“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
95
Qarmağına keçən şəxsi aldatmaq onun gözündə adi, hətta vacib bir şeydir. Onun
qənaətinə görə, kart borclarını çıxmaq şərtiylə, aldığı borcu, həm də nə vaxtsa
qaytarılacağı şübhə doğuran borcu geri verməkdən imtina - əsl şərəf işidir, çünki bu cür
şeylərdə saxtakarlığa heç cəmiyyət də sən deyən pis baxmır. Məsələn, pula ehtiyacı
olanda o, hər yola, fəndə əl atıb, borc almağa çalışacaq və cürbəcür yalan vədlərlə borc
sahibinin başını tovlayacaq. Əgər kim isə onu ən xırda fırıldaqda suçlayarsa, onda
həqiqətən özündən çıxan bu adam qarşısındakı tipi qılıncının tək zərbəsiylə öldürməyə
çalışacaq.
Dilimizə çevirdi – Azad Yaşar
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
96
Mixail Bulqakov
Siflisili bayram
«Laka-Tıjma kənd sovetinin təsdiqlədiyi material əsasında…»
Hər il mart ayının səkkizində qeyd elədiyimiz işçi qadın bayramında Kazan vilayətinin
alimənsəb rəhbərliyi altındakı Laka-Tıjma kəndində yerləşən koma-kitabxananın qapısı
açıldı və yerli sanitar feldşer (onun adını, məsələn, İvan İvanoviç qoyaq) içəri girdi.
Əgər səkkiz mart günü heç bir ağlı başında, kişi cinsindən olan vətəndaşın, özü də
hesabat vermək üçün, xüsusilə də kitabxanaya sərxoş gələ bilməyəcəyini nəzərə alsaq,
feldşer İvan İvanoviçin hamıya məlum olduğu kimi, dilinə içki vurmamasını da gözardı
eləsək, feldşerin bərk sərxoş olmağı barədə istənilən adamla rahat mərcə girmək olardı.
Onun gözləri qırx faizli, zəhər-zəqqum rus araqlarının iki qırmızı surquclu qapağına
oxşayırdı, feldşerin öz hərarəti isə otuz dərəcədən artıq olmazdı. Spirt qoxusu
komaya elə
yayılmışdı ki, iclas sədri kiriyib, bu ifadələri işlədərək, sözü İvan İvanoviçə verdi:
- Beynəlxalq əməkçi qadın günü bayramı münasibətilə hesabat təqdim etməyi üçün sözü
İvan İvanoviçə veririk.
Alkoqolun coşdurduğu İvan İvanoviç, üç addıma səhnəyə çıxıb, başladı:
- Beynəlxalq bayram barədə danışmazdan əvvəl, bir neçə kəlmə də zöhrəvi xəstəliklərdən
danışaq!
Bu çıxış əməlli-başlı uğur qazandı: ortalığa qəbiristanlıq sükutu çökdü, partlayan elektrik
lampasının səsi eşidildi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
97
- Hə-ə... Mənim əziz beynəlxalq işçi qadınlarım, - feldşer dərindən nəfəs ala-ala davam
elədi, - budu, mən qarşımda 80 dənə sifət görürəm...
- Qırx, - sədr qarşısındakı vərəqə baxıb, təccüblə dedi.
- Qırx? Lap pis... Daha doğrusu, daha yaxşı, - natiq davam elədi, - mənim sizə yazığım
gəlir, mənim əziz qadınlarım və qızlarım... Pardon!.. Qadınlarım... Çünki bu bölgədə,
statistikanın göstərdiyi kimi, əhali nə qədər az olursa, zöhrəvi xəstəliklər də az olur, ya da
əksinə. Xüsusilə də sifilis məsələsində belə olur... Bu xəstəlik proletariatın dəhşətli, heç
kimə aman verməyən qatilidir... Siz, sifilisin nə olduğunu bilirsinizmi?
- İvan İvanoviç! – sədr səsləndi.
- Bir dəqiqə sus. Sözümü kəsmə. Sifilis, - natiq hıçqıra-hıçqıra davam elədi, - damarını
asanca tuta biləcəyiniz zarafatdı! Siz burda oturmusunuz və elə düşünürsünüz ki, siz
bundan sığortalanmısınız? (Bu yerdə feldşer kinayəli-kinayəli güldü...) Hm!.. Ala bude!
Budu, burda bir qız başına qırmızı yaylıq bağlayıb, oturub, sevinir ki, nə bilim səkkiz
mart burdan gəldi, nə bilim nə ordan getdi, sonra da guya ərə gedəcək, gözəl günlərin
birində əl-üzünü yuyanda, zart, burnu qopub, əlüzyuyana düşəcək. Ala! Burnunu yerində
ifadəmə görə üzr istəyirəm, yekə bir deşik var!
Bütün sıraları səs-küy bürüdü, işçi qadınlardan biri, rəngi ən avazımışı isə dürüb, çıxdı.
- İvan İvanoviç! – sədr bir də səsləndi.
- Günahkaram. Mənə tapşırıblar, mən də danışıram. Elə bilirsiniz ki, bakirəlik sizi xilas
edəcək? Ho-ho-ho!.. Guya elə sizin aranızda çox bakirə var...
- İvan İvanoviç!!. – sədr qışqırdı.
Daha iki işçi qadın qalxaraq, dəhşətlə səhnəyə baxıb, zaldan çıxdılar.
- Bir gün gələcəksiz bura, əilinizdə də deyək ki, bir qab qaynar su... Nə bilim, daha nə...
Məlum məsələdi ki, istidi, - natiq köynəyinin yaxasını açaraq, davam elədi, - indi,