48
MƏRAKEŞİN MƏLİKİ ƏLAHƏZRƏT
VI MƏHƏMMƏDƏ
Əlahəzrət!
Mərakeş məmləkətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mərakeş arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqları-
mızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mərakeş xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 fevral 2004-cü il
50
UKRAYNA ALİ RADASININ SƏDRİ
VLADİMİR LİTVİN VƏ ONU MÜŞAYİƏT EDƏN ŞƏXSLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
27 fevral 2004-cü il
İ l h a m Ə l i y e v: Hörmətli Vladimir Mixayloviç!
Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz.
Ölkələrimiz arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri mövcuddur. Bu münasibətlər
ölkələrimizin qarşılıqlı fəaliyyətinin bütün dövrlərində – biz bir dövlətdə yaşadığımız vaxtlarda da, ən əsası isə,
müstəqillik qazandıqdan sonra da inkişaf etmiş və möhkəmlənmişdir. Ukrayna və Azərbaycan tərəfdaş və dost
ölkələrdir. İkitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir,
iqtisadiyyat sahəsində, humanitar sahədə yaxşı
əməkdaşlıq edirik. Biz beynəlxalq təşkilatlar, o cümlədən GUÖAM kimi regional əməkdaşlıq təşkilatı
çərçivəsində çox fəal əməkdaşlıq edirik.
Bütün bu nailiyyətlər ölkələrimiz arasında münasibətlərin bundan sonra da belə müsbət istiqamətdə inkişaf
edəcəyinə inanmağa böyük əsas verir.
Bu əməkdaşlığımızın əsası xeyli dərəcədə prezidentlərimiz Leonid Kuçma və Heydər Əliyev arasında yaxın
dostluq münasibətləri ilə qoyulmuşdur. Onların arasındakı şəxsi dostluq və qarşılıqlı hörmət bu gün Ukrayna ilə
Azərbaycanın dost və tərəfdaş olmasında böyük rol oynamışdır.
Biz Azərbaycanda bu siyasəti davam etdiririk və etdirəcəyik. Hörmətli prezident Leonid Kuçma ilə
keçirdiyimiz görüşlər qətiyyətlə deməyə imkan
verir ki, münasibətlərimiz bundan sonra da belə uğurla inkişaf
edəcəkdir.
Bu baxımdan parlamentlərimizin üzvləri arasında əlaqələr də mühüm yer tutur. Fərəhli haldır ki, bu
istiqamətdə də qarşılıqlı fəaliyyətimiz çox yaxşı səviyyədədir. Parlamentlərimizin üzvləri Avropa təşkilatlarında
fəal əməkdaşlıq edirlər, mən özüm də Avropa təşkilatları çərçivəsində belə səmərəli əməkdaşlığın iştirakçısı və
şahidi olmuşam.
Əlbəttə, parlament rəhbərləri arasında ikitərəfli əlaqələr çox vacibdir. Mən bilirəm ki, sizinlə Azərbaycan
parlamentinin sədri cənab Ələsgərov arasında çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Biz bunu
alqışlayırıq.
Ümidvaram ki, ölkəmizə səfəriniz yaddaşınızda qalacaq və ikitərəfli münasibətlərimizin daha da
inkişaf etməsinə kömək edəcəkdir. Bunda həm Azərbaycan xalqı, həm də Ukrayna xalqı maraqlıdır.
Sizi bir daha salamlayıram və ümid edirəm ki, vətənə xoş təəssüratla qayıdacaqsınız.
V l a d i m i r L i t v i n: Çox sağ olun, cənab Prezident!
İlk növbədə, mən və həmkarlarım Ukrayna parlamentinin nümayəndə heyəti ilə görüşə vaxt ayırdığınıza görə
Sizə minnətdarlığımızı bildirmək istəyirik. Bura gələn kimi biz dərhal Heydər Əliyevin məzarını ziyarət etdik,
gül-çiçək qoyduq. Mən bu imkandan istifadə edərək bu əvəzsiz itki ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək
istərdim. Bu heç də təkcə Sizin ölkənizin xalqı üçün itki deyildir. Heydər Əliyev Krıma gələrkən mənə bir neçə
il
onu müşayiət etmək, onunla çox maraqlı söhbətlər etmək xoşbəxtliyi nəsib olmuşdur. Bu mənim üçün dərs idi
və bunu həyatımın sonunadək unutmayacağam. Çünki onun həyatı tarixin bütöv bir qatıdır, sovet və postsovet
tarixinin böyük bir bölməsidir. Mən bilirəm ki, Heydər Əliyevin ölkəmizin prezidenti ilə sırf insani müna-
sibətləri var idi. Ən ağır
məqamlarda, o cümlədən iqtisadi xarakterli məsələlərdə həmişə biz onun dəstəyini hiss
etmişik. Yadımdadır, prezident Kuçma telefonla Heydər Əlirza oğluna müraciət edərək, yanacaq məsələsində
kömək göstərməyi xahiş edəndə bu dərhal həll olundu. Belə bir hərəkəti yalnız dahi insan edə bilərdi. Çünki
dahi insan kiçik işlərdə də, böyük işlərdə də dahidir.
Mən həm də prezident seçilməyiniz münasibətilə Ukrayna parlamenti adından Sizi təbrik etmək istəyirəm.
Bu, varisliyi və atanızın həyata keçirdiyi xəttin dəstəklənməsini sübut edir. Siz seçkilərdə yüksək səs topladınız.
Bizim nümayəndə heyəti də seçkiləri müşahidə edirdi və onun üzvləri bu prosesin demokratikliyini və xalqın
Sizə inandığını gördülər. Biz buna şadıq. Çünki ölkələrimiz arasında əməkdaşlığın
yüksələn xətlə davam və
inkişaf etməsini istəyirik.
Burada, parlamentdə biz bu istiqamətdə işləməyə hazırıq. Cənab Ələsgərovla da gözəl insani münasibətləri-
miz vardır. Bu gün biz həm ikitərəfli əlaqələrimizlə, həm də regional və beynəlxalq məsələlərlə bağlı bir sıra
mürəkkəb məsələləri müzakirə etdik. Bütün bu məsələlərdə aramızda tam anlaşma var və əminik ki, bu, sabah
müsbət nəticələr verəcəkdir.
Biz Azərbaycanda olmağımızdan çox şadıq və əminik ki, iqtisadi potensialımız gücləndikcə ölkələrimizin
inkişaf dinamikası da artacaqdır. Sağ olun.