115
ki, bu adlar gələcəkdə də yaşayacaqdır. Nə qədər inkişaf yeniləşsə də,
insanlar bir-birini əvəz etsə də, heç kəs öz soykökünü dəyişə bilməz.
Əsrlərdən bəri el arasında belə bir atalar sözü yaşayır ki, "əslini
danan haramzadadır". Və heç kəs bunu etməz. Kəndimizdə, el-obada
mənim və ata-babalarımın mənsub olduğu tayfa həmişə "korlar" adə ilə
tanınmışlar. Təəssüflər olsun ki, bunun nə ilə əlaqədar olduğu barədə
məlumatım yoxdur.
Yuxarıda dediyim kimi, atam FƏTƏLİYEV BƏŞİR mən hələ 5-6
yaşım olanda dünyasını dəyişib. Atamın qardaşı olmayıb, yalnız Tamaşa
adında bir bacısı olub. Tamaşa bibimin isə üç qızı, bir oğlu olub. Tamaşa
bibimin qızı Şövkətin beş oğlu, bir qızı olub. Bibimin ikinci qızı Şölənin
iki oğlu, üç qızı var. Tamaşa bibimin üçüncü qızı Nəzakətin iki oğlu, iki
qızı olub. Tamaşa bibimin oğlu Əlinin isə iki oğlu, bir qızı olub. Bir
yerdə götürsək Tamaşa bibimin 14 nəvəsi var. Onlardan doqquzu oğlan,
beşi isə qız nəvəsidir.
Anamın Qaratel və Xonça adında iki əmisi qızı olub. Qaratelin iki
oğlu və bir qızı olub. Oğlanlarının adı Aydın və Bulud olub. Atamın
Xonça adlı əmisi qızının iki oğlu olub: Yelmar və Vahid. Xonça bibimin
oğlu Yelmar haqqında bir qədər ətraflı danışmaq istəyirəm. Yelmar
Məmmədov 1958-ci ildə anadan olub. Sonra Rusiyada əsgəri xidmətdə
olub. Rusiyada ali təhsil alıb. Fəhləlikdən xeyriyyəçiliyə qədər bir yol
keçib. Qarabağ savaşı başlananda Vətəni Azərbaycana gəlib. Xalqı və
116
xalqının ermənilərə qarşı apardığı ədalətli müharibə üçün əlindən gələni
edib. Əlbəttə, onun Vətən, xalq üçün etdiklərinin sayı-hesabı
ölçüyəgəlməzdir. "Xalq qəzeti"nin müxbiri kimi Qarabağ müharibəsinin
qaynar nöqtələrində olmuş Ziyəddin Sultanovun "Burdan bir atlı keçdi"
kitabında Yelmar Məmmədovun xeyriyyəçilik fəaliyyəti geniş öz əksini
tapıb. Bunun üçün kitabın müəllifinə təşəkkürümüzü bildiririk. Yelmar
Məmmədovun isə vaxtsız vəfatı el-oba üçün ağır itkidir. Ruhu şad olsun!
Atamın Camal adında əmisi olub. Camal kişinin Telli, Sənəm və
Növrəstə adında üç qızı olub. Tellinin 4 oğlu, 3 qızı, Sənəmin 2 oğlu, 2
qızı, dünyasını dəyişmiş Növrəstə qızının isə bir oğlu qalıb.
Atamın əmisi oğlu Niftalının bir oğlu və bir qızı var: Fazil və
Firuzə, Fazil və Firuzənin üz oğlu və altı qızı olub. Atamın xalası oğlu
İsmayılın bir oğlu və iki qızı var: Nüsrət, Diləfruz və Hamayıl.
Atamın dayısı oğlu Tapdığın Təyyar və Elyar adında iki oğlu, Sahidə və
Aida adında iki qızı olub. Abbas,Qaraş,Qaratel isə atamın yaxın
qohumlarıdır. Qaraşın Yaqub, Həsən, Sahib,Mirəli,Bərxudar və Zülfü
adında altı oğlu var. Abbasın Polad və Aynisə adlı bir qızı və bir oğlu
olub. Atamın digər yaxın qohumu Qaratelin bir oğlu və iki qızı olub:
Rəhman, Tubu, Səmər. Onlardan yalnız Tubu yaşayır. Atamın yaxın
qohumlarından biri olan qulu kişi eldə-obada çox hörmətli adam olub və
yüzbaşı işləyib. O, cəsarəti və mərdliyi ilə həmişə fərqlənib. Qulu kişinin
Hüseyn, Cəlal, Əlif adında üç oğlu və Sənəm adlı bir qızı olub. Qulu
117
kişinin böyük oğlu Hüseynin üç oğlu və iki qızı olub: Tofiq, Rafiq,
Ramiz, qızları: Müzəyyə və Əsmayə. Qulu kişinin ikinci oğlu Cəlalın isə
altı qızı olub: Zenfira, Mahirə, Hökumə, Əzizə, Şükufə, Mədinə. Qulu
kişinin üçüncü oğlu Əlifin isə iki oğlu və dörd qızı var: Samir, Rafael,
Nazilə, Zöhrə, Sevil, Nuriyyə. Qulu kişinin yeganı qızı Sənəmin bir oğlu,
üç qızı olub: oğlu Rəhman cavan yaşında vəfat edib. Qızları Suğra,
Gülbuta, Gülüm adlanıblar. Sənəmin axırıncı qızı Gülüm əri və iki qızı
ilə birlikdə Qarabağ müharibəsi zamanı itkin düşüblər.
Atamın yaxın qohumlarından biri olan Gilənin üç oğlu və üç qızı
olub: Əhməd, Famil, Cəmil, qızları: Sədəf, Sərmayə, Səriyyə. Bunlardan
Cəmil cavan ikən, Əhməd və Famil isə sonradan vəfat ediblər. Sərmayə
isə mənim həyat yoldaşımdır.
Atamın yaxın qohumlarından biri Əndamın üç qızı, iki oğlu olub:
Mərziyə, Hüsnü, Dilbər, oğlanları: İsa və Qurban. İsa 1941-ci ildə
müharibəyə gedib və qayıtmayıb. İkinci oğlu Qurban vəfat edib və onun
bir oğlu və iki qızı var.
Atamın digər yaxın qohumu Əbişin dörd oğlu və iki qızı olub:
Yolçu, Salman, Alış, Həsənxan. Alış cavan ikən vəfat edib.
Atamın eldə-obada dörd bacı adlanan Nənəqız, Sandıq, Həyat və
Gülüm adında qohumları olub. Həyat haqqında yuxarıda danışdığım
digər qohumumuz Qaraşın ömür yoldaşı olub. Nənəqız cavan ikən vəfat
edib, iki oğlu və bir qızı qalıb. Onun övladları Cavanşir, Əzizağa,
118
Şükufə və Zümrüd ailə və uşaq sahibləridir. Sandığın bir oğlu və üç qızı
olub: Məhərrəm, Tamara, Qumru və Şəfiqə. Onlardan Məhərrəm,
Tamara və Şəfiqə dünyalarını dəyişiblər. Dörd bacının sonuncusu olan
Gülümün Əminə adında bir qızı olub. Gülüm və Əminə vəfat edib.
Əminənin bir oğlu və bir qızı qalıb.
Atamın iki bacı adlı da yaxın qohumu olub: Şeyda və Qiymət.
Şeydanın bir oğlu və bir qızı olub: Eldar və Ceyran. Eldar (Eldar Baxış)
xalqımızın şerlərini sevə-sevə oxuduğu görkəmli şairlərindən biri olub.
Qiymətin isə Sərraf adında bir oğlu olub. Sərraf filologiya elmləri
namizədi olub. Çox talantlı bir filoloq idi. Təəssüf ki, dünyasını vaxtsız
dəyişib.
Atamın Məhərrəm, Şahsuvar, Mürsəl adlı qohumları da olub.
Məhərrəmin üç oğlu və beş qızı olub: oğlanlar: Şükür, Xəlil, Azad,
qızları: Məleykə, Şövkət, Firəngiz, Əfruz və Tünzalə.
Şahsuvarın bir oğlu, altı qızı olub. Oğlunun adı Ələmdar,
qızlarının adı isə Təyyarə, Rəna, Məlahət, Zübəndə, Şəmsiyyə və Familə
olub. Şəmsiyyə vəfat edib, qalanları isə ailə və uşaq sahibidirlər.
Nəhayət, atamın digər bir qohumu Mürsəlin iki oğlu və bir qızı
olub. Oğlanları Şahmərdan və İbrahim, qızının adı isə Bilqeyis olub.
Yuxarıda haqqında danışdıqlarımın hamısı ata tərəfdən mənim
qohumlarımdır və dediyim kimi, atamın tayfası "korlar" adı ilə eldə-
obada tanınıblar.
Dostları ilə paylaş: |