Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 
84
"Düşüncələr", "Müxtəlif çiçəklər", "Ayı , köpək və qurd", "Heydər 
baba – Heydər Dədə" kimi oxucular tərəfindən maraqla qarşılanan 
kitabların müəllifidir. 
Mirzə müəllim 60 yaşını başa vursa da, yaradıcılığını başa vurmaq 
fikrində deyil. Ona uğurlar arzulayırıq. 


 
85
 
PARTİYA İŞÇİSİ VƏ İLK ZABİT İSMAYILOV HÜSEYN 
QULU oğlu 
 
O, 1905-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olub. 
İlk təhsilini atası Qulu yüzbaşının 1924-cü ildə Molluda öz evində açdığı 
məktəbdə alıb. Sonra isə Şuşa pedaqoji texnikumunu qurtarıb və rayonun 
müxtəlif kəndlərində    müəllim işləyib. Ali təhsilini isə Bakı Pedaqoji  
institutunda alıb. Bundan sonra Qubadlı rayon partiya komitəsində 
əvvəlcə təlimatçı, sonra isə şöbə müdiri işləyib. Yaxşı partiya işçisi kimi 
onu Partiya məktəbinə göndəriblər. Oranı qurtardıqdan sonra 1942-ci 
ildə könüllü olaraq müharibəyə gedib. Həmin il onu Xosavyurdda 
açılmış  hərbi məktəbə oxumağa göndərirlər. Burada təhsilini başa 
vurduqdan sonra leytenant rütbəsi alaraq döyüşən cəöhəyə gönədrilir. 
Qafqazdan başlayaraq vuruşa-vuruşa Berlinə qədər bir döyüş yolu keçir. 
Müharibənin qızğın vaxtlarında  üç dəfə ağır yaralansa da müalicə alıb 
yenidən cəbhəyə qayıdır. Döyüşlərdə göstərdiyi  igidliyi və şücaəti üçün 
o, "Qırmızı  Ulduz" ordeni, "Qafqazın müdafiəsi", "Berlinin alınması", 
"Qələbə" medalları ilə  təltif olunur. Bunlardan başqa bir neçə  dəfə Ali 
Baş Komandanın təşəkkürünə layiq görülür. Müharibədən qayıtdıqdan 
sonnra Qubadlı rayon partiya komitəsində, sonra isə  məktəb direktoru 


 
86
vəzifəsində  işləyir. Nümunəvi ailə başçısı olub. Üç oğlu və üç qızının 
hamısına ali təhsil verib.  
Elimiz-obamız onun xatirəsini həmişə hörmətlə yad edir. 
 


 
87
İSMAYILOV TEYYUB ALLAHVERDİ oğlu 
 
İsmayılov Teyyub 1947-ci ildə Qubadlı rayonunun Mollu 
kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan 
Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və 1969-cu ildə 
orada təşhsilini başa vurub . 
 1969-cu 
ildə  təhsilini başa vurduqdan sonra ordu sıralarında 
qulluq edib. Ordudan qayıtdıqdan sonra Yusif Məmmədəliyev adına 
Neft-Kimya prosesləri institutuna girib. 1971-ci ildə isə həmin institutun  
aspiranturasına daxil olub. Mərhum akademik Vahab Səfər oğlu 
Əliyevin rəhbərliyi altında "Aşağı molekullu olefinlərin olimerləşməsi" 
mövzusunda elmi işini başa çatdırır və  həmin mövzuda namizədlik 
dissertasiyası müdafiə edərək, kimya elmləri  namizədi adını alır. Elə o 
vaxtdan indiyə qədər həmin institutda işləməklə elmi işini davam etdirir. 
Apardığı elmi-tədqiqat işlərinə dair 50-dən artıq məqaləsi dərc olunub. 
Ondan artıq müəlliflik  şəhadətnaməsi alıb. Alimin elmi məhsulu olan 
bütün bu işlərin həm nəzəri və həm də praktiki əhəmiyyəti vardır.  
 Teyyub 
İsmayılov iki oğul və bir qız atasıdır  Böyük oğlu İsmayıl 
Moskva Dövlət Universitetinin IV kurs tələbəsidir. İkinci oğlu İsmayılov 
Elçin də ali məktəbdə oxuyur. Günel isə hələlik orta məktəbdə təhsilini 
davam etdirir.  
 


 
88
KƏNDİMİZİN İLK HƏKİMİ İSMAYILOV TOFİQ HÜSEYN oğlu 
 
 
Bəli, hər bir kəndin ilk müəllimi, ilk mühəndisi olduğu kimi ilk 
həkimi də olur və bu ad həmişə eldə-obada dilə-ağıza düşür. 
 
İsmayılov Tofiq Hüseyn oğlu da bizim kəndin ilk həkimi kimi 
dillər  əzbəri olub. Yəni kəndimizdən ilk dəfə  həkimlik peşəsi dalınca 
gedən ilk insan olub. 
 
İsmayılov Tofiq Hüseyn oğlu 1947-ci ildə  Mollu kəndində 
anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1964-cü ildə  
sənədlərini N.Nərimanov  adına Azərbaycan Dövlət Tibb institutuna 
verib və qəbul olub. 1970-ci ildə institutu müvəffəqiyyətlə  başa vuraraq 
təyinatını Sumqayıt  şəhərinə alıb.  Fəaliyyətə Sumqayıt  şəhər 2 saylı  
xəstəxanasında burun-boğaz-qulaq həkimi kimi başlayıb. Bu illər  
ərzində peşəsinin sirrlərinə ürəkdən yiyələnib. Elə bunun nəticəsidir ki, 2 
saylı  xəstəxanada onu burun-boğaz və qulaq şöbəsinə müdir təyin  
ediblər və hazırda bu şöbəyə rəhbərlik edir. 
 
İsmayılov Tofiqin iki oğlu və bir qızı da ali təhsil alıblar. 
Elimizdən-obamızdan həkim adını daşıyanlar çoxalsa da bizlər həmişə 
onu ilk həkim kimi tanıyıb, ona böyük hörmət bəsləyirik. 
 


 
89
HÜMBƏTƏLİYEV UMUD FƏRMAN oğlu 
 Xalqımızın tarixində elə adamlara rast gəlinir ki, onlar nə elmlə 
məşğul olublar, nə də ki, bir başqa işlə. Amma onlar xalqın, elin-obanın 
hörmət və nüfuzunu qazanıblar və belə adamların  əmlləri həmişə 
yaşayır. Belə insanlardan biri Hümbətəliyev Umud Fərman oğludur. 
 
O, 1907-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan 
olmuşdur. Quba meyvəçilik texnikumunu bitirmişdir. Böyük Vətən 
müharibəsində  iştrak edən minlərlə qubadlılardan biri olmuşdur. Taleyi 
gətirmiş, müharibədən sağ-salamat evinə qayıtmışdır. Bundan sonra 
həyatını elinə-obasına sərf etmiş, uzun illər Mollu kəndində kolxoz sədri 
olmuşdur.  İşləmək də var, işləmək də. Bu vəzifəni yerinə yetirərkən 
rayon və  kənd camaatının böyük hörmətini qazanmış, necə deyərlər, 
hamının əlindən tutmuşdur. 1975-ci ildə vəfat etmişdir. Ölümündən uzun 
illər keçməsinə baxmayaraq, el-oba, onu tanıyanlar həmişə onu 
minnətdarlıq hissi ilə yad edir, necə deyərlər, onun haqqında ağız dolusu 
danışırlar. Xalq, eli-obası ona həmişə "el atası" deyərlərmiş.  Əlbəttə, 
belə bir ad qazanmaq tək-tək adama qismət olur. Bu gün də  o, onu 
tanıyanlar tərəfindən böyük  hörmətlə yad edilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə