101
Onlar həm də yaxşı ata və ana olmuşlar. Beş övlad böyüdüb
tərbiyə etmişlər. İndi onların boya-başa çatdırdığı insanlar öz
valideynləri kimi xalqımız üçün çox lazımlı insanlardır.
ADIGÖZƏLOV FİKRƏT SALAM oğlu
Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub.
Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə
yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET
iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı
ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik
etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri
institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının
dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir.
1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri
işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı"
kafedrasının professoru vəzifəsində çalışır.
Fikrət Adıgözəlov elm və tədris ocaqlarında işlədiyi müddətdə su
problemlərinə dair dövlət əhəmiyyətli elmi-tədqiqat işləri yerinə
yetirmiş, respublikamızda su təsərrüfatı təyinatlı çoxlu tikinti
obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən əsaslandırmışdır.
Bunların əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək,
102
tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik
enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının
inkişafına böyük təsir göstərmişdir.
Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair
apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan
səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual
bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi
alimlik dərəcəsi almışdır.
F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və
praktiki əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə
yönəldiyindən geniş aprobasiya olunmuşdur. O, Azərbaycan Dövlət Plan
Komitəsinin ET İqtisadiyyat institutu tərəfindən işlənən "Azərbaycan
SSR-də 1970-1990-cı illərdə məhsuldar qüvvələrin inkişafı və
yerləşdirilməsinin əsas istiqamətləri" və "2000-ci ilə qədər dövr üçün
Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi
sxemi"nin əsas müəlliflərindən biri olmuşdur. Onun tərəfindən keçmiş
ittifaqda ilk dəfə su ehtiyatlarının müxtəlif olduğu sahələrdə iqtisadı
rayonlar üzrə su təsərrüfatı balansları tərtib edilmişdir ki, bu da
regionların su təminatını daha düzgün əks etdirməklə su anbarları və
digər böyük su təsərrüfatı obyektlərinin tikintisini iqtisadı cəhətdən
əsaslandırılıb həyata keçirilməsinə imkan vermişdir. F.S.Adıgözəlov
103
tərəfindən su təsərrüfatı balanslarının işlənməsi metodikası və tərtibi
mərkəzi təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və onların əməli
işində öz əksini tapmışdır.
Prof.Fikrət Adıgözəlov ilk dəfə olaraq suvarma və su kəməri
sistemlərindən əkin suyunun, texniki və içməli suyun spesifik
xüsusiyyətlərini nəzərə alaraq bu sulardan istifadənin səmərəliliyini əks
etdirən göstəricilər sistemini işləyib hazırlamışdır. Bu göstəricilər öz
növbəsində suvarma və su təchizatı sistemlərinin istismarı
müəssisələrinin təsərrüfat fəaliyyətinin səmərəliliyini əks etdirməyə
imkan verir.
Bazar
iqtisadiyyatı şəraitində istehsal və xidmət sahələrinin
yenidən təşkili və bu sahələrin səmərəliliyini müəyyən edən
göstəricilərin yenidən işlənməsinin vacibliyini əsas məsələlərdən biri
kimi qarşıya qoymuşdur. Sovet dövründən fərqli olaraq əkin suyunun
pullu istifadə olunması hidrotexniki qurğu və şəbəkələrin tikintisinə
investisiya yönəldilməsinin ümumi (mütləq) və müqayisəli iqtisadi
səmərəliliyi müəyyən etmək üçün özünün metodikasını işləyib
hazırlamışdır.
Sudan pullu istifadənin kənd təsərrüfatı müəssisələrinin iqtisadi
durumuna mənfi təsir etməsinin qarşısını almaq, sudan səmərəli istifadə
olunmasını təmin etmək üçün professor F.S.Adıgözəlov elmi cəhətdən
104
suya differensial qiymətlərin qoyulmasına dair özünün metodikasını
işləyib hazırlamışdır.
Prof. Fikrət Adıgözəlov iqtisadi elminin digər sahələrinin
problemlərinə aid də geniş tədqiqatlar aparmışdır. Respublikamızın
torpaqlarından səmərəli istifadə olunması ilə əlaqədar onun apardığı
tədqiqatlar, ayrı-ayrı iqtisadi rayonlar üzrə torpaq balanslarının
işlənməsi, perspektiv dövr üçün torpaqların tranformasiyası, onların
münbitliyindən asılı olaraq torpaqların iqtisadi qiymətləndirilməsi,
həmçinin suvarılan torpaqlarda istehsalın intensivləşməsinə dair apardığı
tədqiqatlar mühüm elmi-praktiki əhəmiyyətə malikdir. Alimin kənd
təsərrüfatında maddi-texniki resurslar bazarının formalaşması və inkişafı,
kənd təsərrüfatında texniki xidmətin formaları və onların səmərəli
təşkilinə aid tədqiqatları mühüm elmi maraq doğurur.
Fikrət Adıgözəlov tikinti kompleksinin inkişafını təmin edən bir
çox poblemlərin, o cümlədən tikintinin maliyyələşdirilməsi, onun maddi-
texniki bazasının yüksəldilməsinin texniki resurslarla təmin olunmasının
yaxşılaşdırılması problemləri və tikinti işlərinin təşkili və
texnologiyasının təkmilləşdirilməsinin istehsalın iqtisadi səmərəliliyinin
yüksəldilməsindəki roluna və bir çox digər məsələlərin həllinə aid geniş
tədqiqat işləri ilə məşğul olmuşdur.
Fikrət Adıgözəlovun respublikada pul-kredit sisteminin təşkili və
inkişafına, həmçinin respublikaların və regionların iqtisadi inkişaf
Dostları ilə paylaş: |