə edəndə, 

Utana–utana dillər açılır. 

 

Atlas zər–zibadan geyib əyninə, 




 

 

462 



Qızıl həmayili salıb boynuna, 

Istədim ki, əl uzadam qoynuna, 

Öz–özünə düymələri açılır. 

 

Mən Heydərəm, mənzil oldu iraxlar, 



Yar evində yanar şamü çıraxlar, 

Iki həsrət bir–birini qucaxlar, 

Axar gülab kimi sellər açılır. 

 

 

Aşıq Əli Xanxanım oğlu ** 

 

Aşıq  Əli  Xanxanım  oğlu  XIX  əsrdə  Sədərək 

kəndində  yaşamış  el  aşıqlarındandır.  Onun  həyat  və 

yaradıcılığı  haqqında  müfəssəl  məlumat  olmasa  da, 

yaddaşlarda  yaşayan  söhbətlər,  rəvayətlər,  şeirlər  aşıq  Əli 

Xanxanım  oğlunun  hazırcavab,  mərd,  kamil  bir  sənətkar 

olduğunu göstərir. 

 

Aşan yollar yar yanına gedirmi? 



 

Qarşıda dayanan Ucubiz dağı, 

Aşan yollar yar yanına gedirmi? 

Gözəllər yığınağı – Qızlar bulağı, 

Aşan yollar yar yanına gedirmi? 

 

Aparıb ayağım darvaza daşı, 



Sinəmi çürüdüb gözümün yaşı. 

Səndən xəbər alım yoxuşun başı, 

Aşan yollar yar yanına gedirmi? 



 

 

463 



 

Hamıdan gözəldi əmimin qızı, 

Elə bil doğubdu bir dan ulduzu. 

Səndən xəbər alım, Kərkinin düzü

Aşan yollar yar yanına gedirmi? 

 

Toyu çalın, yarım tutsun oyunu, 



Bir görərdim qamətini, boyunu. 

Yedik, içdik xan Kərkinin suyunu

Aşan yollar yar yanına gedirmi? 

 

Çəkilsin üstündən haramı, yağı, 



Olsun hər tərəfin gözəl yığınağı. 

Pənahım sənədir Ələkuçan dağı, 

Aşan yollar yar yanına gedirmi? 

 

Gəldik çıxdıq Əyricənin belinə, 



Durub baxdıq Ələsgərin elinə, 

Heyran qaldıq çiçəyinə, gülünə, 

Aşan yollar yar yanına gedirmi? 

 

                Nə uzun daldalar 



 

Məxmər çuxa geyib, qolları nazik, 

Dəstinə yaraşır gümüş bilərzik, 

Veriblər xoryada, olubdu yazıq, 

Nə uzun daldalar, nə sinə bağlar. 

 

Məxmər çuxa geyib, ucu dizindən



Doymaq olmur bunun ala gözündən, 

Bir gözəl törəyib urum qızından, 

Nə uzun daldalar, nə sinə bağlar. 

 

Allahım veribdi, bu da bir paydı, 




 

 

464 



Ördəyin məskəni çəməndi, çaydı, 

Asnılı Əlini çarvadar saydı, 

Nə uzun daldalar, nə sinə bağlar. 

 

 



 

Gülalı Məmməd ** 

 

XIX  əsrdə  Naxçıvanın  Şərur  mahalında  yaşamış  el 

aşığıdır. 

 

Qurban olduğum 

 

Ağ əllərin oynar bağda gül ilə



Dindirərəm səni şirin dil ilə. 

Qapında əylənib qallam il ilə, 

Oyan, gözlərinə qurban olduğum. 

 

Bahar olcaq baxçanıza bar gələr, 



Payız olcaq dağınıza qar gələr. 

Səndən ayrı düşmək mənə ar gələr

Oyan, gözlərinə qurban olduğum. 

 

Gülalı Məmmədəm, qadan alayım, 



Ölməyəyim, qol boynuna salayım. 

Istərsən qapında qulun olayım, 

Oyan, gözlərinə qurban olduğum. 

 

 

 

Çobankərəli Cəfər ** 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə