Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Davamlı aşağı yanğın. 
Belə yanğın zamanı od dərinə gedib meşə döşənəyinin 
bütün qalınlığını əhatə edir, ağacların köklərini və qabığını yandırıb qaraldır, cavan 
ağacları, kol-kosu tamam məhv edir. Davamlı yanğınlar adətən meşə döşənəyi 
yaxşı quruyan dövrdə - yayın ortalarında baş verir. Davamlı aşağı meşə yanğınında 
yanma əsasən alovsuz olur. 
Əksər hallarda davamlı aşağı yanğın tezyayılan yanğının ikinci mərhələsi kimi 
meydana çıxır, çünki davamlı yanğın da tezyayılan yanğın kimi başlayıb yayılır, 
bu zaman döşənək və quru çör-çöp alışarsa, davamlı aşağı yanğın əmələ gələ bilər. 


Yuxarı meşə yanğınları 
ağacların çətirlərinə od düşməsi, yarpaqların, xırda, 
bəzən də iri budaqların yanması ilə səciyyələnir. Belə yanğın zamanı alov həm 
yerin üzəri ilə, həm də ağacların çətirlərilə yayılır. Aşağı yanğının alovu ağacların 
aşağı sallanmış budaqları və müxtəlif hündürlüklü cavan ağaclar vasitəsilə yuxarı 
keçir. Yuxarı yanğınlar çox vaxt dağ meşələrində sıldırım yamaclarda od yuxarıya 
yayıldıqda müşahidə edilir. Belə yanğının baş verməsinə güclü küləklər şərait 
yaradır. 
Yuxarı meşə yanğınlarını da davamlı və tezyayılan növlərə ayırmaq olar: 
Davamlı yuxarı meşə yanğınları
adətən sakit, küləksiz və ya zəif küləkli havada 
baş verir, aşağı yanğının kənarları hərəkət edib genişləndikcə od ağacların 
çətirlərinə yayılır. Bu vaxt döşənək, bitki örtüyü, çör-çöp qurumuş və cavan 
ağaclar, kol-kos və budaqlar, hətta iri budaqlar yanır, ağacların gövdələri 
qarsaqlanır. Belə yanğına başdan-başa (ucdantutma) yanğın da deyirlər, çünki bu 
cür yanğından sonra ancaq ağacların yanıb kömürə donmuş gövdələri qalır. Belə 
yanğın əsasən saatda 1-2 km sürətlə yayılır. 
Tezyayılan yuxarı yanğın
güclü külək şəraitində baş verir və külək istiqamətində 
ağacların çətirlərilə yayılır. Belə hallarda alov adətən ağaclara “sıçrayışla” yayılır 
və bəzən aşağı ön yanğın cəbhəsini xeyli ötüb keçir. Od ağacların çətirləri 
vasitəsilə yayıldıqda, küləklə aparılan qığılcımlar, od tutmuş budaqlar və yarpaqlar 
əsas yanğından onlarla metr qabaqda, yeni aşağı yanğın ocaqları törədir. Belə 
sıçrayışlar vaxtı alov saatda 15-20 km sürətlə çətirlərə yayılır. Lakin yanğının 
özünün yayılma sürətin az olur, belə ki, sıçrayışdan sonra od, çətirlərin yanıb 
qurtardığı sahədən aşağı yanğın keçənə qədər ləngiyir. 
Yanğının kənarlarının yayılma sürətinə və alovun hündürlüyünə görə aşağı və 
yuxarı meşə yanğınları - zəif yanğın, orta sürətli yanğın və güclü yanğın növlərinə 
aid edilir: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə