İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   28   29   30   31   32   33   34   35   ...   96

 
96 
zamanı  verilmiş  vədlər yerinə  yetirilmədiyinə  görə  Rusiya pre-
zidenti V.  Putin C.
Buşu ehtibarlı tərəfdaş hesab etmir.   
 
ABŞ keçmiş Sovet respublikalarında mövqelərini möhkəm-
l
əndirməyə  çalışırdı.    C.Buş  hökuməti Ukrayna və  Gürcüstana 
xüsusi diqq
ət yetirirdi.  ABŞ həmin ölkələrdə “narıncı inqilabalar” 
n
əticəsində hakimiyyətə gəlmiş Qərb meyilli prezidentləri müdafiə 
edirdi.   
“Azadlığın  genişlənməsi” strategiyasını  Ukrayna  və  Gür-
cüstanda h
əyata keçirmək  olardı.    ABŞ  Ukrayna  və  Gürcüstanın 
NATO – 
ya daxil olmasına tələsmirdi. Digər tərəfdən ABŞ–ın hə-
min ölk
ələrlə əməkdaşlığı genişlənmişdi.  2008 – ci ilin dekabrın 
19–
da Vaşinqtonda “Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlıq 
haqqında xartiya” imzalandı.  Bu sənəd tərəflər arasında müdafiə, 
t
əhlükəsizlik,  demokratiya və  mədəniyyət sahəsində  münasibət-
l
ərin  inkişafını  nəzərdə  tuturdu.    ABŞ  –  ın  Krımın  paytaxtı  olan 
Simferapolda nümay
əndəliyinin  açılması  da nəzərdə  tutulurdu.  
Krımla bağlı Rusiya və Ukraynanın münasibətlərinə dair problem 
olduğunu  və  burada  Rusiyanın  hərbi dəniz  bazasının  yerləşdiyini 
n
əzərə alsaq, ABŞ nümayəndəliyinin böyük əhəmiyyəti var idi.    
 
ABŞ  Cənubi  Qafqazda  Rusiyanın  mövqeyini  zəiflətməyə 
çalışırdı.    Azərbaycan  enerji  ehtiyyatları  ilə  zəngin idi.    Gürcüs-
tanın tranzit əhəmiyyəti böyük idi.  2006 – cı ilin yayında Bakı – 
Tiblisi  –  Ceyhan neft k
əmərini  tikintisi  başa  çatdı.    Bu kəmərin 
ç
əkilməsi  ABŞ  –la Azərbaycan  arasında  iqtisadi və  siyasi 
münasib
ətlərin inkişafına kömək etmişdi.  2006 – cı ilin aprelində 
ABŞ prezidenti C.Buşun dəvəti ilə Azərbaycan prezident ABŞ – a 
r
əsmi səfər  etmişdi.    Ermənistan Azərbaycan  münaqişəsinin 
t
ənzimlənməsi ilə məşğul olan ATƏT – in Minsk qrupunun həm-
s
ədri  kimi  ABŞ  Azərbaycan  Respublikasının  ərazi bütövlüyünü 
müdafi
ə edirdi.  ABŞ eyni zamanda Dağlıq Qarabağ probleminin 
dinc yolla h
əllinə tərəfdar idi.  ABŞ –ın  Rusiyanın hərbi bazaları 
yerl
əşən Ermənistan siyasətinə ABŞ – dakı Erməni diasporu təsir 
göst
ərirdi.  2008 – ci ilin payızında ABŞ konqresinin qəbul etdiyi 
106 saylı qətnamədə “erməni soyqrımı” ittiham edilirdi.   
C.
Buş  hökuməti iqtisadi və  hərbi siyasi sahələrdə  Latın 
Amerikası  ölkələri ilə  daha  sıx  əməkdaşlıq  etməyə  başlamışdı.  
Lakin  Latın  Amerikası  ölkələri  ümumamerika  bazarının  yaradıl-


 
97 
masının  əleyhinə  idi.  Çünki,  buna  Latın  Amerikası  ölkələri öz 
iqtisadiy
yatının,  ticarətinin tamamilə  ABŞ  –  ın  mənafelərinə  tabe 
edilm
əsi cəhdi  kimi  baxırdılar.    2005  –  ci ildə  ABŞ  1950  –  ildə 
buraxılmış 4 – cü donanmasını bərpa etdi.  Onun məsuliyyət zona-
sına Mərkəzi və Cənubi Atlantika daxil idi, lakin Latın Amerikası 
h
ərbi müdafiə  məsələlərini özləri həll etməyə  çalışırdılar.  
Braziliya C
ənubi Atlantika müdafiə  Şurasının  yaradılması 
t
əşəbbüsü ilə çıxış etdi.   
 
ABŞ  –  la  Latın  Amerikası  ölkələri  arasında  kəskin 
m
əsələlərdən biri miqrasiya məsələsi idi.  C.  Buş hökuməti miqra-
siya m
əsələlərini həll etməyə çalışırdı.  ABŞ – da Latın Amerika-
sından gəlmiş amma sənədi olmayan 12 milyon vətəndaş yaşayırdı.  
AB
Ş  –  ın  Venesuela  ilə  münasibətləri pisləşmişdi.  Venesuela 
prezidenti  Uqo  Çaves  ABŞ  –  a  qarşı  barışmaz  mövqe  tuturdu.  
ABŞ  –  ın  Kuba  ilə  münasibətlərində  yaxınlaşma  müşahidə  olun-
murdu.    Amma 2008 – 
ci  ilin  yayında  Kubaya  qarşı  iqtisadi 
sanksiyaların  tətbiq  edilməsindən keçən müddət  ərzində  ilk dəfə 
oraya Texasdan ticar
ət nümayəndələri gəlmişdilər.    Bu səfərin 
n
əticəsi kimi 400 min dolar məbləğində Kuba pambığının alınması 
haqqında kontraktlar imzalanmışdı.   
NATO x
ətti üzrə  müttəfiqləri  ABŞ  –  ı  müdafiə  edirdi.    12 
sentyabr 2001 –  ci ild
ə NATO Şurası tarixində ilk dəfə təşkilatın 
nizamnam
əsininn kolektiv müdafiə  haqqında  5  –  ci maddəsinin 
icrası haqqında qərar qəbul edildi.  2001 – ci ilin oktyabrın 7 – də 
ABŞ  ordusu  Əfqanıstanda  hərbi  əməliyyatlara  başladı.    Taliban 
h
ərəkatının qərargahının yerləşdiyi Qəndəhar və onun ətrafı, eləcə 
d
ə  U.    ben  Ladenin  yeraltı  sığınacaqlarının  yerləşdiyi  dağlıq 
ərazilər daha güclü zərbəyə  məruz  qaldı.    Əfqanıstanın  hərbi və 
n
əqliyyat infrastrukturu planını “Sarsılmaz azadlıq” adlandırmışdı.  
BMT T
əhlükəsizlik Şurası həmən planı bəyəndi.  ABŞ aviasiyası 
Əfqanıstanda  Şimal  Alyansının  əməliyyatlarına  kömək edirdi.  
Şimal  Alyansına  Əfqanıstanın  Şimalında  Taliblərə  qarşı  döyüşən 
mühacid  qrupları  daxil  idi.    Hərbi  əməliyyatlarda  İngiltərə  də 
iştirak edirdi.   
 
ABŞ – ın digər müttəfiqləri sonradan quruda aparılan hərbi 
əməliyyatlara qoşuldu.  ABŞ qoşunlarının ilk dəstələri Əfqanıstan 


 
98 
2001 – 
ci ilin oktyabrın 21 – də gətirildi.  “Taliban” iki cəbhədə - 
h
əm  şimal  Alyansına,  həm də  ABŞ  –  a  və  onun  müttəfiqlərinə 
qarşı müharibə aparmalı oldu.  Noyabrın 7 – də mühacid dəstələri 
Kabula daxil oldu.   Taliban qüvv
ələri Cənubi Əfqanıstanın dağlıq 
rayonlarına çəkildi və partizan müharibəsinə başladı.  2002 – ci ilin  
martında  ABŞ  silahlı  qüvvələri  sonuncu  irimiqyaslı  əməliyyatı 
h
əyata keçirdi.  (“Anakonda əməliyyatı”) .  2 gün ərzində 1000 - ə 
yaxın Taliban döyüşçüsü həlak oldu.  Əfqanıstanda hakimiyyət Hə-
mid K
ərzayi  başda  olmaqla amerikapərəst müvəqqəti  hökumətə 
keçdi.   
Lakin  Əfqanıstanda  sabitlik  yaranmadı  və  U.  ben Ladeni 
tutmaq mümkün olmadı.  ABŞ və onun antiterror koalisiyası üzrə 
mütt
əfiqləri hərbi  əməliyyatları  davam  etdirdi.    ABŞ  ictimaiyyəti 
Əfqanıstanda aparılan antiterror əməliyyatlarını dəstəklədi.   
  2002  –  ci ilin sentyabrda C.
Buş  “ABŞ  –  ın  milli  təhlü-
k
əsizlik strategiyası” adlı sənəd imzaladı.  Bu sənəddə “Buş doktri-
nası”  və  ya  “Qabaqlayıcı  zərbə”  doktrinası  öz  əksini  tapmışdı.  
Doktrinaya gör
ə  beynəlxalq terrorçuluq,  onu müdafiə  edən 
dövl
ətlər və  onların  başçıları  ABŞ  –  ın  əsas düşmənləri elan 
edilirdi.    S
ənəddə  deyilirdi;  “terrorçulara  qarşı  mübarizə  uzun 
müdd
ət üçün qlobal vəzifədir. Terroun müttəfiqləri sivilizasiyanın 
düşmənləridir.  Sağlam düşüncəni və özünü müdafiənin zəruriliyini 
n
əzərə  alaraq  Amerika  qarşıya  çıxan  təhlükələrə  qarşı  onların 
gerç
əkləşməsinə imkan vermək üçün tədbirlər həyata keçirəcək”.   
 
ABŞ  tərəfindən  işlənib  hazırlanmış  terrorçuluğa  qarşı 
mübariz
ə metodu hərbi qüvvə tətbiqini və əməliyyatların düşmən 
ərazisinə  keçirilməsini nəzərdə  tuturdu.Başqa  sözlə,  ABŞ  özünü-
müdafi
ə  hüququnu kütləvi  qırğın  silahı  ələ  keçirməyə  çalışan  və 
terrorçulara köm
ək edən  potensial  düşmənlərə  qarşı  qabaqlayıcı 
aksiyalarla h
əyata keçirməli idi.  Kütləvi  qırğın silahı düzəltmək 
ist
əyən ölkələr arasında “Şər üçbucağı”na daxil olan İran, İraq və 
Şimali  Koreyanın  adı  çəkilirdi.    Bu ölkələr terrorçu təşkilatlara 
köm
ək etməkdə ittiham olunurdu.   
 
İkinci  dəfə  ABŞ  prezidenti  seçiləndən sonra C.Buş  ilk 
xarici s
əfəri 2005 – ci ilin fevralında Avropaya etdi.  Onun məq-
s
ədi İraqdakı müharibəyə birmənalı yanaşmayan NATO ölkələri ilə 
münasib
ətləri möhkəmləndirmək idi.  Ənənəvi olaraq ABŞ–ın yar-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə