172
Altıncı bölmədə müəssisədə məhsulun keyfiyyətinin
idarə olunması sisteminin işlənib hazırlanması zamanı
məcburi qaydada istifadə edilməli olan normativ metodik
sənədlərin və materialların tam siyahısı verilir.
Sonuncu, yeddinci bölmədə bütün keyfiyyəti idarəet-
mə sisteminin yaradılması üzrə işlərin mərhələləri; hər bir
mərhələnin növbəliliyi və icra müddəti; müəssisənin ayrı-
ayrı mərhələlərin icrasında iştirak edən bölmələri, habelə
cəlb edilən kənar təşkilatlar; layihələndirilən keyfiyyəti
idarəetmə sisteminə dair işlənib hazırlanmış bütün stan-
dartların müəssisə daxilində razılaşdırılması qaydası gös-
tərilməlidir.
8.3. Müəssisədə məhsulun keyfiyyətinin
qoruyub saxlanması
Müəssisədə məhsulun keyfiyyətinin idarə olunması
sisteminin texniki və işçi layihələri sistemin işlənib hazır-
lanmasına və tətbiqinə dair qabaqcadan nəzərdən keçiril-
miş texniki tapşırıqların əsas müddəalarının detallaşdırıl-
masından və konkretləşdirilməsindən ötəri müvafiq xid-
mətlərin mütəxəssisləri tərəfindən işlənib hazırlanır.
Texniki layihədən ötəri, bir qayda olaraq, aşağıdakı
bölmələr xarakterdir:
1)
məhsulun keyfiyyətinin idarə olunması sisteminin
yaradılmasının məqsədi;
2)
sistemin baş prinsipləri və ümumi funksional
struktur sxemi;
3)
sistemin işinin
təmin edilməsi vasitələri;
4)
keyfiyyətin idarə olunması üzrə müəssisənin stan-
dartları;