“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
93
- Sənə neyləmişdi ki?
- Polinaya deyibmiş ki, guya mən ilin on üç ayı ac qalıram. Polina isə bunu Qontrana
söyləyib. Təsəvvürünə gətirirsən də?
- Siz onunla Klozel küçəsində birgə yaşamırdınız?
- Onunla birgə düz dörd il Bred küçəsində yaşamışıq. Sonra isə bir cüt corab üstündə
aramız dəydi. Yalandan deyirdi ki, guya mən Marten xalasının ona verdiyi ipək corabları
geymişəm. Mən də onun dərsini verdim. Sonra həmin evi tərk elədi. Altı ay əvvəl onunla
rastlaşanda yalvardı ki, yanıma köçməyinə razılıq verim, çünki tutduğu ev ehtiyac
duyduğundan iki dəfə böyükmüş.
Söhbətin ardını dinləmədən keçir, yolunuza davam edirsiniz.
Sonrakı bazar günü Sen-Jermenə gedərkən sizin vaqona bir cüt cavan xanım daxil olur.
Bunlardan birinin Culiyanın düşməni olduğunu elə ilk baxışdan anlayırsınız. Bəs o biri
kimdir görəsən? O da Culiyanın özüdür.
Və onların arasında gedən söhbət zamanı nəvaziş dolu pıçıltılar, gələcək planlar barədə
sözlər dəyir qulağınıza: "Culiya, de görüm...‖, "Qulaq as, Culiya‖ və sair kimi.
Fahişə kişilərə də bu cür dostluqlar xasdır. Üç ay sərasər o, öz yaxın və əziz-girami dostu
Jakdan bir an da ayrılmır. Onun üçün bu dünyada yalnız Jak var. Ən iti ağıl da, dəqiq
məntiq də təkcə ondadır. Bütün Parisdə tək parlaq şəxsiyyət varsa, o da Jakdır. Hər yerə
birgə gedir, birgə süfrəyə otururlar, küçələrdə birlikdə dolaşırlar. Axşamlar bir-
birlərindən ayrıla, qopa bilmədikləri üçün azı on kərə ya bu onu qapısına qədər ötürür, ya
da o, bunu.
Aradan üç ay ötüncə Jakla onun barəsində danışmağa cəhd göstərək:
- Necə də saxtakardır o! Necə əclaf, necə yaramazdır, ah! – deyəcək. – Arxayın olun,
mən daha ona yaxşı bələdəm. Onda nə bir damla dürüstlük varmış, nə də tərbiyə...
Və sair və ilaxır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
94
Bundan üç ay sonra görürsən ki, bu adamlar təkrar birlikdədirlər. Bir səhər öyrənirsən ki,
duelə çıxan bu dostlar atışmaq əvəzinə, göz yaşları axıdaraq, qucaqlaşıb-öpüşüblər.
Belə baxanda, bunlar dünyada ən səmimi dostlardır, bir-birini gah iftiraya layiq görürlər,
gah sonsuz nəvazişə. Gah bir-birinin əlini elə sıxırlar ki, sümükləri şaqqıldayır, gah da
yanlış anlaşılan bir söz ucbatından biri digərinin qarnını yırtmağa hazır görünür.
Fahişə kişilər arasındakı bağlılıq, bax, bu cür dəngəsizdir, onların əhvalı və duyğuları ən
gözlənilməz çıxış-enişlərə məhkumdur. Bir göz qırpımında ruh yüksəkliyi tənbəlliklə,
sevgi nifrətlə, sitayiş biganəliklə əvəz olunur, axı, onların xasiyyəti də, gözəgəlimliliyi
də, çılğınlığı da fahişələrinkini xatırladır. Onların başqalarına duyduğu bağlılıq da
fahişələrinkindən zərrəcə fərqlənmir.
Pozğun qadınlar öz itləriylə necə davranırlarsa, bu kişilər də dostlarına elə dəyər verirlər.
Ləçərlər sevimli itlərini öpüb-oxşayır, onları şəkərlə yemləyir, yataqlarına alıb, öz
yastıqlarının üstündə yatırdırlar. Əsəbləşəndə isə onları ya quyruqlarından tutmaqla,
sapand kimi havada fırladır, ya pəncərədən çölə vızıldadırlar. Bir səbəb oldu-olmadı, onu
ya soyuq suyla dolu vedrəyə soxurlar, ya da çox istədiklərindən az qala ağuşlarında
boğurlar.
Həqiqi fahişə ilə fahişə kişinin qarşılıqlı sevgisi isə bu sadalananlardan xeyli fərqlənir.
Kişi qadını döyəndə qadın da onu cırmaqlayır. Bir-birini görən gözləri olmasa da, onlar
ayrıla da bilmirlər, çünki aralarında anlaşılmaz və sirli könül bağları var. Qadın kişiyə
başqalarıyla xəyanət edir, kişi bunu öyrənəndə əvvəlcə hönkürür, sonra isə onu
bağışlayır. Oynaşlarından birinin qadına hədiyyə etdiyi çarpayıda onunla yatan kişi özünü
əsla xoşqeyrət saymır. Kişi qadını həm sevir, həm də ona nifrət bəsləyir: bu zaman
unudur ki, ona eyni dərəcədə nifrət bəsləməyə elə qadının da haqqı çatır. Hər biri digərini
amansız işgəncələrə düçar etsə də, aralarındakı bağları qırmağa heç birinin cürəti yetmir,
səhərdən ta axşama qədər bir-birini təhqir və tənbeh edən, inanılmaz suçlamaların
hədəfinə çevirən belə adamlar özlərindən tamam çıxanda qapıldıqları qəzəb və
çılğınlıqdan bədənlərinə əsməcə düşür və onlar bir-birinin ağuşuna atılırlar, kişinin
ehtirasa təşnə dodaqları və qəlbi təkrar fahişənin quluna, köləsinə çevrilir.
Fahişə kişi başqalarına nisbətən daha cəsur və daha ağciyərdir, onda şərəf hissi hədsiz
inkişaf edib, lakin o,
bizlərə xas, adi şərəf hissindən məhrumdur, odur ki, müəyyən
durumlarda ondan gözlənilməz zəiflik və əclaflıq gözləmək mümkündür, buna görə o, hər
hansı peşmanlıq duymaz, çünki yeni əyləncələr axtarışında olan ruhunun hər şıltaqlığına
boyun əyər.