İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   33   34   35   36   37   38   39   40   ...   96

 
112 
S
əudiyyə  Ərəbistanında,  İraqda,  Küveytdə,  BƏƏ-də, həm də 
B
əhreyndə mərkəzləşmişdir. Qatar təbii qaz resursları ilə zəngindir 
(ehtiyatına  görə  Rusiya,  ABŞ  və  İraqdan  sonra  dördüncü yeri 
tutur).  M
əhz bu resurslarla əlaqədar regionun bütün ölkələrində 
neft emalı, neft-kimya sənayesi inkişaf etmişdir. Son illər, xüsusilə 
Qatarda t
əbii  qazın  mayeləşdirilməsi üzrə  iri müəssisələr tikil-
mişdir.  Alüminium  istehsalı  regionun  sənaye sahələri  arasında 
əhəmiyyətinə görə ikinci yerdədir.   
F
ələstin haqqında qısa məlumat 
F
ələstin, bu gün İsrail, İordaniya, Livan və hətta Misir tərə-
find
ən işğal edilmiş ərazinin adıdır.  O, Yaxın Şərqdə yerləşir. Pey-
ğəmbərlər  diyarı  olan  bu  ərazilər  şərqdə  Ağ  dəniz sahillərindən 
q
ərbdə  Ərəbistan çölünə, cənubda Qəzzə  vadisinə  qədər  uzanır.  
F
ələstin sözünü yunanlar işlətmişlər. Mənası Fələstinlilərin ölkəsi 
dem
əkdir. Bu əraziyə  sahib olmaq üçün tarix  boyunca bir çox 
müharib
ələr olmuşdur. Onun ərazisi – 26 min kv. km-də yerləşir.  
Alt poleolit dövründ
ən burada insanlar yaşamışlar.  Sami tayfaları 
buraya e. 
ə.  V-IV minilliklərdə gəlmiş, e. ə.  III-II minillikdə bura-
da  yaşamışlar.  XVI-XIII  əsrlərdə  Fələstin Misirin hakimiyyəti 
altında olmuşdur.  Filistinyanların sahil ətrafında XIII əsrdə ağalığı 
t
əmin  edilmişdir.  E.  ə. XI əsrdə  bu  ərazidə  İsrail-Yəhudi  çarlığı 
yaranmış, Davud və Solomonun dövründə o, yüksəliş keçirmişdir.  
E. 
ə 935-ci ildə, o, İsrail və Yəhudi çarlığına parçalanmış, e.ə. VIII 
əsrin  sonlarında  İsrail  Assuriya  tərəfindən  tutulmuşdur.    E.  ə.  VI 
əsrdə Yəhudi çarlığını da Babil işğal etmişdir.  E. ə.  IV əsrə qədər 
F
ələstin Əhmənilərin, e. ə.  IV əsrdə isə Makedoniyalı İskəndərin 
hakimiyy
əti  altında  olmuşdur.E.  ə.  63-cü ildə  onu  Roma  işğal 
etmişdir.  395-ci ildən bu ərazi  Bizansa  tabe  olmuşdur.    1099-cu 
ild
ə  sələbçilər  Qüdsü  tutmuş  və  krallıq  yaratmışlar.    1187-ci ildə 
S
əlahəddin  onları  Qüdsdən  qovmuş,  Fələstin  əyyubilərə  tabe 
olmuşdur.  1516-cı ildə isə türklər Fələstini işğal etmişdilər.  1832-
ci ild
ə Fələstini Misir paşası Məhəmməd Əli zəbt etsə, 1834-cü il 
üsyanından sonra yenidən türklərin tabeliyinə keçmişdir.  
 F
ələstin 1517-ci-ildə Yavuz sultan Səlim tərəfindən Osmanlı 
torpaqlarına  qatılmış,  birinci  Dünya  müharibəsinə  qədər də  Os-
m
anlı dövlətinin tərkibində qalmışdır.  Bu ərazidə yaşayan 3 böyük 


 
113 
s
əmavi dinə mənsub olan insanlar həmişə dinc şəraitdə yaşamışlar. 
1916-
cı ildə Fələstin Osmanlı idarəçiliyindən çıxmışdır. Fələstin və 
İsrail  düşmən  iki  qardaşdır.  Bu  millətlər köklərini  İbrahim Pey-
ğəmbərə bağlayırlar. Ona görə də qardaş hesab edə bilərik.  Fələs-
tin-
İsrail müharibəsi XX əsrin 40-50-ci illərində başlasa da, kökləri 
çox daha keçmişə gedir. 1916-cı il  iyulda başlayan ərəblərin üsya-
nında Ərəb qoşunları Şamı ələ keçirib Hələbə irəliləmişlər.  1920-
ci ild
ə San Remo konfransında müharibəyə yekun vurulmuş, Orta 
Şərq ingilislərlə fransızlar arasında bölünmüşdür.  İngilislərin payı-
na İraq, Fələstin, Misir və İordaniya, Fransızların payına isə Suriya 
, Livan , Əlcəzair və Tunis düşmüşdür. Əvvəl Ərəb-İsrail məsələsi, 
bu günümüzd
ə isə Fələstin-İsrail problemi, bir çox ölkənin sıra ilə 
qarışdığı,  kömək etməkdən çox öz mənafeləri üçün məsələni bö-
yütdükl
əri bir problemə çevrildi.  Tarixçilər bu məsələni kağız üzə-
rind
ə həll edə bilərlər, lakin həll edilməyən, hər gün ölən insanların 
sayı artır, sadəcə işğal üzündən deyil, həm də yaşayış mühütü də 
insanları  hədələyir. Fələstin probleminin kökləri XIX əsrə  gedib 
çıxır.  XIX  əsrin 40-cı  illərindən  başlayaraq  Fələstinin  geosiyasi 
c
əhətdən mühüm nöqtədə yerləşdiyini nəzərə alaraq Qərbin buraya 
marağı  artdı.  1869-cu ildə  Süveyş    kanalının  açılışından  sonra 
buraya diqq
ət daha da çoxaldı. İki min ilə yaxın bir müddətdir ki, 
dünyanın  hər yerinə  dağılmış  yəhudilər XIX əsrin  ortalarında 
özl
ərinin yaşayacaqları bir dövlət yaratmaq fikrinə düşdülər.  Onlar 
dövl
əti  əvvəl  ayrılmaq  məcburiyyətində  olduqları  Fələstində  qur-
maq ist
əyirdilər.  Rusiyada çox sayda  yəhudu ailəsi 1881-ci ildən 
sonra ölk
əni tərk etmək məcburiyətində qaldılar.  Yəhudilərin çoxu 
F
ələstində yerləşdi.  1882-ci-ildə Leo Pinksler ilk dəfə Fələstində 
Y
əhudi dövləti qurmaq fikrində  idi,  lakin  bu  alınmadı.  Nəhayət, 
XIX 
əsrin sonu -  XX  əsrin  əvvəllərində  yəhudilərin Fələstinə 
köçüb g
əlməsinin başlaması ilə Fələstin yenidən diqqət mərkəzinə 
çevrildi. H
əm də bu indiyə qədər davam edən Yaxın Şərqdəki böh-
ranın  başlanğıcını  qoydu.  1937-ildə  Peel  komissiyası  Fələstini 
ikiy
ə  bölüb  Ərəblər və  Yəhudilər  arasında  paylaşdırmaq  istədi, 
lakin bu iki t
ərəf üçün də qəbul edilməz oldu.  Bu istək 1948-ci ldə 
h
əyata  keçirildi.    İkinci  dünya  müharibəsindən  sonra  Yaxın  Şərq 


 
114 
ölk
ələrində müstəmləkə əleyhinə genişlənən milli-azadlıq hərəkatı 
başladı.  
1947-
ci il noyabrın 29-da BMT Baş Məclisinin İkinci növbəti 
sessiya
sında  33  dövlətin lehinə  (ABŞ-da daxil olmaqla), 13 
dövl
ətin  əleyhinə  və  10 dövlətin bitərəf  qaldığı  181  saylı 
b
əyannaməsi qəbul edildi. Komitənin 2-ci təklifi olan Fələstinin 2 
dövl
ətə-ərəb və  yəhudi dövlətinə  və  Yerusəlimin (Qüds) inzibati 
dair
əyə  (xristian, müsəlman və  iudey dinlərinin müqəddəs 
yerl
ərinin qorunması məqsədi ilə xüsusi beynəlxalq rejim altında) 
parçalanması planını təqdir etdi.  
  1948-
ci ilin  mayın 14-də ingilis qoşunu Fələstini tərk etdi. 
El
ə  həmin gün sionizm hərəkatını  görkəmli liderlərindən olan 
David Ben-
Qurion İsrail dövlətini yarandığını elan etdi və özünün 
r
əhbərliyi ilə hökumət təşkil etdi.  
Bel
əliklə,  ABŞ  İsrail  vasitəsi ilə  özünə  çox  əlverişli  mövqe 
qazanaraq bu regionu da “soyuq müharib
ə” çərçivəsinə daxil etdi 
v
ə tam bir şəkildə İsraili həm beynəlxalq arenada, həm də regional 
siyasi m
əsələlərdə müdafiə etdi. Lakin ABŞ hakim dairələri İsrailin 
SSRİ  ilə  yaxınlaşmasından  qorxurdular  və  ona etibar etmirdilər. 
Lakin Koreya müharib
əsi  zamanı  İsrailin  ABŞ-ı  müdafiə  etməsi 
ABŞ-da belə şübhələri qismən də olsa, aradan qaldırdı.   
1948-
ci ilin mayın 14-də İsrail dövlətinin elanı ilə ilk Ərəb – 
İsrail  müharibəsi  başladı.    İsrail  ilə  müxtəlif  Ərəb dövlətləri 
arasında  müharibələrin  ən mühümləri 1948-1949, 1956, 1967, 
1973, 1982-ci il müharib
ələridir.    İsrail  dövlətinin  yaradılmasına 
cavab olaraq 24 saat sonra F
ələstin ərəbləri bir sıra ərəb ölkələrinin 
(Misir,  İraq,  Suriya,  Livan,  Yəmən)  yardımı  ilə  İsrailə  müharibə 
elan etdil
ər. Kiçik fasilərlə 8 ay davam edən müharibə 1949-cu il 
yanvar ayının 7-də Rodos adasında imzalanan atəşkəs razılaşması 
il
ə başa çatmışdı.  Müharibədə Ərəb dövlətləri məğlub oldu.  Bu 
anlaşma  ilə  Cəlilə  və  Nəcəf  İsrailə, Qəzzə  Misirə  verildi.    İsrail 
F
ələstinin  Ərəb dövləti  üçün  ayrılmış  ərazinin bir hissəsini zəbt 
etdi.  900 min
ə yaxın fələstinli öz doğma yurdlarını tərk etməyə, 
qonşu ölkələrə qaçmağa məcbur oldular. Beləliklə, həmin vaxtdan 
h
ələ  indiyədək həll  olunmamış  ərəb  –  İsrail  münaqişəsinin  əsası 
qoyuldu.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə