179
texnoloji proseslər və emal rejimləri, ümumi istehsal mə-
dəniyyəti müəssisədə texniki nəzarətin obyektləridir.
Texniki nəzarətin funksiyaları hər şeydən əvvəl is-
tehsalın vəzifələri və obyektləri tərəfindən müəyyən olu-
nur. Buraxılan məmulatın keyfiyyətinə və komplektliyinə
nəzarət, məhsulun qayıdışlarının, qüsurlarının, çıxdaşları-
nın, reklamasiyaları və s. uçotu və təhlili buraya daxildir.
TNS-nin başlıca vəzifələri – standartların, texniki
şərtlərin, etalonların, texniki sənədlərin, müqavilə şərtlə-
rinin tələblərinə cavab verməyən məhsulun buraxılışının
qarşısının alınmasından; buraxılan məhsulun keyfiyyətinə
görə bütün istehsal manqalarının istehsalat intizamının
möhkəmləndirilməsindən və məsuliyyətinin yüksəldilmə-
sindən ibarətdir.
Yalnız TNŞ tərəfindən qəbul olunduqdan sonra
müəssisənin məhsulu satışa göndərilə bilər. Özü də məh-
sulun qəbulu onun keyfiyyətini təsdiq edən müvafiq sə-
nədlə (sertifikatla) sənədləşdirilməlidir.
Yuxarıda sadalanan vəzifələrə müvafiq surətdə TNŞ
bir sıra funksiyaları yerinə yetirir: məhsulun keyfiyyətinin
təmin edilməsi metodlarının planlaşdırılması
və işlənib ha-
zırlanması, keyfiyyətə nəzarət və onun stimullaşdırılması.
Keyfiyyətin təmin edilməsi metodlarının planlaşdı-
rılmasına və işlənib hazırlanmasına aşağıdakılar daxildir:
-
məmulatın keyfiyyətinin səviyyəsinin planlaşdırıl-
ması keyfiyyətə və nəzarətin texniki vasitələrinə nəzarətin
planlaşdırılması;
-
keyfiyyət haqqında məlumatın toplanılması, keyfiy-
yətin təmin olunmasına, istehsal və istismar sahələrindən
180
keyfiyyət haqqında informasiyanın emalına və məlumat-
ların təhlilinə sərf edilən məsrəflərin müəyyənləşdirilməsi;
-
tədarükçü tərəfindən göndərilən məhsulun və
müəssisənin öz istehsalı olan məhsulun keyfiyyətinin idarə
olunması;
-
keyfiyyətə nəzarətin nəticələrinin müqayisəliyini və
etibarlığını təmin edən nəzarət metodikalarının işlənib ha-
zırlanması;
-
keyfiyyətin idarə olunmasından ötəri texniki şərtlə-
rin, kondisiyaların, standartların (texniki bölmələrlə birlik-
də) işlənib hazırlanması.
8.5. Müəssisədə keyfiyyət göstəricisinin
optimallaşdırılması meyarları
Sənaye məhsullarının texniki səviyyəsinin təkmil-
ləşdirilməsinə yönəldilən mühəndis-texnoloji və təşkilati
məsələlərin yerinə yetirilməsi və idarə edilməsi üçün
əvvəlcə onun keyfiyyət göstəricilərinin optimal qiymətini
təyin etmək lazımdır. Keyfiyyət göstəricilərinin o qiyməti
optimal hesab edilir ki, ya onun yaradılmasına və istisma-
rına çəkilən xərclər istismar zamanı əldə edilən səmərədən
az olsun, ya da çəkilən xərclərə nisbətən daha çox gəlir əl-
də edilsin.
Bu halda qoyulan xərci çıxarmaq şərtilə keyfiyyətin
ümumi göstəricisinin ən yaxşı(optimal) qiyməti istismar-
dan alınan yüksək iqtisadi səmərəni xarakterizə edir. Belə
göstəriciyə optimallaşdırma meyarı kimi baxılır və nəzər-
də tutulan xərclər optimallaşdırma zamanı məhdudiyyət
adlanır. Digər halda, əgər məmulatın yaradılması və istis-
182
tarazlaşmış kompleks göstərici Q ümumi şəkildə aşağıdakı
kimi təyin edilir:
Q= √
∑
∑
(8.1)
Burada γ-ortalaşdırmanın
riyazi parametri,
m
i
-çəki əmsalları
n- fərdi
göstəricilərin P
i
sayı
γ-nın müvafiq qiymətlərini qəbul etməklə orta taraz-
laşmış kompleks göstəricilərin müxtəlif qiymətlərini alı-
rıq. γ parametri ən çox tətbiq edilən ortalaşdırma üsulu ilə
qəbul edilir. Məsələn, orta tarazlaşmış ədədi ortalaşdırma
üçün γ=1, keyfiyyət orta tarazlaşmış həndəsi göstəricisi
üçün γ=0 (γ parametrinin orta harmonik tarzlaşmışı 1-ə,
orta kvadratik tarazlaşmışı isə 2-yə bərabərdir). Belə halda
orta tarazlaşmış ədədi göstəricinin qiymətini aşağıdakı
düsturla təyin edirlər.
Qə=
∑
∑
(8.2)
Orta tarazlaşmış
həndəsi göstərici isə
Q
h
=(∏
) ∑
⁄
(8.3)
əgər çəki əmsalları balla yox, vahidin hissələri ilə
verilərsə, yəni
∑
(8.4)
Şərtində (2) və (3) düsturları aşağıdakı şəkli alar :
Q
ə
= ∑
P
i
(8.5)
və
Q
h
=∏
(8.6)