115
qurumları TRASEKA-nın işləməsinin və inkişaf etməsinin əhəmiyyətini başa düşsünlər. Bu yaxınlarda
Özbəkistanın təşəbbüsü ilə Əfqanıstan və İranı TRASEKA-nın tərkibinə daxil etməyi qərara almışlar. Bu bir
çox əsrlər ərzində mövcud olmuş böyük İpək yolunun tam miqyasda fəaliyyət göstərməsi baxımından çox
vacibdir. İndi Türkmənistanla bağlı problemlər qalır, odur ki, Qafqaz regionunun
Orta Asiya ilə təkcə bu ölkə
vasitəsilə birləşməməsi üçün yeni yollar və marşrutlar axtarıb tapmaq barədə düşünmək lazımdır. Biz başa
düşməliyik ki, bu vəzifələr ən ciddi səbəblərlə, ilk növbədə ölkələrimizin mənafelərinin uyğun gəlməsinin
zəruriliyi ilə bağlıdır. Təkcə bir misal çəkə bilərəm. Bu gün pambığı Xəzəraşırı yolla satmaq Şimal marşrutu ilə
satmaqdan bizə 20 faiz baha başa gəlir. Bundan müvafiq nəticələr çıxarmaq lazımdır. Çünki bazar iqtisadiyyatı
ideologiyadan asılı olmayaraq fəaliyyət göstərir. Ona görə də burada biz amirlik edə bilmərik, səmərəli mexa-
nizmlər yaratmalıyıq.
Hörmətli İlham Heydəroviç, Azərbaycan ədəbiyyatını Özbəkistanda tanıyır və sevirlər. Sizin ölkənizdə də
Özbəkistan mədəniyyəti və incəsənətinə beləcə hörmətlə yanaşırlar. Bir daha təkrar etmək istəyirəm ki, qədim
dövrlərdən bəri xalqlarımız bir-birinə meyl etmişlər. Qarşıdakı əlamətdar hadisə – Azərbaycan xalqının böyük
oğlu Nizami Gəncəviyə abidənin, Mədəniyyət Mərkəzinin və səfirliyin yeni binasının açılması buna parlaq
sübutdur. Sonda əmin olduğumu
bildirmək istəyirəm ki, prezident İlham Əliyevin Özbəkistana ilk dövlət səfəri
ikitərəfli münasibətlərdə mühüm və əlamətdar hadisə olacaq və Özbəkistan-Azərbaycan əməkdaşlığının
potensialından xalqlarımızın rifahı naminə istifadə etməyə imkan verəcəkdir. Sağ olun.
İ l h a m Ə l i y e v: Mən dost və qardaş Özbəkistana dövlət səfərinə dəvətə görə prezident İslam Kərimova
ürəkdən təşəkkür edirəm.
Bu sizin ölkənizə Azərbaycan prezidenti kimi mənim ilk səfərimdir. Biz bu səfərə, əlaqələrimizə,
görüşlərimizə və apardığımız danışıqlarımıza çox böyük əhəmiyyət veririk.
Böyük məmnunluqla vurğulamaq istəyirəm ki, bir saatdan çox çəkən təkbətək görüşümüz böyük inam
yaratdı ki, ölkələrimiz, dövlətlərimizin rəhbərləri arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri davam
etdiriləcəkdir. Bu baxımdan əməkdaşlığımızın və əlaqələrin dərinləşdirilməsinin alternativi yoxdur. Xalqlarımız
əzəldən bir-birinə böyük meyl, rəğbət və məhəbbət göstərmişdir və göstərirlər. Bu hisslər həyatın müxtəlif
sahələrində – siyasi münasibətlərdə də, mədəni əlaqələrdə də, məişət səviyyəsində də təzahür etmişdir və edir.
Çox mühüm və dəyərlidir ki, Özbəkistan və Azərbaycan müstəqilliyə qovuşduqdan
sonra bu münasibətlər
qırılmadı, əksinə, özünün daha parlaq inkişafını tapdı. Burada, ilk növbədə, dövlətlərimizin milli liderləri İslam
Kərimovun və Heydər Əliyevin çox böyük xidməti var.
İslam Abduqəniyeviç, Azərbaycan xalqının milli lideri Heydər Əliyev haqqında deyilmiş səmimi sözlərə
görə Sizə çox minnətdaram. Həqiqətən onun fəaliyyəti Azərbaycanı dağılmaqdan, bir neçə hissəyə
parçalanmaqdan, qarmaqarışıqlıqdan və vətəndaş müharibəsindən xilas etdi. Əlbəttə, prezident kimi onun
Azərbaycana başçılıq etdiyi 10 il xalqımıza çox şey verdi. Azərbaycan dirçəldi, öz dövlətçiliyini, müstəqilliyini,
iqtisadiyyatını möhkəmləndirdi və indi bu yolla fəal irəliləməkdə davam edir. Biz Sizinlə bu mövzuda danışdıq
və bir daha demək istəyirəm ki, Heydər Əliyevin siyasətinin alternativi yoxdur və bu siyasəti ardıcıl surətdə
davam etdirəcəyik.
