175
(planlaşdırıla) bilər. Məhsulun keyfiyyət səviyyəsinin mü-
əyyənləşdirilməsinin, təmin olunmasının və buna nəzarə-
tin müxtəlif aspektləri (cəhətləri) ən müxtəlif növ müqavi-
lə və bağlaşmalarda ölkəmizin qüvvədə olan müasir qanu-
nvercilikləri ilə reqlamentləşdirilir.
Müqavilələrdə və bağlaşmalarda məhsulun keyfiyyə-
tinin tələb olunan səviyyəsi aşağıdakı üsullarla müəyyən-
ləşdirilir; standartlar üzrə, texniki təsvir üzrə, bağlaşmanın
ayrılmaz hissəsi olan nümunələr, satıcı kataloqları və pros-
pektləri üzrə.
Standartlar üzrə adətən çox sadə məmulatların key-
fiyyətləri işarələnir. Bu zaman müqavilənin müvafiq mad-
dəsində göstərilir: «Keyfiyyət Azərbaycan Respublikası-
nın standartlarına müvafiqdir».
Mürəkkəb texniki məhsulun və standartları olmayan
(lakin xüsusi tələbata cavab verməli olan) məhsulun key-
fiyyəti texniki şərtlərlə müəyyən edilir.
Ərzaq mallarının keyfiyyəti uyğunluq sertifikatı ilə,
baytarlıq xidməti tərəfindən verilən baytarlıq sertifikatı
ilə, habelə məhsulun hər dəsti üçün verilmiş gigiyenik
sertifikatı ilə təsdiqlənir.
Keyfiyyət nümunə üzrə müəyyənləşdirdikdə təda-
rükçü istehlakçıya məhsulun nümunəsini təqdim edir.
Əgər istehlakçını həmin nümunə razı salırsa, o, etalona
çevrilir. Bu zaman müqaviləyə, bir qayda olaraq, seçilmiş
nümunələrin miqdarı haqqında və onların göndərilən məh-
sul ilə müqayisəsi qaydası barədə məlumat daxil edilir.
Tədarükçü və istehlakçıların müqavilə ilə bağlı qarşılıqlı
münasibətlərində bəzən münaqişəli hallar da baş verir, bu-
na görə də seçilmiş nümunələr əksərən təkcə müqavilə
176
bağlamış tərəflərdə deyil, həm adı müqaviləyə daxil edilən
bitərəf firmada da saxlanılır. İstehsalı eyni zamanda bir
neçə müəssisədə təşkil edilən məmulatların keyfiyyətinə
qarşı irəli sürülən tələblər sırasında müqavilə bağlayan tə-
rəflər (satış orqanları) müqavilənin mətnində məhsulun
konkret istehsalçısının adını göstərə bilərlər.
Müqavilələr həm də məhsulun keyfiyyətini planlaş-
dırma vasitəsidir. Keyfiyyətinə görə məhsulun yoxlanıl-
masının bütün şərtlərinin dəqiq müəyyənləşdirilməsi mü-
qavilələrdə və sazişlərdə məhsulun keyfiyyətinin planlaş-
dırılması sahəsində ən ciddi problemdir.
Əksər hallarda məhsulun keyfiyyətinin yoxlanılması,
həmişə malın xarakterindən və təyinatından asılı olur. Be-
ləliklə, mürəkkəb texniki məhsul işlədilərək yoxlanılmalı-
dır. Bundan ötəri istehlakçıya öz iddialarını (reklamasiya-
larını) çox uzun müddət ərzində təqdim etmək hüququ ve-
rilməlidir. Əgər mal ərzaqdırsa, onun keyfiyyətinə görə
qəbulu, adətən, zahirən nəzərdən keçirilmə və ekspertiza
vasitəsilə yerinə yetirilir. Belə yoxlama keyfiyyəti təsdiq
edən sənəd, məhsulun istehsal olunduğu tarixə və yerə,
saxlama müddətinə və s. görə qəbul edilir.
Məhsulun keyfiyyət təminatı adətən müqavilədə ay-
rıca maddə kimi göstərilir və təhvil-təslim bölməsinə ya-
zılır. Bir qayda olaraq, müqavilə bağlayan tərəflər təminat
müddətlərini təminat dövründə tərəflərin öhdəliklərini,
iddiaların təqdim olunması və reklamasiyaların ödənilməsi
qaydalarını, habelə təminatın aid olmadığı bütün halları
razılaşdırırlar.
177
8.4. Müəssisədə texniki nəzarətin təşkili
Keyfiyyətə nəzarət (KN) dedikdə məhsulun, yaxud
prosesin kəmiyyət, yaxud keyfiyyət xarakteristikalarının
müvafiqliyinin yoxlanılması anlaşılır ki, bundan da məh-
sulun müəyyən edilmiş texniki tələblərə müvafıqliyi asılı
olur.
Nəzarətin mahiyyəti nəzarət obyektinin vəziyyəti
haqqında məlumat əldə etməkdən və çertyojlarda, stan-
dartlarda texniki şərtlərdə (TŞ), tədarük müqavilələrində
və sair sənədlərdə əks etdirilən müəyyən tələblərlə alınmış
nəticələri müqayisə etməkdən ibarətdir.
Nəzarətin əsas termin və tərifləri ГОСТ-16504-81-lə
müəyyən olunmuşdur.
Müəssisədə keyfiyyətə nəzarəti (KN) məhsulu hazır-
layanlar və istehsalat ustaları, TNŞ-nin texniki nəzarət şö-
bəsinin işçiləri, özününəzarətə keçirilmiş fəhlələr, sifariş-
çinin müəssisədəki nümayəndələri (əgər tədarükə dair mü-
qavilədə bu barədə razılaşma varsa) həyata keçirirlər.
Texniki nəzarətin təşkili - müvafiq normativ sənəd-
lərin (NS) tələblərinə cavab verən məhsulun istehsalına
yönəldilən texniki və inzibati tədbirlər sistemi deməkdir.
Texniki nəzarət - müəyyən olunmuş texniki tələblərə
nəzarət obyektinin müvafıqliyinin yoxlanılması deməkdir.
Sənayedə texniki nəzarət özlüyündə istehsalın bütün
mərhələlərində yerinə yetirilən yoxlama əməliyyatlarının
məcmusudur: müəssisəyə daxil olan materialların, yarım-
fabrikatların, komplektləşdirici cihaz və məmulatların key-
fiyyətinə nəzarətdən hazır məhsulun buraxılışına qədər.
178
Texniki nəzarət istehsal prosesinin ayrılmaz hissəsi-
dir. O, nəzarət obyektindən asılı olaraq, müəssisənin müx-
təlif xidmətləri tərəfindən yerinə yetirilir. Beləliklə, stan-
dartlardan, texniki şərtlərdən,
rəhbər
materiallardan və di-
gər normativ-texniki sənədlərdən istehsalat prosesinin ha-
zırlığı gedişində düzgün istifadə olunmasına nəzarəti nor-
malara nəzarət xidməti yerinə yetirir. Texniki sənədlərin
keyfiyyətinə baş konstruktor, baş texnoloq, baş metallurq
şöbələri və sair xidmətlər səviyyəsində müəssisənin bütün
bilavasitə icraçıları və rəhbərləri tərəfindən nəzarət olunur.
Məhsulun keyfiyyətinə görə məsuliyyət istehsal bölmələ-
rinin (sexlərin və sahələrin) icraçıları və rəhbərləri üzərin-
dən götürülməsə də, hər halda müəssisənin öz istehsalı
olan hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə
görə nəzarəti texniki nəzarət şöbəsi (TNŞ) həyata keçirir.
Müəssisədə texniki nəzarətin başlıca vəzifəsi standart-
larin və texniki şərtlərin tələblərinin pozulmasına səbəb
ola biləcək nasazlıq və kənarlaşmaların qarşısının alınması
məqsədilə məhsulun keyfiyyəti, avadanlığın və texnoloji
prosesin vəziyyəti haqqında tam və düzgün məlumatın
vaxtında əldə edilməsindən ibarətdir.
Texniki nəzarət istehsal prosesinin tələb olunan sah-
manını təmin etməyə və onun sabitliyini, yəni texnoloji re-
jimlər, normalar və şərtlərlə nəzərdə tutulan sabit surətdə
təkrarlanmasını saxlamağa xidmət etməlidir.
İstehsalın müxtəlif mərhələlərində daxil olan mate-
riallar, yarımfabrikatlar, hazır məhsul (detallar, xırda yığ-
ma vahidlər, qovşaqlar, bloklar, məmulatlar), istehsal vasi-
təsilə (avadanlıqlar, alətlər, cihazlar, mexanizmlər və s.),
Dostları ilə paylaş: |