83
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
NƏTİCƏ
Tatlar irandilli xalq olub, Xəzəryanı ərazilərdə, əsasən,
İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron
yarımadasında, Dağıstanın c ənub-şərqində, Dərbənd və Ma-
haçqala şəhərlərində məskunlaşmışlar. Azərbaycan ərazisində
tatlar, əsasən respublikanın İsmayıllı, Xızı, Şamaxı, Quba,
Dəvəçi və Abşeron ərazilərində daha sıx şəkildə yaşayırlar.
Yazısız dillərin tarixinin öyrənilməsi üçün başqa material
olmadığından, dialekt və şivələrin lüğət və nitq nümunələri
müstəsna əhəmiyyət verdiyi kəsb edir. Dialekt fakt larına
əsaslanmaqla, dilin öz inkişafı boyu onda baş vermiş d ə-
yişikliklər və ona təsirləri üzə çıxarmaq olur. Daha qədim
dövrlərdə baş vermiş dəyişikliklər haqqında təsəvvürləri isə bu
dili qohum dillərlə, xüsusən də, yazılı abidələri olan dillərlə
müqayisə etməklə, üzə çıxarmaq mümkündür.
Aparılan tədqiqatlara əsaslanmaqla, belə demək olar ki,
elmə iki tat dili məlumdur. Bunlardan btirincisi «məx susən tat
dili», ikincisi isə dağ yəhudilərinin istifadə etdiyi «yə hudi-tat
dili» adlandırılır. Hər iki dil mənşəcə hind -Avropa dillərinin
İran qrupuna daxildir. Tarixi-dialektoloji təsnifata görə, «tat»
və «yəhudi-tat» dilləri cənub-qərbi İran dillərinə aid olub, fars
və tacik dillərinə yaxındır.
Tat dili ilə yəhudi tatlarının dili arasında quruluş ya xın-
lığı ilə yanaşı, əhəmiyyətli dil fərqləri də var. Bu, həmin dil -
lərin daşıyıcılarının ünsiyyət prosesində bir -birini tam başa
düşməməsinə səbəb olur. Tat dili Azərbaycan, dilinin, yə hudi
tat dili isə daha çox ivritin təsirinə məruz qalmışdır.
Tat dilinin tədqiqi XIX əsrin axırları, XX əsrin əv vəllə-
rindən başlanmışdır.
Azərbaycanda yaşayan tatların dilind əki ləhcə fərqlərinin
84
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
müəyyənləşdirilməsi və həmin ləhcələrin sərhədinin təyin
edilməsi üçün fonetik, leksik-qrammatik fərqlərlə yanaşı, dini
fərqlər də əsas götürülmüşdür. Tat l əhcələrinin ilkin təs-
nifinina görə, bu dilin 1) şimal (sünni) şiv ələri – Quba, Də-
vəçi, Qonaqkənd rayonları və Xızı rayonunun Qızıl Qaz ma
kənd sovetliyi ərazisində yayılmış şivələr; 2) mərkəzi (şiə)
şivəsi – Xızı rayonunun Ərüsküş v ə Dağquşçu kənd sovetliyi
ərazisində yayılmış şivə; 3) cənub (şiə) şivələri – Xızı
rayonunun digər ərazilərində və Siyəzən rayonu ərazisində
yayılmış şivələri var. Bu təsnifata Abşeron və Lahıc şivələri
daxil edilməmişdir. Sonralar tat dilinin Az ərbaycanda yayılmış
ləhcələrinin cənub qrupuna Abşeron, Balaxanı, Sura xanı,
Lahıc və Məlhəm (Şamaxı) tatlarının ləhcələri də əlavə
edilmişdir.
Azərbaycan ərazisində yaşayan tatlar dini m ənsubiyyət-
lərinə görə aşağıdakı 3 qrupa bölünür: 1) müs əlman tatlar; 2)
yəhudi tatlar; 3) xristian tatlar.
Dini mənsubiyyətinə görə fərqlənən qrupların ləhcələrin-
də oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var.
Tat dilinin həmin bölgülər üzrə öyrənilməsinə əsa s yara-
dan amil tədqiqatçıların eyni qrupa mənsub dil daşıyıcıla rının
kompakt şəkildə yaşadıqları ərazilərdən materiallar top laması
olmuşdur.
Tat dilinin İran dill əri arasındakı yerini mü əyyənləşdiril-
məsi, onun İran dillərinin dialekt və ləhcələri ilə müqayisəli
şəkildə öyrənilməsi üçün dəqiq elmi təsnifat prinsiplərinə
əsaslanmalıdır. Mahiyyət etibarilə geniş dil materialını əhatə
edən bu cür tədqiqatlar tat dili l əhcə və şivələrinin hərtərəfli
öyrənilməsi zəminində həyata keçirilə bilər.
Azərbaycan ərazisində yaşayan tatların dil əlaqələri sis -
temində Azərbaycan-tat dil əlaqələri əsas yer tutur. İran əra -
85
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
zisində bu, başqa İran dilləri ilə olan əlaqələri özündə bir -
ləşdirir. Dağıstan ərazisində yaşayan tatların dili Dağıs tan
dilləri və rus dili ilə qarşılıqlı əlaqələr şəraitindədir.
Azərbaycan-tat dil əlaqələri çox qədim tarixə malikdir və
bu məsələ haqqında tat dilinin ilk t ədqiqatçıları da fikirlər
söyləmişlər.
Mövcud tədqiqatlardan aydın olur ki, Xəzərətrafı ərazidə
yayılmış tat dili ilə digər İran dillərinin dialekt və ləhcələrinin
fərqləndirilməsində dilçilər arasında fikir müxtəlifliyi özünü
göstərir. Tat dilinin İran dilləri ailəsində tutduğu yer, bu dilin
onun ayrı-ayrı ləhcələrinin fərqi məsələsi də dilçilər arasında
mübahisə obyektidir. Lakin nəzərə çarpan fərqlər dil əlaqələri
müstəvisində nəzərdən keçirilməmiş, dil əlaqələrinin təsiri ilə
bağlı fərqlərə fikir verilməmişdir.
Dil əlaqələri prosesində başqa dilin təsirinə ən tez və ən
çox məruz qalan dilin leksik sistem idir. Hər bir dil əlaqədə
olduğu dildən sözlər alır. Tat dilinin bütün l əhcə və şivələrində
Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsi ilə digər
dillərdən alınmış sözlər müəyyən çoxluq təşkil edir.
Azərbaycan və tat xalqlarının uzunəsrlik tarixi əlaqələri
nəticəsində bu xalqların dillərində qarşılıqlı şəkildə söz alın-
ması prosesi baş vermişdir. Bu alınmaların xarakteri key fiyyət
etibarilə bir-birindən fərqlənir. Azərbaycan dili leksik
səviyyədə ümumən tat dilinə təsir etdiyi halda, tat dili daha
çox qonşuluqda yaşayan bu v ə ya digər dialekt nüma-
yəndələrinin məhəlli şivələrində iz buraxmışdır.
Ümumiyyətlə, Azərbaycan klassiklərinin, eləcə də, şair
və yazıçılarının əsərlərində, o cümlədən, Mikayıl Müşfiqin,
Cəfər Cabbarlının, Sabirin, Rəsul Rzanın və başqalarının
əsərlərində müasir tat dilində işlənən bir sıra sözlər qeydə
alınır.
Dostları ilə paylaş: |