Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə49/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

torpaqəmələgəlmə   izafi   rütubətlənmə   və   zəif   aerasiya

şəraitində gedir. Bunun nəticəsində zəif parçalanmış üzvi

qalıqların toplanması müşahidə edilir. Çox zaman burada

subasar bataqlıqlar əmələ gəlir. Terrassboyu subasarların

qleyli   bataqlıq   torpaqlarında   qrunt   sularının   səthə

qalxması   nəticəsində   bəzi   kimyəvi   elementlər   toplanır.

Beləliklə,   yaxında   yerləşən   suayrıcı   sahələrindən   bütün

nə   yuyulursa,   terrasyanı   subasarlarından   keçir   və   xeyli

dərəcədə   dəmir,   kalsium,   manqan   və   fosfor

yenitörəmələri şəklində burada çökür. 

 13.5. Qarışıq meşələr zonasında torpaq

coğrafiyasının xüsusiyyətləri

Qarışıq   meşələr   zonası   torpaq   örtüyünə   görə   olduqca

müxtəlifdir.   Bunların   içərisində   çimli-podzol   lösləşmiş

torpaqlar   daha   çox   yayılmışdır.   İynəyarpaqlı   meşələr

zonasına yaxınlaşdıqca torpaq profili üzrə narındispersli

hissəciklərin   paylanması   intensivliyi   azalır.   Enliyarpaqlı

meşələr zonasına doğru çimli-podzol torpaqlar boz-meşə

torpaqları ilə əvəz olunur. Onu da qeyd etmək lazımdır ki,

çimli-podzol   torpaqlar   müəyyən   torpaqəmələgətirən

süxurlar–xüsusilə   karbonatsız   gillicəli   süxurlar   üzərində

əmələ gəlirlər.

48



Qumsal   torpaqəmələgətirən   süxurlar   üzərində

illüvial-dəmirli podzol və illüvil qatı olmayan turş qumlu

torpaqlar  inkişaf edir. Bu cür torpaqların böyük sahələri

flüvioqlyasial   və   qədim   allüvial   qumlarla   örtülü   geniş

ovalıqlarda   yayılmışdır.   Bu   yerlərdən   Belorusiya

Polesyesi,   Meşerski,   Vyatka–Kama,   Vetluqa-Unja

ovalıqları və s. göstərmək olar. 

Bir   sıra   rayonlarda   torpaqəmələgətirən   süxurların

tərkibi   ilə   müəyyən   olunan   torpaqlar   inkişaf   tapmışdır.

Bunlardan çimli karbonatlı torpaqları göstərmək olar ki,

bu  torpaqlar   da  Estoniyada   yayılmışdır  (şəkil   13.3).   Bu

torpaqların əmələ gəlməsi yerli karbonatlı süxurların təsiri

və   torpaqəmələgətirən   buzlaq   çöküntülərində   bu   süxur

qırıntılarının   çoxlu miqdarda olması ilə əlaqədardır. Bu

torpaqlar   ordovik   karbonat   çöküntülərinin   inkişaf   etdiyi

sahələr üçün xüsusilə səciyyəvidir. Bu yaylanın özülünün

tərkibində   çoxlu   miqdarda   yerli   karbonatlı   süxurların

daşları olan, səthindən nazik moren gillicələri ilə örtülmüş

karbonatlı süxurlar təşkil edirlər. Estoniyada belə gillicələr

rixk   adlanır.   Meşə   alrtında   yerli   karbonatlı   süxurların

qırıntılı  materialları   ilə zənginləşmiş  belə  nazik  gillicələr

üzərindəki çimli karbonatlı torpaqların profili inkişaf edir.

Valday  buzlaqlarının   sərhədi   daxilində   yerləşən   sahələr

üçün   qumsal   ovalıqların   və   lösşəkilli   cillicələrlə   örtülü

alçaq   yastı   yaylaların   uyğunluğu   səciyyəvidir.   Valday

buzlaqların   üzərində   zonanın   ən   münbit   –  tündrəngli



torpaqları  inkişaf etmişdir. Tünd rəngli torpaqlara malik,

çoxəsrli mədəni əkinçilik rayonları sayılan hündür yerlər

xalq tərəfindən opolilər adını almışdır.

49



Qarışıq meşələrin tərkibində və torpaqların morfoloji

görünüşündə   dəyişikliklərə   səbəb   Şərqi   Avropa

ovalığından   başlayaraq   qərbə   tərəf   mülayim   atlantika

iqliminin təsir etməsidir. Belə ki, A

2

 qatı az və ya çox yaxşı



ifadə   edilən  lösləşmiş   gillicəli   turş   torpaqlar  uzaq

qərbə doğru yayılırlar. Bu torpaqları podzollaşmış qonur,

çimli-küləşi-podzol   və   s.   adlandırmışlar.   Hazırki   vaxtda

onları   podzollyuvisollar   qrupuna   daxil   edirlər.   Qarışıq

meşələr   altında   karbonat   qrıntılarına   malik

torpaqəmələgətirən süxurlar üzərində zəif differensiasiya

olunmuş  turş   qonur   meşə   torpaqları  inkişaf   etmişdir.

Karbonatla   zənginləşmiş   sahələrdə   çimli   karbonatlı

torpaqlar   əmələ   gəlmişdir.   Pis   drenaj   olunan   gillicəli

torpaqlarda   onların   alabəzək   rənginə   səbəb   olan

qleyləşmə   prosesi   inkişaf   edir   ki,   Qərbi   Avropa

torpaqşünasları onları durğun (hərəkətsiz, ölü) rütubətli



torpaqlar adlandırırlar. 

Qumlu   çöküntü   massivləri,   xüsusilə   Mərkəzi

Avropanın   şimal   yarısında   yayılmış   massivlər,   illüvial–

dəmirli podzol və ya qumsal turş qonur torpaq örtüyünə

malikdir. Qumlu podzollar zolağı Baltik dənizi sahili boyu

uzanır.   Qumlu   ovalıqların   bataqlıqlaşmış   sahələrində

torflu bataqlı torpaqlar yayılmışdır. Şimal dənizinin sahili

boyu dənizkənarı şoranlı çəmənlər və polderlər rast gəlir

ki,   bunlar   niderlandların   dəniz   dibini   qurutduqları   tipik

sahələri xatırladır. 

Şimali   Amerikada   qarışıq   meşələr   zonasının

atlantika sahili hissəsində turş qonur torpaqlar tipi inkişaf

etmişdir.  Daha   kontinental   rayonlar   üçün   açıq   rəngli  A

2

qatı olan boz qonur torpaqlar səciyyəvidir.



50


13.6. Qarışıq meşə torpaqlarının əkinçilikdə

istifadəsi

Kənd   təsərrüfatında   istifadəsinə   görə   qarışıq

meşələrin   gillicə   torpaqları   daha   əlverişlidir.   Lakin,   bu

torpaqların turş reaksiyası, güclü yuyulması, bəzi yerlərdə

bataqlaşması, onların əkinçilikdə istifadəsini çətinləşdirir.

Son   buzlaqların   yayıldığı   sahələrdə   daşların   çoxluğu

torpağın   becərilməsinə   mane   olur.   Şərqi   Avropa

hissəsində, qarışıq meşələr zonasının cənub rayonlarında

torpaqların   əkinçilikdə   istifadə   dərəcəsi   30-45%-dir,

şimala   doğru   isə   bu   xeyli   aşağıdır.   Yüksək   turşuluğu

neytrallaşdırmaq   üçün   torpaqlar   əhənglənir.   Yüksək

dozada verilən üzvi və mineral gübrələr kənd təsərrüfat

bitkilərindən yüksək məhsul götürülməsinə imkan yaradır.

Bu   zonanın   torpaqlarının   qurudulması   və   meliorasiyası

üzrə   böyük   işlər   aparılır.   Qaratorpaq   olmayan   zonada

əkinçilik   sahələrinin   genişləndirilməsi   və   məhsuldarlığın

yüksəldilməsi – kənd təsərrüfatında mühüm vəzifələrdən

biridir.  



IV FƏSİL

ENLİYARPAQLI MEŞƏLƏRİN TORPAQLARI

Subboreal   qurşaq   daxilində,   tayqa   və   tayqaaltı

meşələrə nisbətən daha isti şəraitlərdə, zəngin ot bitkiləri

örtüyünə   malik   enliyarpaqlı   meşələr   yayılmışdır.   Belə

landşaftlarda   əmələ   gələn   torpaqlar   sırasında   iki   qrup

51



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə