319) Miliar vərəm vərəmin hansı formasına aid edilir?
A) Vərəmin hematogen – səpələnmiş forması
B) Vərəmin yumşaq və fibroz ocaqlı forması
C) Köksdaxili limfa düyünlərinin vərəmi
D) Vərəmin sümük və oynaq forması
E) Vərəmin dəri forması
Ədəbiyyat: M.И.Перельман, В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва, 1996
320) Ağciyərdən kənar vərəm xəstəliklərinə hansı daxil deyil?
A) Qarın boşluğu üzvlərinin vərəmi
B) Sümük və oynaq vərəmi
C) MSS-nin vərəmi
D) Ocaqlı vərəm
E) Dəri vərəmi
Ədəbiyyat: M.И.Перельман, В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва,1996
321) Vərəm mikobakteriyalarının laborator üsullarla müəyyən edilməsinə aşağıdakılardan hansı aiddir?
A) Plevral punksiya
B) Bakterioskopiya, bakterioloji metod
C) Qanın analizi
D) Sidiyin müayinəsi
E) Flüoroqrafiya
Ədəbiyyat: M.И.Перельман, В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва, 1996
322) İlk dəfə aşkar edilmiş fibroz – kavernoz vərəmli xəstənin ailə üzvləri hansı müayinədən keçməlidir?
A) Bronxoskopiya
B) Flüroqrafiya
C) Spiroqrafiya
D) Torakoskopiya
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: M.И.Перельман, В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва, 1996
323) Ağciyər vərəminin kompleks müalicə metodlarına hansı aid edilmir?
A) Sanator gigiyenik rejim, pəhriz
B) Cərrahi müalicə
C) Müasir kimyəvi müalicə
D) Kollapsoterapiya
E) Dezinfeksiya
Ədəbiyyat: M.И.Перельман, В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва, 1996
324) Aşağıda göstərilənlərdən hansı vərəm əleyhinə aktiv preparatlara aiddir?
A) İnsulin
B) İzoniozid, etambutol, PAST, rifampisin, streptomisin
C) Retabolil, nerobol, prednizolon
D) Askorbin turşusu, riboflavin, sianokobolamin
E) Kokarboksilaza, ATF. Aloe, plazmol
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
Dostları ilə paylaş: |