Azərbaycandan fərqli olaraq, Özbəkistanın
bəxti onda gətirdi ki, müstəqillik əldə olunduqdan dərhal sonra bu
ölkəyə İslam Kərimov kimi görkəmli dövlət xadimi başçılıq etdi. Sizin fəaliyyətiniz – bunu təkcə Özbəkistanda
deyil, Azərbaycanda da bilirlər – sayəsində Özbəkistan müstəqilliyin ilk illərində ən mürəkkəb vəziyyətlərdən
çıxmağa, bu müstəqilliyi möhkəmlətməyə, dönümsüz etməyə və dövlətçiliyin qurulması və
möhkəmləndirilməsi, güclü iqtisadiyyat yaradılması sahəsində genişmiqyaslı dəyişikliklər həyata keçirməyə
müvəffəq oldu. Özbək xalqının haqlı olaraq fəxr edə biləcəyi bütün bu nailiyyətlər məhz Sizin fəaliyyətiniz
sayəsində qazanılmışdır.
Azərbaycanda vəziyyət bir qədər başqa cür idi. Müstəqillik əldə olunduqdan sonra hakimiyyətə gələn
adamlar nəinki ölkəni qarmaqarışıqlığa düçar etdilər, həm də Azərbaycan cəmiyyətinin özünün daxilində yeni
qarşıdurma ocaqları yaratdılar və bununla da bütün xalq təsərrüfatı kompleksini tamamilə dağıtdılar.
Azərbaycanın xarici siyasətinə də, o cümlədən xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinə
də çox böyük ziyan vuruldu. Sonralar münasibətlərimizin bu qara səhifəsini çevirmək üçün illərlə vaxt lazım
oldu. İslam Abduqəniyeviç,
məhz Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və Heydər Əliyevin müdrikliyi və uzaq-
görənliyi ona nail olmağa imkan verdi ki, həmişəki kimi, bu gün yenə də biz bu qarşılıqlı yardım və dəstək
xəttini xalqlarımız və insanlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri əsasında davam etdiririk. Əminəm
ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz nəinki ikitərəfli xarakterli bir çox məsələlər, həm də regional
məsələlər və dünya məsələləri barədə çox fəal siyasi dialoq, məsləhətləşmələr aparırıq.
Bugünkü fikir mübadilələri göstərdi ki, bu məsələlərdə də mövqelərimiz üst-üstə düşür. Bu çox vacibdir.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistanın prinsipial mövqeyi də bizim üçün
çox vacibdir. Bu münaqişədən neçə illərdir ki,
təkcə Azərbaycan yox, həm də bütün region əzab çəkir.
116
Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması, nəticədə bir
milyondan artıq azərbaycanlının qaçqın-köçkünə çevrilməsi regional təhlükə və qorxu amilidir.
Biz bu məsələdə öz mövqeyini ardıcıl surətdə bildirdiyinə görə Özbəkistana minnətdarıq. Həm də ona görə
minnətdarıq ki, Azərbaycan kimi, Özbəkistan da bu məsələnin həllini yalnız ölkəmizin ərazi bütövlüyünün
bərpa olunması çərçivəsində görür. Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və əlbəttə, hesab
edirik ki, bu münaqişənin nizama salınması yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi çərçivəsində mümkündür.
Beynəlxalq terrorizmlə mübarizə ölkələrimizin üzləşdiyi yeni sınaqdır. Azərbaycan erməni terrorizminin
qurbanı olmuşdur. Ölkəmizdə onlarca terror aktı törədilmiş, nəticədə iki mindən artıq günahsız adam həlak
olmuşdur. Biz bunun necə bəla olduğunu və onunla mübarizənin necə çətin olduğunu bilirik, çünki düşmən göz
qabağında deyildir. Beynəlxalq terrorizmlə mübarizədə ölkələrimizin mövqeləri kontekstində bizim birgə
fəaliyyətimiz bu bəlanı aradan qaldırmaq üçün son dərəcə vacibdir. Beynəlxalq
terrorizmlə səmərəli
mübarizənin yeganə zəruri şərti bundan ibarətdir ki, onunla hamılıqla mübarizə aparılsın və məsələyə eyni
münasibət olsun. Terror təşkilatları təkcə ölkələrin konkret olaraq hansısa bir qrupuna qarşı çıxış edən qurum
deyildir. Biz bu məsələyə eyni mövqedən yanaşmalı və kimin əleyhinə yönəldilməsindən asılı olmayaraq,
terrorizmin hər cür forma və təzahürlərini pisləməliyik. Zənn edirəm ki, antiterror tədbirlərinin uğuru xeyli
dərəcədə Azərbaycanın və Özbəkistanın prinsipial mövqeyindən asılı olacaqdır.
Hörmətli İslam Abduqəniyeviç, Siz haqlı olaraq qeyd etdiniz ki, belə ciddi qarşılıqlı münasibətlər və
qarşılıqlı anlaşmalar fonunda iqtisadi sahədəki əməkdaşlığımız bir qədər geri qalır. Bunun obyektiv səbəbləri
vardır və Siz onları dediniz: etibarlı kommunikasiyaların olmaması bu prosesi ləngidir. Təəssüf ki, bu gün,
dünyada inteqrasiya prosesi getdiyi, kommunikasiyaların dəstəklənməsinin regional əməkdaşlıq üçün öncül
istiqamət
olduğu bir vaxtda, dəhlizin bəzi elementləri yoxdur. Biz potensialımızı tam işə salmaq üçün
kommunikasiyalara yol tapmaq istiqamətində birgə fəaliyyət göstərəcəyik.
Siz haqlı olaraq bildirdiniz ki, əməkdaşlığımızın böyük potensialı və onun davam etdirilməsi üçün istək
vardır. Biz yerüstü nəqliyyat dəhlizi tələb etməyən bütün tədbirləri həyata keçiririk. Siz dediniz ki,
Özbəkistanda istehsal olunmuş iki təyyarə alınmışdır. Təəssüf ki, malların və xidmətlərin əksəriyyəti üçün
yerüstü nəqliyyat dəhlizi lazımdır. Bu işdə heç də hər şey bizdən asılı deyildir. Lakin zənn edirəm ki, birgə
səylərimiz uğurla nəticələnəcəkdir.
Şübhəsiz ki, hökumətlərarası komissiya fəaliyyətini gücləndirməlidir. Mən də məmnunluqla qeyd edirəm ki,
bu komissiya fəal işləyir və iqtisadi əməkdaşlığın yeni yollarını axtarır. Sovet hakimiyyəti illərində pambıqçılıq
sahəsində olmuş ənənəvi əməkdaşlıq indi sahmanlanır və yenidən dirçəldilir. Zənnimcə, Özbəkistan
mütəxəssislərinin ölkəmizə gəlməsi çox mühüm amil idi. Ümidvarıq ki, bu, yaxın vaxtlarda öz bəhrəsini
verəcəkdir. Biz bu istiqamətdə birgə layihələr üzərində də işləyirik. Əlbəttə, neft-qaz
sahəsi Azərbaycan üçün
öncül sahədir, ölkəmizdə bu istiqamətdə böyük uğurlar qazanılmışdır. Azərbaycanı dünya bazarları ilə üç isti-
qamətdə birləşdirəcək yeni nəqliyyat dəhlizlərinin yaradılması, lazım gələrsə, əlbəttə ki, Özbəkistanın da tam
ixtiyarında olacaqdır.
Daşımalar və tariflərin aşağı salınması sahəsində vəziyyətin nizamlanması ilə bağlı konkret məsələlər də həll
edilməlidir. Sizin təcrübəniz göstərir – yüklərin Azərbaycandan Gürcüstana nəqli üçün tarifin baha olması bir
daha təsdiqləyir ki, biz bazar iqtisadiyyatının qanunlarına əməl etməliyik. Müvafiq qurumlarımız da bazar
iqtisadiyyatının qanunlarına ciddi yanaşmalıdır. Düşünürəm ki, hökumətlərarası komissiya məsələni səmərəli
surətdə həll edəcəkdir, özü də bizim bu istiqamətdə müsbət təcrübəmiz var. Biz tariflərin qaydaya salınması
çərçivəsində digər ölkələrlə işləyirik və bu məsələdə razılaşdırılmış siyasətimiz var.
Özbəkistan prezidentinin humanitar sahədə əlaqələrimizin möhkəmləndirilməsinə göstərdiyi böyük diqqətə
görə də dərin təşəkkürümü bildirmək istərdim. Nizaminin abidəsinin açılması bir daha sübut edir ki, xalqlarımız
arasındakı dostluq və qardaşlıq telləri möhkəmlənir. Hörmətli İslam Abduqəniyeviç, bu addıma görə şəxsən
Sizə çox minnətdaram. Nizami Gəncəvinin abidəsinin açılması xalqlarımızın daha da yaxınlaşmasına təkan
verəcəkdir.
Qonaqpərvərliyə, dəvətə görə də dərin təşəkkürümü bildirmək istərdim. Özbəkistan
Azərbaycan üçün nəinki
siyasi, iqtisadi baxımdan mühüm ölkədir, həm də bizə mənən çox yaxın ölkədir. Bizi qədim qardaşlıq telləri
bağlayır. Mən atamın, prezident Heydər Əliyevin Özbəkistana, özbək xalqına münasibətini xatırlayıram. Onu
Özbəkistanla çox səmimi münasibətlər bağlayırdı və əmin ola bilərsiniz ki, digər bütün sahələrdəki kimi, bu
istiqamətdə də Azərbaycan siyasətinin varisliyi təmin olunacaqdır.
Belə səmimi qəbula görə bir daha təşəkkür edirəm. Ümidvaram ki, bu səfər ölkələrimiz arasında
münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcəkdir.
İ s l a m K ə r i m o v: Hörmətli İlham Heydəroviç, səmimi sözlərə və Özbəkistana göstərdiyiniz belə
hörmətə görə Sizə təşəkkür edirəm.