84
"Düşüncələr", "Müxtəlif çiçəklər", "Ayı , köpək və qurd", "Heydər
baba – Heydər Dədə" kimi oxucular tərəfindən maraqla qarşılanan
kitabların müəllifidir.
Mirzə müəllim 60 yaşını başa vursa da, yaradıcılığını başa vurmaq
fikrində deyil. Ona uğurlar arzulayırıq.
85
PARTİYA İŞÇİSİ VƏ İLK ZABİT İSMAYILOV HÜSEYN
QULU oğlu
O, 1905-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olub.
İlk təhsilini atası Qulu yüzbaşının 1924-cü ildə Molluda öz evində açdığı
məktəbdə alıb. Sonra isə Şuşa pedaqoji texnikumunu qurtarıb və rayonun
müxtəlif kəndlərində müəllim işləyib. Ali təhsilini isə Bakı Pedaqoji
institutunda alıb. Bundan sonra Qubadlı rayon partiya komitəsində
əvvəlcə təlimatçı, sonra isə şöbə müdiri işləyib. Yaxşı partiya işçisi kimi
onu Partiya məktəbinə göndəriblər. Oranı qurtardıqdan sonra 1942-ci
ildə könüllü olaraq müharibəyə gedib. Həmin il onu Xosavyurdda
açılmış hərbi məktəbə oxumağa göndərirlər. Burada təhsilini başa
vurduqdan sonra leytenant rütbəsi alaraq döyüşən cəöhəyə gönədrilir.
Qafqazdan başlayaraq vuruşa-vuruşa Berlinə qədər bir döyüş yolu keçir.
Müharibənin qızğın vaxtlarında üç dəfə ağır yaralansa da müalicə alıb
yenidən cəbhəyə qayıdır. Döyüşlərdə göstərdiyi igidliyi və şücaəti üçün
o, "Qırmızı Ulduz" ordeni, "Qafqazın müdafiəsi", "Berlinin alınması",
"Qələbə" medalları ilə təltif olunur. Bunlardan başqa bir neçə dəfə Ali
Baş Komandanın təşəkkürünə layiq görülür. Müharibədən qayıtdıqdan
sonnra Qubadlı rayon partiya komitəsində, sonra isə məktəb direktoru
86
vəzifəsində işləyir. Nümunəvi ailə başçısı olub. Üç oğlu və üç qızının
hamısına ali təhsil verib.
Elimiz-obamız onun xatirəsini həmişə hörmətlə yad edir.
87
İSMAYILOV TEYYUB ALLAHVERDİ oğlu
İsmayılov Teyyub 1947-ci ildə Qubadlı rayonunun Mollu
kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və 1969-cu ildə
orada təşhsilini başa vurub .
1969-cu
ildə təhsilini başa vurduqdan sonra ordu sıralarında
qulluq edib. Ordudan qayıtdıqdan sonra Yusif Məmmədəliyev adına
Neft-Kimya prosesləri institutuna girib. 1971-ci ildə isə həmin institutun
aspiranturasına daxil olub. Mərhum akademik Vahab Səfər oğlu
Əliyevin rəhbərliyi altında "Aşağı molekullu olefinlərin olimerləşməsi"
mövzusunda elmi işini başa çatdırır və həmin mövzuda namizədlik
dissertasiyası müdafiə edərək, kimya elmləri namizədi adını alır. Elə o
vaxtdan indiyə qədər həmin institutda işləməklə elmi işini davam etdirir.
Apardığı elmi-tədqiqat işlərinə dair 50-dən artıq məqaləsi dərc olunub.
Ondan artıq müəlliflik şəhadətnaməsi alıb. Alimin elmi məhsulu olan
bütün bu işlərin həm nəzəri və həm də praktiki əhəmiyyəti vardır.
Teyyub
İsmayılov iki oğul və bir qız atasıdır Böyük oğlu İsmayıl
Moskva Dövlət Universitetinin IV kurs tələbəsidir. İkinci oğlu İsmayılov
Elçin də ali məktəbdə oxuyur. Günel isə hələlik orta məktəbdə təhsilini
davam etdirir.
88
KƏNDİMİZİN İLK HƏKİMİ İSMAYILOV TOFİQ HÜSEYN oğlu
Bəli, hər bir kəndin ilk müəllimi, ilk mühəndisi olduğu kimi ilk
həkimi də olur və bu ad həmişə eldə-obada dilə-ağıza düşür.
İsmayılov Tofiq Hüseyn oğlu da bizim kəndin ilk həkimi kimi
dillər əzbəri olub. Yəni kəndimizdən ilk dəfə həkimlik peşəsi dalınca
gedən ilk insan olub.
İsmayılov Tofiq Hüseyn oğlu 1947-ci ildə Mollu kəndində
anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1964-cü ildə
sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutuna
verib və qəbul olub. 1970-ci ildə institutu müvəffəqiyyətlə başa vuraraq
təyinatını Sumqayıt şəhərinə alıb. Fəaliyyətə Sumqayıt şəhər 2 saylı
xəstəxanasında burun-boğaz-qulaq həkimi kimi başlayıb. Bu illər
ərzində peşəsinin sirrlərinə ürəkdən yiyələnib. Elə bunun nəticəsidir ki, 2
saylı xəstəxanada onu burun-boğaz və qulaq şöbəsinə müdir təyin
ediblər və hazırda bu şöbəyə rəhbərlik edir.
İsmayılov Tofiqin iki oğlu və bir qızı da ali təhsil alıblar.
Elimizdən-obamızdan həkim adını daşıyanlar çoxalsa da bizlər həmişə
onu ilk həkim kimi tanıyıb, ona böyük hörmət bəsləyirik.
89
HÜMBƏTƏLİYEV UMUD FƏRMAN oğlu
Xalqımızın tarixində elə adamlara rast gəlinir ki, onlar nə elmlə
məşğul olublar, nə də ki, bir başqa işlə. Amma onlar xalqın, elin-obanın
hörmət və nüfuzunu qazanıblar və belə adamların əmlləri həmişə
yaşayır. Belə insanlardan biri Hümbətəliyev Umud Fərman oğludur.
O, 1907-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan
olmuşdur. Quba meyvəçilik texnikumunu bitirmişdir. Böyük Vətən
müharibəsində iştrak edən minlərlə qubadlılardan biri olmuşdur. Taleyi
gətirmiş, müharibədən sağ-salamat evinə qayıtmışdır. Bundan sonra
həyatını elinə-obasına sərf etmiş, uzun illər Mollu kəndində kolxoz sədri
olmuşdur. İşləmək də var, işləmək də. Bu vəzifəni yerinə yetirərkən
rayon və kənd camaatının böyük hörmətini qazanmış, necə deyərlər,
hamının əlindən tutmuşdur. 1975-ci ildə vəfat etmişdir. Ölümündən uzun
illər keçməsinə baxmayaraq, el-oba, onu tanıyanlar həmişə onu
minnətdarlıq hissi ilə yad edir, necə deyərlər, onun haqqında ağız dolusu
danışırlar. Xalq, eli-obası ona həmişə "el atası" deyərlərmiş. Əlbəttə,
belə bir ad qazanmaq tək-tək adama qismət olur. Bu gün də o, onu
tanıyanlar tərəfindən böyük hörmətlə yad edilir.
Dostları ilə paylaş: |