Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə50/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

ayrılır.  Birinci qrupun  torpaqları  yumşaq  okean  iqliminin

təsiri altında olan ərazilərdə (məsələn, Qərbi Avropa və

Şimali   Amerikada   Atlantik   okeanın   təsiri   altında   olan

vilayətlər)   əmələ   gəlmişdir.   İkinci   qrupun   torpaqları

subboreal   qurşağın   kontinent   daxili   rayonlarında,   yəni,

Avrasiya   və   Şimali   Amerikanın   mərkəzi   vilayətlərində

əmələ   gəlmişdir.   Keçmiş   Sovet   İttifaqı   ərazisində   ikinci

qrupun nümunələri daha geniş yayılmışdır.

Qeyd etmək lazımdır ki, otlu enliyarpaqlı meşələrin

landşaftları   insan   üçün   yüksək   dərəcədə   əlverişli

olduğundan   uzun   zaman   onun   tərəfindən   təsirə   məruz

qalmışdır. Buna görə də onlar çox dəyişilmişdir. Belə ki,

meşə bitkiləri ya tamamilə (Qərbi Avropa və ABŞ-ın böyük

hissəsində) məhv edilmiş, ya da ikinci, təkrar bitki örtüyü

ilə əvəz edilmişdir.

14.1. Boz  meşə  torpaqlarının  ümumi

torpaqəmələgəlmə  şəraiti

Boz   meşə   torpaqları     meşə-çöl   zonasının   şimal

hissəsində yayılmaqla bütöv zona əmələ gətirmirlər. Bu

torpaqların   qırıq-qırıq   zolağı   Avropanın   qərb

sərhədlərindən   başlayaraq   Baykal   gölünün   arxasına

qədər uzanır  (Şəkil 14.1). Boz-meşə torpaqların tutduğu

ümumi sahə keçmiş SSRİ ərazisinin 3%-ni təşkil edir.

52



 

Şəkil  14.1.  Boz-meşə  (1)  və  qaramtıl  (2)  torpaqlarının  coğrafi

yayılma arealları

Boz meşə torpaqları kontinental iqlim şəraitlərində

inkişaf   edir.   İqlimin   kəskin   xarakteri   və   kontinentallıq

dərəcəsi qərbdən şərqə doğru artır. Qərbdə havanın orta

illik temperaturu   7°C, orta yanvar - 6°C  yaxın, şaxtasız

dövrün   uzunluğu   təxminən   250   gün,   şərqdə   orta   illik

temperatura   - 4,5°C, orta yanvar temperatura   - 28°C,

qədər   aşağı   düşür,   şaxtasız   dövr   isə   180   günə   qədər

azalır.   Uraldan   qərbə   doğru   boz   meşə   torpaqlarının

formalaşdığı   vilayətlərdə   il   ərzində   500-650mm,

Baykaldan   şərqə   doğru   isə   300mm   yağıntı   düşür.

Buxarlanma   ilə   yağıntının   miqdarı   arasında   kəskin   fərq

yoxdur.   Yay   şəraiti   təxminən   eynidir,   iyul   ayında   orta

temperatura 19-dan 20°C qədər dəyişilir.



Torpaqəmələgətirən süxurları əsasən lösəbənzər

gillicələr təşkil edir. Bu çöküntülər karbonatlıdırlar. Cənubi

Sibirin dağarası çökəkliklərinin örtük gillicələri yerli qırıntı

materialları ilə xeyli zəngindir.

Boz   meşə   torpaqlarının  bitki   örtüyü,  ot   bitkiləri

olan   enliyarpaqlı   meşələrdən   ibarətdir.  Dneprdən   qərbə

53



doğru meşələr vələs-palıd, Dneprlə Volqa çayı arasında

göyrüş qarışıqları olan cökə-palıd ağaclarından ibarətdir.

Cökə və palıd meşələri Urala qədər çatır, onlardan şərqə

doğru   Qərbi-Sibir   ovalığı   ərazisində   tozağacı   və

ağcaqovaq   meşələri   üstünlük   təşkil   edir.   Şərqə   doğru

qara şam peyda olur. Yarpaqlı meşələr zəngin ot örtüyünə

malikdir.

Qaraşam meşələrinin töküntülərinin miqdarı tayqa

meşələrinin töküntüləri miqdarından xeyli çox (70-90 c/h)

təşkil   edir.   Töküntülər   kül   elementləri   ilə   xüsusən

kalsiumla   zəngindir,   bir   il   ərzində   töküntülərlə   torpağa

daxil   olan   kalsiumun   miqdarı,   N.İ.Bazileviçə   görə,   70-

100kq/h-dır.

Qrunt   sularının   dərin   səviyyəsini   nəzərə   alaraq

güman   edirlər  ki,   boz  meşə   torpaqları   böyük   dərinlikdə

islanmasına   baxmayaraq,   yuyan   su   rejimi   onlar   üçün

səciyyəvi   deyildir.  Yalnız   yüksək   dərəcədə   rütubətlənən

rayonlarda   torpaq-qrunt   qatı   qrunt   sularına   qədər

tamamilə islanır.

 

14.2. Boz-meşə torpaqlarının morfoloji



xüsusiyyətləri

Boz     meşə     torpaqlarının       profili     aşağıdakı

quruluşa   malikdir:

A

0

  -ağac və bitkiləri   töküntülərindən ibarət meşə

döşənəyi, adətən çox da qalın olmur - 1-2 sm.



A

1

-boz    ya  tünd-boz  rəngdə  humus  qatı, çoxlu

miqdarda ot köklərinə malikdir, möhkəm olmayan xırda və

ya ortatopavari struktura malikdir. Qalın aşağı hissəsində

54



çox vaxt silisium oksidinin səpildiyi təbəqə olur. Humus

qatının qalınlığı 20-30 sm-ə yaxındır.



A

2

 və ya A



1

/A

2

 yuyulan qatdır. O,  boz  rəngdə  və

bəzi  hallarda  üst  hissədə  çox da aydın ifadə edilməyən

topavari,   alt   hissədə   xırda   qozvari   struktura   keçən,

vərəqvari   –   lövhəşəkilli     struktura     malikdir.   Bu     qatın

qalınlığı  20sm-ə yaxındır. Tünd boz torpaqlarda  bu  qat

yoxdur. Xırda dəmir-manqanlı  törəmələrə  rast gəlinir.



B  –   yuyulmuş     birləşmələrin   toplandığı   qatdır.

Onun üçün qəhvəyi-qonur rəng və çox yaxşı ifadə edilən

qozvari   struktur   səciyyəvidir   ki,   o   yuxarı   hissədə   xırda,

aşağı   getdikcə   tədricən     iriləşir     və     aydın     olmayan

prizma   şəklinə   keçir.  Struktur     hissələri   və   məsamələri

səthi  parıldayan  tünd-qəhvəyi   pərdə  ilə  örtülüdür.  Xırda

dəmir-manqan   çöküntülərinə   rast   gəlirik.   Yuyulmuş

birləşmələrin     toplanma   qatı     qalındır   -   80-100   sm-ə

yaxındır.

C  - lösşəkilli   gillicə örtüyü, sarımtıl-qonur rəngdə,

yaxşı ifadə edilmiş struktura malikdir. Bu gillicələrdə  çox

vaxt   karbonat törəmələri vardır ki, onlar qədim dövrün

qalıq məhsullarıdır.

Boz  meşə torpaqları  tipi üç yarım  tipə bölünür -

açıq-boz,   boz    tünd   boz.  Bu   yarımtiplərin     adları

humus     qatı     rənginin   intensivliyindən   asılıdır.   Rəngin

intensivliyi   zəiflədikcə   humus   qatının   qalınlığı,   ən

başlıcası   isə,   bu   qatın   yuyulma   intensivliyi   azalır.   B

qatının yuxarı hissəsində qozvari aqreqatların   səthində

silisium oksidinin səpgilərinin və eləcə də A

1

 qatının aşağı



hissəsində   ağımtıl   ləkələrin   olmasına   baxmayaraq

55



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə