148
Dost-düşmən içində vüqarlı gəz sən,
Ürək
qəm yesə də, hərdən bir şənlən
Qoy
ibrət alsınlar körpələr səndən
Saqqal
nəyə gərək, ay əziz oğlum.
* * *
ƏŞİRəm, dünyanın
hər üzün gördüm
Dərd-qəmdən özümə bir çələng
hördüm
Ölümlü
günümdə sizi şən
görüm
Saqqal
nəyə gərək, ay əziz oğlum.
* * *
Əvvəldən saqqalı sayıblar ayıb
Sabir
də saqqalı cəhalət sayıb
Bütün bu sözləri nəzərə alıb
Qırxdır saqqalını əziz övladım
149
ONA GÖRƏ YAŞAYIRSAN
(zarafat)
Arvad
məni asıb kəsir
Qorxumdan
ürəyim əsir
Olmuşam lap əsir-yesir
Deyir hələ yaşayırsan?
* * *
Can
demişəm, çor almışam.
Dərdi sinəmə salmışam
Yaman
günlərə qalmışam
Deyir
hələ yaşayırsan?
* * *
Arvad deyil, cin-şeytandı
Ömrüm, günüm oda yandı
Nə eşitdi, nə də qandı
Deyir
hələ yaşayırsan?
* * *
Deyir
tayın
çoxdan
ölüb
Daşa-torpağa
da
dönüb
Ocaqları
çoxdan
sönüb
Sənsə hələ yaşayırsan.
* * *
150
Deyəndə
ki,
qurban
olum
Deyir
mənə etdin zülüm
İstərəm
biryolluq
ölüm
Deyir
niyə yaşayırsan?
* * *
Bədbəxt varmın
mənim qədər
Ömrüm-günüm gedib hədər
Qarğış yedim axşam-səhər
Deyir
niyə yaşayırsan?
* * *
ƏŞİR, sən də tərs adamsan
Saqqal
ələ verməmisən
Dediyindən dönməmisən
Ona
görə yaşayırsan.
151
YEYƏCƏYƏM BAŞINI
(zarafat)
Xırda gəlin, gəlinlərin başısan
Fəqət rəftarda yaman naşısan
Qaynananın başına sal daşı sən
Çalış, qaynananın ye sən başını.
* * *
Böyük
gəlin
soxdu iynə əmgəyinə,
O
biri
gəlin kəndir saldı xirtdəyinə
Orta
gəlin balta vurdu ürəyinə
Çalış, qaynananın sən ye başını.
* * *
Gəlinlərdən öyrən bala
Belə işdə qalma dala
Fikrini
ver
qeylü-qala
Ye
başını qaynananın.
* * *
Bitir
onun
işini sən
Tök
ağzından dişini sən.
Bir yumruqla işin sən.
Ye
başını qaynananın.
* * *
152
Aldanma
sən
onun şirin dilinə
Uyma
fitnəsinə, uyma felinə
Pislikdən əyilmiş o qoz belinə
Çalış qaynananın ye sən başını.
* * *
ƏŞİR,
çox danlama gəl sən gəlini
O da bilir qaynananın felini
Lazım gəlsə kəsəcəkdir
dilini
Yeyəcək başını qaynanasının