153
İntiqam dəstəsi
təsirli bir nitq söy lədikdən sonra, üzünü kənd cavanlarına tu-
taraq dedi:
– İndi bizim üç dənə artıq tüfəngimiz və lazımi qədər pat-
ronumuz var, kim istəyirsə, bizim ilə gələ bilər.
Mir Heydər hələ sözünü ağzından qurtarmamışdı ki, iyir-
miyə yaxın kənd cavanı ortalığa çıxıb azadlıq yolunda can-
dan keçməyə hazır olduqlarını bildirdilər. Cavanların xatiri
qalmasın deyə, üç nəfər qürə atmaq yolu ilə seçilib intiqam
dəstəsinə qa rışdı. Bu üç nəfərdən biri də Əlimərdan idi. Bir
az sonra on səkkiz nəfərdən ibarət olan intiqam dəstəsi öz iki
məhbusları ilə kəndi tərk etdikləri zaman qadınlar arxalarınca
su səpib xeyir-dua verdilər.
156
Həbib Sahir
GÜLÜSTAN DƏRSİ
Necə ki, bir məhkumu zindana aparırlar, eləcə də məni bir
bahar günü bir axundun məktəbxanasına apardılar. Ağaclar gül
açarkən mənim könlümün gülləri solmağa başladı. Günəşli ha-
vada baharın ətri hər yeri bürüdüyü zaman “məktəbin” alaqa-
ran lığı, pis qoxusu ürəyimi bulandırdı. Məktəb xaraba məscid-
də yer ləşirdi, yuxarı başda çalsaqqal, qorxunc və bədheybət
bir kişi oturmuşdu. O, məktəbdar axund idi. Diz üstə düz ax-
şamadək ürəyim sıxıla-sıxıla oturdum. Həmin gün axund məni
dindir mədi. Demə, bəs təzə qonağa hörmət edirmiş.
Məktəbdə keçə börklü, zəncirəli börklü, qara börklü, ağ
tu manlı, ala tumanlı, corablı-corabsız oğlan uşaqları həsir üstə
yan-yana oturub vızvıza kimi vızıldayıb dərs oxuyurdular.
Axund uşaqların bir neçəsinə dərs verib yola saldı, bir ne-
çəsini də döydü. Elə bu heyndə çarşablı bir qadın məscidin
pən cərəsinə kölgə saldı. Rübəndini qaldırıb qaşlarını oynatdı,
gü lüm sədi, mollaya bir şeylər pıçıldadı... Anlamadım. Ancaq
gör düm ki, mollamızın qaş-qabağı açıldı, qələmdanı açıb bir
kağız götürdü, cızmaqara edib gülə-gülə xanıma verdi.
Axşam dərsdən sonra axund məni səsləyib dedi:
– Həbib, sabah gələndə “Gülüstan” kitabını gətir.
Ertəsi gün anam məni tezdən oyatdı, çay-çörək verdi, yola
salanda heybəmə “Gülüstan” kitabı qoyub dedi:
– Get, bala, allaha tapşırdım.
Budur, axundun hüzurundayam, diz çöküb kitabı açmı-
şam. Axund kitabdan farsca oxuyur. Heç nə başa düşməsəm
də, de dik lərini tutuquşu tək əzbərləyib evdə anama və xalama
oxuyu ram. İkinci gün şam yeməyindən sonra eyvanda oturub
ulduzlara baxır və ürəyimdə mollanın keçdiyi dərsi təkrarlayı-
ram. Hər bir cümlədən cürbəcür məfhumlar yaradıram:
– Minnət – minnət qoymaq.
157
Gülüstan dərsi
– Xuda – yeri və göyü yaradan.
– Əz – bəs əz nə deməkdir? Yəni dur, pişiyin başını əz.
– Cəl – yəni gəl.
Xülasə, günlər bir-birinin ardınca gəlib keçirdi. Mən mək-
təb xanada “Gülüstan”ın sirləri arasında çabalarkən, dünənki
xa nım pəncərəyə qondu. Axund dərsi saxladı.
* * *
Neçə aylar ötdü, “Gülüstan”ı anlamadan yarı elədim.
Bu kitabdan öyrəndiyim şey bir çox məlakə və dərvişlərin
adı oldu.
Qışın son günləri idi. Axund uşaqlara qitə (rəngbərəng şə-
killər) payladı. Bu qitələrdə Şirin çeşmə başında saçlarını da-
rayırdı. Rüstəm ağ divlə güləşirdi, bir padşah taxt üstə oturub
yan-yörəsində nökər-nayıblar əl bağlayıb durmuşdular.
Axund əvvəlcə dövlətli balalarını çağırıb gözəl şəkillə-
ri onlara verərdi, tör-töküntülərini isə yoxsul uşaqlarına əta
edərdi. Axund qitələri müftə paylamazdı, onların əvəzində
xələt dilərdi. Məsələn, kəllə qənd, şirni, qumaş parça, bir də
çərşənbə yemişi.
Axır çərşənbə axşamı anam mənə təzə paltar geyindi-
rib başıma zəncirli börk qoydu, bir böyük boşqab çərşənbə
yemişi ilə, bir neçə arşın ağ parça (axunda tumanlıq) qoyub
məktəb xanaya yola saldı. Hədiyyələri axundun qabağına qo-
yub dedim:
– Axund, bağışla, azına-çoxuma baxma.
Axund qaşqabağını turşutdu, demə, “Bərge səbze dərvi-
şan”mış
1
bizim hədiyyələr.
1
Sədinin: “Bərge səbz əst töhfeyi dərviş,
Biçarə çe konəd həmin darəd”
(Dərvişin töhfəsi göy yarpaqdır,
Biçarə nə eləsin ki, olanı budur) – beytinə işarədir.