Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
111
də oradan keçirdi. Evinin qabağında oturub ağlayan Səvba-
nı görən Peyğəmbərimiz onunla maraqlanar və ağlamağı-
nın səbəbini soruşar: Səvban könül dünyasında qopan o 
fırtınaları Peyğəmbər ilə bölüşər və nə üçün ağladığını de-
yər. Peyğəmbərimiz onun sözlərini eşidib təbəssüm edər və 
hər dəfə deyildikdə səhabə üçün toy-bayram olan o böyük 
müjdəsini bir daha təkrar edər: 
“Ey Səvban! İnsan sevdi­
yi ilə bərabərdir. Sən də mənimlə birlikdə olacaqsan.”
109
 
Səvban bu hədisi Peyğəmbərimizdən bir neçə dəfə eşitmiş-
di. Ancaq indi bu müjdə şəxsən ona verilirdi. Həmin anda 
o, elə həyəcanlandı və sevindi ki, bir yandan göz yaşlarını 
silir, bir yandan da belə deyirdi: “Ya Rasulullah! Yəni mən 
səni cənnətdə burada gördüyüm kimi görə biləcəyəmmi?!” 
Peyğəmbərimiz 
 : 
“Bəli, ey Səvban! İnsan sevdiyi ilə 
bərabərdir.” - sözünü təkrar edirdi. Səvban bu müjdəyə o 
qədər sevinirdi ki, göz yaşlarına hakim ola bilmirdi. 
Bu hadisədən çox keçməmiş səmanın qapılarından Mə-
dinənin küçələrinə bir ayə süzülürdü. Enən ayələr başda 
Səvban olmaqla, bütün peyğəmbər aşiqlərinə böyük bir 
müjdə verirdi. Rəbbimiz deyirdi ki: 
“Allaha və Peyğəmbərə 
itaət edənlər (axirətdə) Allahın nemət verdiyi nəbilər, 
siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. 
Onlar necə də gözəl yoldaşlardır!”
110
Səvban Hz. Peyğəmbərə bəslədiyi sevda ilə belə mühüm 
109.
 Müslim,. Birr, 50; Əbu Davud, Ədəb, 113
110.
 Nisa , 4/69


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
112
bir müjdənin nazil olma səbəbi olmuşdu.
111
 İmanın dadını 
və nəfəsini özünə paltar seçmiş Səvban sonralar vəfat 
edəcəyi Hicri 54 (Miladi 674)-cü ilə qədər də daim bu sev-
danın yolunda bir həyat yaşamışdır.
• Peyğəmbərimizi
Sümeyra kimi sevmək

Əsri-Səadətin igid xanımlarından biri olan Sümeyra 
 
anamızın əsl adı Afra binti Ubeyddir. Ancaq o, daha çox Sümeyra 
adı ilə tanınmışdır. Ənsardan olan bu qadın Ha ris bin Rifaa ilə 
evlidir. Bu evlilikdən üç oğlu olmuşdur. Oğlanlarının adları 
Afv, Muaz və Muavvizdir. Bu üç qardaş elə bir iş görəcəklər 
ki, adları heç vaxt unudulmayacaq şəkildə tarixin şanlı 
səhifələrinə yazılacaqdır.
Sümeyra anamız əksər mədinəli kimi Musab bin Umey-
rin vəsiləsi ilə iman etmiş, hələ Peyğəmbərimizi görmədən 
Ona aşiq olmuşdur. İman etdikdən təxminən bir il sonra 
Yəsrib Mədinə olma əsnasında Peyğəmbərimiz 
 də 
Mədinəyə hicrət etmiş və hər bir mədinəli kimi Sümeyra 
anamız üçün də həmin günlər toy-bayram olmuşdur.
Həmin günlərdə Sümeyra anamız öz-özünə belə bir 
qərar vermişdi: “Mən, mədinəli olduğuma görə Peyğəmbə-
ri mizin on üç illik Məkkə həyatını bilmirəm. Yaxşısı budur, 
Peyğəmbərimizin 
 bu həyatına dair məlumatları mək-
kəli qadınlardan öyrənim. Nə qədər Peyğəmbəri ta nısam, 
o qədər də çox sevərəm.” Sümeyra anamız çox yaxşı bilirdi 
111.
 Vahidi, Əsbabun-Nuzul, s. 115


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
113
ki, “məhəbbət mərifətlə olur”. Yəni, ancaq tanıdıqca həqiqi 
mə nada sevmək olur. Buna görə də Sümeyra anamız bir ne-
çə mühacir qadının yanına gedər və onlarla belə bir ra zılığa 
gələrdi: “Mən hər gün gəlim sizin ev işlərinizi görüm - qab-
qacaqları və paltarları yuyum, evinizi təmizləyim, siz də 
bu xidmətimin qarşılığında mənə Peyğəmbərimizin 
  
Məkkə həyatını danışın. Onun on üç illik həyatına dair nə 
bilirsinizsə, mənimlə bölüşün.” Mühacir qadınlar da bu tək-
lifi qəbul edirdilər. Sümeyra anamız buna çox sevinir, hər 
gün səhər tezdən o, mühacirlərin evinə gedir, görüləcək iş-
ləri görür, əvəzində də Peyğəmbərimizin Məkkə həyatına 
aid məlumatlar alaraq geri qayıdırdı. 
Evinə qaydır. Ancaq əsl işi də evə qayıtdıqdan sonra 
baş layır. Belə ki, Sümeyra anamız bir ana məsuliyyəti ilə öy-
rəndiyi bütün məlumatları təkcə özündə saxlamaz, onları 
əri və övladları ilə bölüşür. Bununla da bizə rəhbərlik edir. 
Sümeyra anamız ərini və övladlarını qarşısında oturdub bir 
moizə oxuyurmuş kimi, dərs keçirmiş kimi onlarla danış-
mır. Bəs nə edir?! Süfrənin ətrafında, yemək yeyərkən 
həyatın təbii axarı içərisində o məlumatları onlara çatdırır. 
Çünki Sümeyra anamız çox yaxşı dərk etmişdi ki, evin 
süfrəsi, evin Suffasıdır. Suffa Peyğəmbərimizin 
 Mə-
dinədə təsis etdiyi məktəbin adıdır. Oradan necə igidlər, 
necə alimlər, necə şəhidlər çıxmışdır. Səhabə Suffanı bir 
model olaraq qavramış, hər biri də evlərində sanki Suffanın 
bir şöbəsini açmışdılar. Məhz evlərdə açılan Suffalar, evlərdə 
salınan süfrələrdi. Süfrə ətrafında həyatın təbii axarında 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
114
edilən söhbətlər çox böyük insanların bir şəxsiyyət kimi 
formalaşmasına səbəb olmuşdu. Söhbət səhabəni şəxsiyyət 
kimi yetişdirən ən mühüm azuqədir. Söhbət səhabəni 
səhabə edən ən mühüm vəsilə idi. Söhbət peyğəmbəri bir 
ənənədir, bir qaydadır. Sümeyra anamız da bu ənənəni 
evində tətbiq edən bir ana idi. 
O evdə hər gün süfrənin ətrafında danışılan söhbətin 
möv zusu Peyğəmbərimiz idi. Belə olduqda da o ailənin 
bütün üzvləri Peyğəmbərimizə 
 ürəkdən sevdalı in-
sanlar olmuşdular. Belə ki, onlarda görmədikləri halda 
Məkkə də Peyğəmbərimizə dəstək olan Əbu Talibə qarşı 
hörmət, Əbu Ləhəbə və Əbu Cəhlə qarşı nifrət yaranmışdı. 
Onlar, çox yaxşı başa düşürdülər ki, sevən sevdiyinin 
sevdiklərini də sevər, sevdiyinin düşmən olduqlarına da 
düşmən olar. Onlar da Peyğəmbərimizi ürəkdən sevən 
qəhrəmanlar olaraq Onun dostlarına dost, düşmənlərinə 
düşmən olmuşdular. 
Günlər bir-birini əvəz edirdi. Hicrətin 2-ci ili idi. Bir 
gün Mədinə küçələrində Bilalın səsi eşidildi. Bədir döyüşü 
üçün əsgər yığırdılar. Sümeyranın evindən üç igid döyüşdə 
iştirak etmək üçün evdən çıxdılar. Ataları Haris bin Rifaanın 
Bədirə gedib getmədiyi dəqiq bilinmir. Ancaq evin üç oğlu 
Avf, Muaz və Muavviz yaşlarının az olmasına baxmayaraq, 
döyüşdə iştirak etmək istəyən digər həmyaşıdları kimi 
barmaqlarının ucuna basaraq boylarını böyük göstərmiş və 
orduya əsgər seçilməyi bacarmışdılar. 
Bu üç qardaş analarından öyrəndikləri peyğəmbər sev-


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə