154
xarici baxışdan və ekspertizadan ibarət olur. Belə qəbul
əmtəənin keyfiyyətini, tarixini və istehsal olunduğu yeri,
saxlama müddətini və s. təsdiqləyən sənəd əsasında apa-
rılır.
Əmtəənin keyfiyyət zəmanəti adətən müqavilənin
ayrı bir bəndində göstərilir və ya onun təhvil-qəbulu haq-
qında bölməyə salınır. Müqavilə tərəfləri arasında bir qay-
da olaraq zəmanət vaxtı qoyulur və bu vaxt çıxan bütün
qüsurlar firma tərəfindən aradan qaldırılmalıdır.
7.3. Müəssisədə keyfiyyətə nəzarət sisteminin
funksiyaları
Keyfiyyətin idarə olunması özlüyündə keyfiyyətə
ümumi rəhbərliyin (keyfiyyətin inzibati idarə olunma-
sının) həyata keçirilməsindən ötəri lazım olan təşkilat
strukturunun, metodikaların, proseslərin və ehtiyatların
məcmuundan ibarət olan keyfiyyəti idarəetmə sistemi əsa-
sında yerinə yetirilir.
Keyfiyyətin idarə olunması (yaxud keyfiyyəti idarə-
etmə (Kİ)) sisteminə aşağıdakı funksiyalar daxildir:
1)
strateji, taktiki və operativ idarəetmə funksiyaları;
2)
qərarların, idarəedici təsirlərin qəbulunun təhlili
və uçotunun funksiyaları, informasiya - nəzarət funksiya-
ları;
3)
məhsulun həyati silsiləsinin bütün mərhələlərin-
dən ötrü ixtisaslaşdırılmış
və ümumi funksiyalar;
4)
elmi-texniki, istehsal, iqtisadi və sosial amillər və
şərait üzrə idarəetmə funksiyaları.
Strateji funksiyalara aşağıdakılar daxildir: