124
POEZİYA
DƏFTƏRİNDƏN
NÜMUNƏLƏR
125
QATİL ƏLİN QURUSUN
Bir qatil nahaqdan oğlumu qətlə
yetirdi.
Bir
qatil
əlləri sənə uzandı
Tamahı insafa üstün gələndi
Sanmadı hədəfi hələ cavandı,
Tamahı insafa üstün gələndi.
Sanmadı neçə göz baxır arxanca
Sanmadı körpən var, atan-anan var.
Gözləri qızmışdı onun yamanca
Tamahı insafa üstün gələndə.
Xəbər - qara xəbər dözülməz oldu.
Varlığım sarsıldı, ürək dözmədi.
El-oba
xəbərdən pərişan oldu.
Tamahı insafa üstün gələndə.
Elə bil biryolluq ocağım söndü.
Can
verən sən oldun, ölən mən oldum.
126
Gələnlər soruşdu:-Bu nədən oldu?
Tamahı insafa üstün gələndə.
Yadımdan çıxmayır qamətin-boyun.
Hər dəqiqə varlığım hey inildəyir.
Kim
idi
çıxardı belə bir oyun
Tamahı insafa üstün gələndə.
Sənin faciənə ellər ağladı.
De, nədən yarandı bu qara xəbər?
Bu xəbər sinəmi yaman dağladı.
Tamahı insafa üstün gələndə.
Dərd ağır olanda dözmək olmayır,
Düzəldib qaməti gəzmək olmayır,
Yerini
boş görrəm, dözmək olmayır.
Tamahı insafa üstün gələndə.
Cüt
balan
baxıb, özünü görrəm,
Gəzdiyin hər yerdə izini görrəm,
Məzarına baxıb gözümü görrəm
Tamahı insafa üstün gələndə.
127
Atan ƏŞİR günü-gündən əriyir,
Təsəllisi odur ki, məzarına dəyir.
Yaşamaq istəmir, ölmək istəyir.
Qatil,
görüm
sənin əlin qurusun.
128
VƏTƏNİMDƏ ÖLƏYDİM
Baxıram dağlara, dağlar ağlayır,
Analar,
bacılar qara bağlayır.
Ürək nisgillidir, el yas saxlayır.
Kaş Vətəndə öləydim mən.
Əzizlərim qalıb çox-çox uzaqda
Nisgil
çəkən körpələri qucaqda
Xəstə canım dözmür buna yataqda
Kaş Vətəndə öləydim mən.
Millətimə zülüm oldu,
Ölüm oldu, itim oldu.
İçimizdə zalım oldu.
Kaş Vətəndə öləydim mən.
Ah,
nə yaman zaman gəldi,
Aylar,
illər yaman gəldi.
Ahlar
göylərə yüksəldi.
Kaş Vətəndə öləydim mən.
Nisgil
ürəyimi didib dağıdır,
129
Qarımış bu düşmən bizə yağıdır.
İndi Vətənimdə bahar çağıdır.
Kaş Vətəndə öləydim mən.
Vətən çox şirindir, düşməyir dildən,
Bülbül
həsrət çəkir bağçada güldən
Mən vaxtsız ayrıldım obadan-eldən,
Kaş Vətəndə öləydim mən.
ƏŞİR, çox darıxma bir zaman gələr,
Bulanmış o sular yenə durular.
Əllərin Vətəni yenə qucaqlar
Kaş Vətəndə öləydim mən.
130
HANI MƏNİM ƏZƏL DÜNYAM
Əzəlki dünyamı görmək istərəm,
Hanı mənim əzəl dünyam?
Görüb
də o yerdə ölmək istərəm,
Hanı mənim əzəl dünyam?
Şer dünyam, qəzəl dünyam?
* * *
Vəfalıydı
özüm
kimi
Şirin idi sözüm kimi
Sevərdim gözlərim kimi
Hanı mənim əzəl dünyam?
Şer dünyam, qəzəl dünyam?
* * *
Aslanlar tülküyə tay tutulurlar
Ağalar nökərdən asılı
olurlar
Güllər tikan olub baş qaldırırlar
Hanı mənim əzəl
dünyam?
Şer dünyam, qəzəl
dünyam?
* * *
Sözə kişi kimi əməl edərdik,
131
Dost yolunda ölümə də gedərdik
Öləndə də kişi kimi ölərdik
Hanı mənim əzəl dünyam?
Şer dünyam, qəzəl dünyam?
* * *
ƏŞİRəm, hazaram bax bu dünyadan
Hər şeydən bezaram bax bu dünyadan
Dərdimi yazaram bax bu dünyadan
Hanı mənim əzəl dünyam?
Şer dünyam, qəzəl dünyam?
Dostları ilə paylaş: |