İkinci dünya müharibəsinin abş üçün nəticələri


İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yaxın Şərqə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   34   35   36   37   38   39   40   41   ...   96

 
115 
İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yaxın Şərqə 
marağının artması 
İkinci  dünya müharibəsindən  sonra  ABŞ-ın  Yaxın  Şərq 
siyas
əti “Trumen doktrinası” və Sovet İttifaqı ilə həmsərhəd olan 
ölk
ələrdə  anti-sovet  plasdarmların  (əməliyyat  meydanı)  təşkil 
edilm
əsi ilə  müşaiyət olunurdu ki, bu ölkələr  əsasən Türkiyə  və 
İran  idi.  Məlum  olduğu  kimi  ABŞ  Yaxın  Şərqdə  siyasətinin bu 
formada qurulmasının əsas səbəblərindən biri “soyuq müharibə” və 
Trumenin dövründ
ə müharibənin  ideologiyasına çevrilən “qarşısı-
nı  alma”  nəzəriyyəsi ilə  sıx  tellərlə  bir-birinə  bağlı  olması  idi. 
Dig
ər tərəfdən  ABŞ-ın  buradakı  siyasəti sözsüz ki, XIX əsrin 
ortalarından  ta  bu  günümüzə  qədər həm iqtisadi, həm də  siyasi 
c
əhətdən  böyük  əhəmiyyətli bir təbii ehtiyat olan, neft amili ilə 
s
əsləşirdi.  
1950–ci ild
ə  ABŞ–ın  dövlət katibi Con Foster Dalles elan 
etdi ki, artıq siyasətdə bitərəflikdən tamamilə əl çəkmək lazımdır.  
Hökum
ətin  qarşısında  belə  bir  seçim  qoyuldu  ki,  ABŞ  –  ın 
başçılığı altında olan azad dünyanın tərəfində olmalı, ya da kom-
munistl
ərə birləşmək.   
N
ə zaman ki, “soyuq müharibə” ciddi alovlandı, Con Foster 
Dalles müst
əmləkə  zülmündən azad olan gənc dövlətlərin rəhbə-
rl
ərinə elan etdi ki, “Kim bizimlə deyil, deməli bizə qarşıdır”.  Bu 
prinsipc
ə  ultimatum    xarakteri  daşıyırdı.  Bu zaman Tomas Mann 
öz günd
əliyinə yazırdı ki, “Dalles ya ABŞ siyasətinin məsuliyyət-
sizliyini müdafi
ədə tərəfdarları bağlayaraq dünya boyu sürür”.   
1950  –  ci ilin aprelind
ə  Trumen Consona elan etdi ki, 
“iqtisadiyyatla müdafi
ə siyasəti qurtarmışdır”.  Hərbi sənayeni bər-
pa etm
ək  haqqında  qanun  qəbul edildikdən sonra federal hərbi 
x
ərclər 1950 –  ci ildəki 80 mlrd dollardan 1952 –  ci ildə  241 
milyard dollara qalxdı.  Nəticədə hər il 190 – 200 mlrd dollardan 
az olmadı.  
ABŞ  hələ  İkinci  dünya  müharibəsi illərindən bəri  Yaxın 
Şərqə  xüsusi maraq göstərməyə  başlamışdı.  Maraqların  iqtisadi 
t
ərəfini qeyd edərkən ilk öncə onu qeyd edək ki, ABŞ burada öz 
iqtisadi v
ə  siyasi təsirini yaymaq və  möhkəmləndirmək üçün ilk 
önc
ə özünün müttəfiqi hesab etdiyi Böyük Britaniya ilə 1944-cü il 


 
116 
avqustun 8-d
ə  Yaxın  Şərq məsələsi üzrə  neft müqaviləsi  bağla-
mışdı. Müqaviləni imzalamaqla  ABŞ onsuz da öz əvvəlki qüdrə-
tini itirmiş İngiltərənin ona öz siyasətini yürütməsində (yaxın şərq 
siyas
əti) maneə  olmayacağını  bilirdi  və  müqaviləni imzalamaqla 
ABŞ artıq gələcəkdə bu regiona effektiv surətdə təsir etmək imkanı 
qazanırdı.  Bununla  da  o neftin qiymətinə,  onun  çıxarılması  və 
istehlakına bu regionda və ona qonşu olan regionlarda nəzarət et-
m
ək  imkanlarına  yiyələnmişdi.  Hələ  müqavilə  imzalanmazdan 
əvvəl ABŞ prezidenti İngiltərənin ABŞ-dakı səfiri ilə danışıqlar za-
manı belə bir fikir irəli sürmüşdü: 
“Fars (İran)  nefti sizin olsun. . . , İraq və Kuveytin neftini isə 
böl
əcəyik. Səudiyyə Ərəbistanın neftinə gəlincə isə o bizimdir”.  
 
Artıq danışıqlar masası arxasında Yaxın Şərq nefti iki ölkə 
arasında bölündü və bundan sonra ABŞ-ın inhisarçı korporasiyaları 
f
əal surətdə  bu ölkələrdə  neftin  hasilatı  ilə  məşğul  olmağa 
başladılar.  Bütün  bunların  nəticəsi  kimi  ABŞ  korporasiyaları    bu 
ölk
ələrdən 1945-ci ildə 2,5 milyon ton neft istehsal etdilər . İngilis 
v
ə hollandlar isə bundan 7 dəfə çox neft əldə etdilər. 1949-cu ildə 
is
ə  mənzərə  bir qədər dəyişdi:  amerikalılar  ingilisləri geridə 
qoyaraq t
əxminən 40 milyon ton neft çıxarırdılar.  
 
İkinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  ABŞ  –ın  Tür-
kiy
ə, Səudiyyə  Ərəbistanı,  İran,  Misir,  Suriya,  Livan,  Transior-
daniya v
ə  s. ölkələrlə  iqtisadi  əməkdaşlığı  çoxlu  sayda  missiya, 
m
əsləhətçi və  təlimatçıların  gəlişi  ilə  müşayiət  olunurdu.  ABŞ-ın 
iqtisadi üstünlüyü s
ənaye cəhətdən zəif  inkişaf  etmiş  ölkələrə 
iqtisadi v
ə  texniki köməklik göstərməsi və  borc verilməsi  məsə-
l
ələrinə dair müqavilələr bağlaması idi ki, bu həm həmin ölkələrin 
iqtisadiyyatının  inkişafına,  həm də  amerikan  inhisarçılarına  bu 
ölk
ələr üzərində nəzarəti əlinə almağı asanlaşdırırdı.  
 
Artıq,  bu  proseslərin məntiqi nəticəsi kimi, 50-ci illərin 
əvvəllərində  ABŞ  ərəb dövlətlərinin idxal mövqelərindən  İngiltə-
r
əni sıxışdırıb çıxardı. Onu da qeyd edək ki, hələ 40-ci illərin sonu 
da  onun  Yaxın  Şərq ölkələrinə  idxalatı  müharibə  dövründən 
əvvəlki dövr ilə müqayisədə 2,5 dəfə çox olmuşdu.  
  
ABŞ-ın  bu    regiona siyasi  baxımdan  maraq  göstərməsi isə 
bu 
ərazilərin strateji baxımdan həm əlverişli mövqedə olması, həm 


 
117 
d
ə sovetlərə qarşı olacaq müharibə zamanı bu ərazilərdən bir vasitə 
olaraq istifad
ə etmək istəyi ilə bağlı idi.  
   
İkinci  dünya  müharibəsindən sonra  ABŞ-ın  bu  regionlara 
ilk müt
əşəkkil siyasi təzyiqi İrana qarşı oldu. Məlum olduğu kimi 
h
ələ İkinci dünya müharibəsi dövründə ABŞ İngiltərə və SSRİ ilə 
birg
ə  faşist  təhlükəsinin  qarşısını  almaq  və  lend-liz qanunu 
əsasında  bu  ərazilərə  maddi  yardımın  daşınması  üçün  “cənub 
d
əhlizi”ni yaratmaqdan ötrü üçün İrana öz qoşunlarını yeritmişdi. 
Müharib
ə qurtardıqdan sonra isə ABŞ-ı artıq İranda faşist təhlükəsi 
deyil, sovet t
əhlükəsi narahat etməyə  başlamışdı.  Trumen  artıq 
İranda  yaradılmış  kommunist  partiyası  olan  “Tudə”  (Xezbe 
Tubeye  İran)  partiyasının  ölkənin sovetlər tərəfindən  işğal 
olunmuş  şimal  hissəsində  fəal  şəkildə  fəaliyyət göstərməsindən 
x
əbərsiz deyildi. Narahatçılığı daha da artıran əsas amillərdən biri 
partiya  sıralarının  günü-gündən  genişlənməsi idi.  Bundan əlavə 
müharib
ə qurtardıqdan sonra “soyuq müharibə” ilə əlaqədar olaraq 
SSRİ  İranda  həm qeyd etdiyimiz partiya vasitəsi ilə  və  həm də 
özünün siyasi manevrl
əri ilə ölkənin daxili və xarici siyasətinə fəal 
sur
ətdə müdaxilə etməyə başlamışdı.   
Trumen is
ə  bununla heç bir vəchlə  razı  ola  bilmirdi.  Ona 
gör
ədə  soyuq müharibə  dövründə  ABŞ  İngiltərənin köməkliyi ilə 
ölk
ənin ilk növbədə  iqtisadi həyatına  müdaxilə  etməklə  əsas neft 
rayonları  üzərində  İngiltərə  ilə  birgə  nəzarəti təmin etməyə 
başlamışdı  ki,  bu nəzarət  əsasən  İngilis-İran  neft  kompaniyası 
vasit
əsilə edilirdi.  
1951-ci ild
ə İranda baş nazir postuna Məhəmməd Müsəddiq 
g
əldi. Onun nazir olmasından sonra ölkədə xarici müdaxiləyə qarşı 
dura bil
əcək bir sıra islahatlar layihəsi hazırladı. İslahatların əsasını 
is
ə neft sektorunun milliləşdirilməsi təşkil edirdi. Neft sektorunun 
da çox böyük bir hiss
əsi ingilis-iran kompaniyasını əlində idi. Bu 
kompaniya vasit
əsi ilə  ingilis  koorparasiyaları  çıxarılan  neftdən 
böyük h
əcimdə gəlir əldə edirdilər. Baş nazirin milliləşdirmə siya-
s
əti  İran-İngiltərə  münasibətlərinə  əsaslı  surətdə  təsir  etmişdi. 
Bundan 
əlavə, Müsəddiqin Tudə  partiyasına  qarşı  bəzi güzəştlər 
etm
əsi və onun siyasi proqramlarını dəstəkləməsi də ABŞ-ı narahat 
edirdi. 1952-
ci ilin sonlarında İngiltərə hökuməti İranda baş nazirin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə