Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili Biz Azərbaycan deyəndə onun sərvətini, onun



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57066
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

80
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
dıq,  türk.  sunduk); tat. cülgi//cülqi  (azərb.  corab,  müq.et:  cılqı 
«tükü təmizlənmiş  dəri» türk. çulok); tat. kərpic  (azərb.  kər-pic
türk.  kərpic); tat. ambar//ambor  (azərb.  ambar, türk. am- 
bar//anbar); tat. palaz//paloz  (azərb.  palaz, türk. palas); tat. 
saray//səroy  (azərb.  saray, türk. saray); tat. tapança//tapançö 
(azərb. tapança, türk. tapança) və s. 
Azərbaycan   tatlarının   dili   ilə   Avropa   dilləri   arasında 
əlaqə yoxdur. Lakin Azərbaycan-tat dil əlaqələri prosesində 
Avropa   mənşəli   sözlərin   tat   dilinə   keçməsi   də   müşahidə 
olunur. Avropa mənşəli sözlər tat dilinə yalnız Azərbaycan dili 
vasitəsi ilə keçir. Azərbaycan dilinin aldığı v ə artıq onun lüğət 
tərkibinin ümumişlək leksik layında qərarlaşmış sözlərin bir 
qismi Azərbaycan dilinin təmasda olduğu başqa dillərə keçir. 
L.P.Krısin göstərir ki, sözalmanın  əsas səbəbi və  şəraiti 
müxtəlif xalqlar arasında dil əlaqələrinin nəticəsidir (142). 
İkidillilik oxuma, tərcümə, xarici mətbuat sahələrində çap 
olunmuş  yazıların  şərhi,  beynəlxalq  tədbirlərdə  iştirak  kimi 
nitq   fəaliyyətlərini   əhatə   edən   proseslərdə   yeni   anlayışları 
ifadə edən sözlərin miqdarı çoxalır. 
Müasir  dövrdə    mövcud    ictimai-siyasi    şəraitlə    bağlı 
olaraq, Azərbaycan dilinə keçən Avropa mənşəli sözlərin sayı 
artmağa başlamışdır. Bu sözlərin heç də az olmayan bir qismi 
tat   dilinə   də  keçir  və   bu   dildə   də   onların  işlənmə   dairəsi 
tədricən  genişlənir.  «Müasir  adam  50  il,  30  il  əvvəlki  adam 
deyil.   Kütləvi   savadlanma,   gündəlik   mütailə,   təbliğat   və 
təşviqat müasir zəhmət adamını çox irəli aparmışdır. Qəzet və 
jurnallar,   radio   və   televiziya,   kino   və    teatr,    kitab    hamının 
nəsibi olmuşdur.  İndi hər kəs müasir elmlərdən müəyyən 
hazırlığa malikdir. Bu isə o deməkdir ki, müxtəlif elmlərə 
məxsus  çoxlu  terminlər  indi  ümumxalq  sözünə  çevril- 
məkdədir» (2, 49). 


81
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
Avropa  mənşəli  alınma  sözlər  arasında  kommersiya  və 
bank  terminləri xüsusi yer tutur. Hazırda Azərbaycan dilində 
işlənən  barter,  diler,  biznes,  biznesmen,  distribüter,  in vesti- 
siya,  investor,  market,  supermarket,  minimarket,  infi lyasiya, 
denominasiya, lizinq, aqrolizinq , biznes-klub, ipoteka, kredit, 
dinamik kredit, klirinq və s. kimi Avropa mənşəli sözlər gen- 
bol işlədilir. Qeyd olunan sözlərin  əksəriyyəti iqtisadiyyat 
terminləridir. Onlardan bəziləri ümumişlək leksik laya da yol 
tapa   bilir   və   danışıq   dilinə   də   keçir.   Azərbaycan   tatları 
bankdan, kreditdən istifadə edirlər. Tatlar arasında da biznes 
fəaliyyəti ilə məşğul olanlar var. Tatlar yaşayan k əndlərdə yeni 
açılmış   mağazanın   «market»  adlandırılması   özünü   göst ərir. 
Qeyd etmək lazımdır ki, Avropa mənşəli sözlər tat dilinə yenə 
də Azərbaycan dili vasitəsi ilə  gəlir. Bu bir növ beyn əlmiləl 
bir  prosesdir.  «Xarici  leksika  müasir  rus  c əmiyyətinin  bütün 
sferalarına  nüfuz  edir,  günd əlik  məişətə  daxil  olur,  rus  dili 
üçün  adi  olan  sözləri  əvəz  edir,  əvvəllər  kapitalizm 
cəmiyyətinə   aid   edilən   anlayışları   adlandırır»   (142).   Eyni 
proses Azərbaycan dili üçün də  səciyyəvidir.  Əvvəllər 
Azərbaycan dilində  bank  sözü işlənmişdir. Bank dövlət 
müəssisəsi   olduğundan   bank   müdiri   v əzifəsi   də   olmuşdur. 
Hazırda  xüsusi  banklar,  öz əl  banklar  əksəriyyət  təşkil  edir. 
Ona görə  də  bank  sözü ilə yanaşı,  bankir  termini də  işləklik 
qazanmışdır. Bu söz də Azərbaycan tatlarının dilinə keçmişdir. 
Elmi-texniki terminologiya öz mahiyyəti etibarilə  əhə- 
miyyətli dərəcədə beynəlmiləl xarakter daşıyır, çünki müasir 
dövrdə  hər bir yeni kəşf, elm və texnikanın yeni nailiyyəti bü- 
tün  xalqların  malı  olur.  Xalqların  i ctimai-siyasi  inkişafı  da 
qanunauyğun  şəkildə beynəlxalq ictimai-siyasi terminolo- 
giyanın yaranması il ə bağlıdır (48, 9-10). 
Milli  (yaxud  artıq  milliləşmiş)  olanla  beynəlmiləl  olan 


82
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
 
 
qarşılaşır; bu xüsusiyyət bütün türk dillərində özünü göstərir 
(48, 10). Qarşılaşma bir qayda olaraq funksional -üslubi dife- 
rensiasiyanın  ədəbi dildəki dərinliyi ilə idarə olunur, belə ki, 
adətən, beynəlmiləl söz elmi, yaxud elmi-texniki ədəbiyyatın, 
milli (eləcə  də milliləşmiş) söz isə, məsələn, bədii  ədəbiyyatın 
dilində  mühafizə  edilir.  Şübhəsiz  ki,  həm  beynəlmiləl  olanı, 
həm də milli olanı yaşadan i ctimai-mədəni baza mövcuddur və 
bunlar dil təfəkküründə öz proyeksiyasını tapır, nəticədə, lüğət 
tərkibində paralel-sinonim vahidlərin yaşaması üçün şərait 
yaranır. 
Azərbaycan tatlarının dilinin lüğət tərkibinin inkişaf və 
zənginləşməsində  iştirak edən alınma Avropa mənşəli sözlər 
kifayət qədər çox olmasa da, var. Bir zamanlar bu dilə keçmiş 
amnistiya,  kosmopolit,   bazis,  plenum,  kommu nist,  anarxiya, 
avanqard,   baykot,   biznes,   büdc ə,   turist,   turizm,   teletayp, 
pioner, anonim, lider, mitinq, taktika, de putat, kadr, kollektiv, 
konstitusiya, protokol, strategiya, podrat sözləri ilə yanaşı, 
kompüter, internet, spiker, parlament, kriminal, telestar, şou, 
rep  və s. bu kimi sözlər də indi tat dilində özünə yer tapır. Tat 
dilindəki Avropa mənşəli sözləri müəyyənləşdirmək, onları 
etimoloji təhlilə  cəlb etmək tat dilinin leksikasının öyrənilməsi 
səviyyəsində  böyük  əhəmiyyət  kəsb  etmir.  Bununla  yanaşı, 
onu   da   qeyd   etmək   lazımdır   ki,   Azərbaycan   dilçiliyində 
Avropa   mənşəli   sözlərin   alın-masının   müxtəlif   məsələləri 
tədqiq edilir. Tat dilində bu və ya digər Avropa mənşəli sözün 
işlədilməsi zamanı baş verən fonetik, eləcə  də semantik 
dəyişmələr Azərbaycan dili vasitəsi ilə alınmış rus və başqa 
dillərə  məxsus  sözlərdə olduğu  kimidir.  Bu  baxımdan  h əmin 
məsələlərə    də  kifayət  qədər  geniş  yer  verməyə  ehtiyac 
duyulmur. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə