155
-keyfiyyətin baza göstəricilərinin proqnozlaşdırılma-
sı və təhlili;
-layihə və konstruktor işlərinin istiqamətlərinin
müəyyənləşdirilməsi;
-istehsalın keyfiyyətinin əldə olunmuş nəticələrinin
təhlili;
-reklamasiyalar haqqında informasiyanın təhlili;
-istehlakçı sorğusu (tələbatı) haqqında informasiya-
nın təhlili.
Taktiki funksiyalar:
-istehsal sferasının (sahəsinin, dairəsinin, mühitinin)
idarə olunması;
-keyfiyyət göstəricilərinin verilmiş səviyyədə saxla-
nılması;
-idarə olunan obyektlərlə və xarici mühitlə qarşılıqlı
əlaqələr.
Keyfiyyəti idarəetmə sistemi müəssisəni ümumi ida-
rəetmə sisteminin bir hissəsidir, o, informasiyanın dövr et-
diyi çoxsaylı daxili və xarici əlaqələrə malikdir.
Digər tərəfdən, o, müəssisənin ümumi idarəetmə sis-
teminin digər yarımsistemləri ilə sıx surətdə bağlıdır:
1)
sosial inkişafın, ətraf mühitin mühafizəsinin ehti-
yatlarının tədarükünün yarımsistemi (məqsədli yarımsis-
temlər);
2)
funksional yarımsistemlər;
3)
infrastruktur yarımsistemləri.
Eyni zamanda keyfiyyəti idarəetmə yarımsisteminin
öz məqsədləri, funksiyaları, ehtiyatları, informativ və nor-
mativ təminatı vardır.
156
Keyfiyyətin təmin edilməsinin qalan yarımsistemləri
ilə əlaqə məhsulun həyati fəaliyyətinin mərhələlərindəki iş
prosesində baş verir:
Keyfiyyəti idarəetmə (Kİ) sisteminin xüsusiyyət-ləri.
1)
sistem öz xüsusi elementləri ilə müəyyənləşdirilir
ki, bunlar da onun təşkilat strukturu, davam edən proses-
lər, qəbul olunmuş proseduralar, lazımi ehtiyatlara kimi
təzahür edir. Həmin dörd elementdən birisinin olmaması
sistemin tamamlığına dəlalət edir. Keyfiyyət sistemi elem-
entlərin üzvi məcmuudur;
2)
keyfiyyət sistemi – istehlakçının tələblərinə istiqa-
mətlənən sistemdir, buna görə də onun daxilində keyfiyyə-
tə münasibətdə istehlakçının hazırkı tələblərinin və göz-
ləntilərinin daim öyrənilməsini təmin edən mexanizm
nəzərdə tutulmalıdır;
3)
keyfiyyət sistemi – rəqabət mübarizəsində müvəf-
fəqiyyətə istiqamətlənmiş biznes sistemidir. Dünya təcrü-
bəsi göstərir ki, yüksək keyfiyyətlə biznesin müvəffəqiy-
yətliyi arasında korrelyativ (asılılıq) əlaqələr mövcuddur;
4)
keyfiyyət sistemi – keyfiyyət sahəsində müəssisə-
nin siyasətinin həyata keçirilməsi alətidir. Bu isə o demək-
dir ki, keyfiyyət sisteminin həmin sistemdən kənar qurul-
ması mümkün deyildir;
5)
keyfiyyət sistemi – sosial-iqtisadi sistemdir ki, bu-
rada müəssisənin bütün heyəti idarəetmə obyekti kimi tə-
zahür edir.TQM fəlsəfəsindən istifadə etmək və həmin
kollektivdə mövcud olan ənənəyə və təcrübəyə dayaqlan-
maq lazımdır;
6)
keyfiyyət sistemi – informativ baxımdan zəngin
sistemdir. Mütəxəssislərin fikrincə, keyfiyyətin idarə olun-
157
ması siyasətin idarə olunmasına nisbətən informasiya ba-
xımından xeyli irəlidədir. Vacib məsələ – informasiya
axınlarının optimallaşdırılnıasından ibarətdir. Çıxış yolu
kompüterləşdirilmədədir;
7)
keyfiyyət sistemi – elə bir sistemdir ki, keyfiyyət
sahəsində qəbul olunan qərarların dəqiqliyini, yekdilliyini,
vaxtlı-vaxtında olmasını və tamlığını təmin edir;
8)
keyfiyyət sistemi – təşkilati baxımdan müstəqil,
lakin bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olan element-
lərdən ibarət tam (bütöv) sistemdir.
Beynəlxalq standartlara ISO-ya uyğun surətdə key-
fiyyətə ümumi rəhbərlik ümumi idarəetmə funksiyasının
elə aspektləridir ki, bunlar keyfiyyət sahəsində siyasəti,
məqsədləri və məsuliyyəti müəyyənləşdirir, habelə keyfiy-
yətin planlaşdırılması, keyfiyyətin idarə olunması kimi va-
sitələrin köməyi ilə keyfiyyət sistemi çərçivəsində keyfiy-
yətin təmin edilməsini və keyfiyyətin yaxşılaşdırılmasını
həyata keçirirlər.
ISO beynəlxalq standartları ilə keyfiyyətin operativ
idarə olunması «keyfıyyəti idarəetmə» termini ilə müəy-
yənləşdirilir ki, bu da keyfiyyətə qarşı tələblərin yerinə ye-
tirilməsindən ötrəri istifadə olunan operativ xarakterli
fəaliyyət metodları və növləridir.
Keyfiyyət sahəsində siyasət – təşkilatın keyfiyyət sa-
həsində ali rəhbərlik tərəfindən rəsmi surətdə formalaşdırı-
lan əsas istiqamət və məqsədləridir.
Keyfiyyətin planlaşdırılması – keyfiyyətə və keyfiy-
yət sistemi elementlərinin tətbiqinə qarşı məqsəd və tələb-
ləri müəyyənləşdirən fəaliyyətdir.
158
Keyfiyyət təminatı keyfiyyət sistemi çərçivəsində
planlaşdırılan və müntəzəm surətdə həyata keçirilən, ha-
belə keyfiyyətə qarşı irəli sürülən tələblərin obyekt tərə-
findən yerinə yetiriləcəyinə lazımi qədər inam yaradılma-
sını təsdiqləyən (əgər tələb olunursa) fəaliyyət növləridir.
Keyfiyyətin yaxşılaşdırılması – həm təşkilat, həm də
onun istehlakçıları üçün fayda əldə olunmasından ötrü
fəaliyyət və proseslərin səmərəliyinin və nəticələrinin artı-
rılması məqsədilə təşkilatda qabaqcadan başdan-başa gö-
rülən tədbirlərdir.
7.4. Məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi
və keyfiyyət planlarına sistemli yanaşmanın vasitələri
Texniki, iqtisadi, sosial-psixoloji xarakterli çoxsaylı
və rəngarəng amillər məhsulun keyfiyyətinə təsir göstərir.
Buna görə də külli miqdarda metod, alət və vasitələrdən
istifadə etməklə, məmulatın və xidmətlərin rəqabət qabi-
liyyətliliyinin saxlanılmasından ötəri onların keyfiyyətinin
yüksəldilməsi sahəsində məqsədyönlü siyasət həyata keçi-
rilməlidir. Şərti olaraq onları üç böyük hissəyə ayırmaq
olar:
-keyfiyyətin təmin edilməsi metodları;
-keyfiyyətin stimullaşdırılması metodları;
-keyfiyyətin idarə olunmasının nəticələrinə nəzarət
metodları.
Təminat metodlarına hər şeydən əvvəl məhsulun hə-
yati silsiləsinin bütün mərhələlərində (işlənib hazırlan-ma,
buraxılma, sınaq, istismar və i.a.) proseslərin təhlili və ni-
zamlanması, habelə xaraktertikalarının işlənib hazırlan-
ması (eksperimentin planlaşdırılması, etibarlılığın təmin
Dostları ilə paylaş: |