117
Bir
daha demək istəyirəm ki, bizi bağlayan nə varsa, hamısını, münasibətlərimizin hərtərəfli inkişafı və
beynəlxalq aləmdə bir-birimizi dəstəkləmək üçün gözəl zəmin yaradan hər şeyi izləsək və götür-qoy etsək, ən
başlıcası isə, bir-birimizin həyanlığını daim duymağımız və hiss etməyimiz üçün şərait yaratdığımızı nəzərə
alsaq, görərik ki, Azərbaycan ilə Özbəkistan arasında təşəkkül tapan imkanlardan daha əlverişli, nadir imkanlar,
sadəcə, yoxdur. Mən
bir daha təkrara varmayacağam, lakin bunu lazımınca qiymətləndirməmək və bu
imkanlardan istifadə etməmək,
zənnimcə, hökumətlərimizin rəhbərləri və üzvləri üçün uzaqgörənlik olmazdı.
Hətta deyərdim ki, cinayət olardı. Ona görə də əməli fikir mübadiləsini, söhbəti başa çatdırdıqdan
sonra mən öz
fikirlərimi rəsmi nümayəndə heyətinin üzvləri ilə bölüşdüm, İlham Əliyevə dedim ki, söhbət zamanı məni bir
məsələ maraqlandırırdı: prezident İlham Əliyevin ikitərəfli münasibətlərimiz və dünya problemləri barədə,
üçüncü ölkələrə münasibət barədə rəyi və mövqeyi necədir, ən başlıcası isə Heydər Əliyevin simasında görməyə
və hiss etməyə öyrəşdiyim keyfiyyətlər İlham Əliyevdə öz təcəssümünü nə dərəcədə tapmışdır. Bu məsələ məni
maraqlandırırdı və bu gün böyük məmnuniyyətlə deyə və fikrimi sizinlə bölüşə bilərəm: qoy burada olanlar, o
cümlədən
də jurnalistlər bilsinlər ki, mən təkcə varisliyi deyil, həm də Heydər Əliyevin Azərbaycanın lideri və
rəhbəri olduğu dövrdə gördüyünüz siyasətin davam etdirildiyini hiss etdim. Mən bundan çox məmnunam və
inanıram ki, münasibətlərimizin perspektivləri yaxşı olacaqdır.
*
*
*
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan ilə Özbəkistan arasında sənədlərin imzalanması
mərasimi oldu.
Əvvəlcə prezident İlham Əliyev və prezident İslam Kərimov "Azərbaycan Respublikası və Özbəkistan
Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzaladılar.
Sonra Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov və Özbəkistan Baş nazirinin müavini
Rüstəm Əzimov "Azərbaycan Respublikası hökuməti və Özbəkistan Respublikası hökuməti arasında elmi-texniki
əməkdaşlıq haqqında saziş" və 1996-cı il 27 may tarixli "Azərbaycan Respublikası hökuməti və Özbəkistan
Respublikası hökuməti arasında sərbəst ticarət haqqında sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında
protokol", "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Konsulluq Konvensiyası", habelə
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi arasında
əməkdaşlıq haqqında protokol", "Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti və Özbəkistan
Respublikasının Daşkənd Şəhər Hakimiyyəti arasında əməkdaşlıq haqqında saziş", "Azərbaycan Hava Yolları"
Dövlət Konserni və Özbəkistan Respublikasının Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyi Dövlət Səhm-
dar Cəmiyyəti arasında Niyyət Memorandumu" imzalandı.
118
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN VƏ ÖZBƏKİSTAN
PREZİDENTİ İSLAM KƏRİMOVUN
BİRGƏ MƏTBUAT KONFRANSI VƏ
JURNALİSTLƏRİN SUALLARINA CAVAB
23 mart 2004-cü il
İslam Kərimovun bəyanatı
Mən Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan nümayəndə heyətinin üzvlərini bir
daha salamlayıram.
Azərbaycan Respublikası prezidentinin ölkəmizə ilk dövlət səfəri çərçivəsində İlham Əliyevlə danışıqlarımız
yenicə başa çatmışdır. Danışıqlar Azərbaycan–Özbəkistan münasibətlərinə ənənəvi surətdə xas olan açıq və
konstruktiv şəraitdə keçdi və şübhəsiz, səmərəli oldu. Biz ikitərəfli münasibətlərin daha da
genişləndirilməsi ilə
bağlı geniş səpkili məsələləri müzakirə etdik, aktual regional və beynəlxalq problemlər barəsində fikir
mübadiləsi apardıq. Həm də, əslində, toxunduğumuz bütün məsələlərdə mövqelərimizin uyğun və oxşar
olduğunu bildirmək istərdim. Strateji tərəfdaşlığın daha da möhkəmlənməsi haqqında birgə bəyannamə, bir sıra
digər mühüm sənədlər imzalandı. Onların hamısı ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açır.
Biz dünyada sanbalı getdikcə artan, mühüm coğrafi-siyasi rol oynayan dost Azərbaycanı regionda əsas
tərəfdaş hesab edirik. Danışıqlar zamanı biz Cənubi Qafqazın və Mərkəzi Asiyanın getdikcə artan coğrafi-siyasi
və iqtisadi sahədə qarşılıqlı asılılığı barədə razılığa gəldik. Görüşlərimizin, danışıqlarımızın yekunlarından bəhs
edərkən nəzərə çatdırmaq istərdim ki, zənnimcə, İlham Əliyev ilə şəxsi münasibətlər qurulması faktının özü
mənim üçün və Özbəkistan üçün son dərəcə əhəmiyyətlidir. Mən İlham Əliyevin simasında Azərbaycanın
müstəqilliyi və suverenliyinin daha da möhkəmlənməsini, onun iqtisadi tərəqqisini və beynəlxalq nüfuzunun
yüksəlməsini qarşısına məqsəd qoyan siyasi və dövlət xadimi görürəm.
Danışıqlar tam bir sıra beynəlxalq, regional problemlər barədə, habelə MDB çərçivəsində inteqrasiya
prosesləri məsələsində mövqelərimizin ümumiliyini bir daha nümayiş etdirdi. MDB ilə bağlı məsələlərin
müzakirəsi zamanı biz Vladimir Vladimiroviç Putinin martın 14-də prezident seçkilərində inamlı qələbəsini və
bu qələbənin postsovet məkanında vəziyyətə müsbət təsirini böyük məmnunluqla vurğuladıq.
Tərəflər qarşılıqlı iqtisadi əməkdaşlığa toxunaraq etiraf etdilər ki, bu əməkdaşlıq ölkələrimizin potensialına
açıq-aşkar uyğun deyildir. Bununla əlaqədar hökumətlərarası komissiyanın martın ortalarında
Özbəkistanda
keçirilmiş iclasında qəbul olunmuş razılaşmaların və əməli sazişlərin gerçəkləşdirilməsi böyük əhəmiyyətə
malikdir. Biz əminik ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət səfəri ölkələrimizin ikitərəfli və çoxtərəfli
münasibətlərinin möhkəmlənməsində əlamətdar hadisə olacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
İlham Əliyevin bəyanatı
Hörmətli xanımlar və cənablar!
Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri çox uğurla keçir. Özbəkistan prezidenti İslam
Abduqəniyeviç Kərimovla danışıqlar aparıldı və bu danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin çox geniş
dairəsi əhatə olundu. İslam Abduqəniyeviçin vurğuladığı kimi, müzakirə edilən bütün məsələlərdə baxışlarımız
tam uyğun gəlir.
Biz bünövrəsi əvvəllər qoyulmuş ənənələri qətiyyətlə davam etdirmək, ikitərəfli
münasibətləri fəal surətdə
genişləndirmək, regional məsələlərdə, o cümlədən regional təhlükəsizliyin möhkəmləndirilməsində, beynəlxalq
terrorizmlə mübarizədə birgə fəaliyyət sahəsində əməkdaşlıq etmək niyyətindəyik. Dünya siyasətinin bir çox
məsələlərində də baxışlarımız uyğun gəlir.
Özbəkistan və Azərbaycan yeni müstəqil dövlətlərdir. Ölkələrimizin müstəqil dövlət kimi uğurla təşəkkül
tapması xalqlarımızın ümummilli liderləri olan İslam Kərimovla və Heydər Əliyevlə bağlıdır. Onların
müstəqilliyin,
suverenliyin, iqtisadi potensialın möhkəmlənməsinə yönəldilmiş fəaliyyəti öz gözəl bəhrələrini
vermişdir. İndi bu siyasət Azərbaycanda davam etdirilir. Mən möhtərəm prezident İslam Kərimovu əmin etdim
ki, ölkələrimiz arasında indiyədək görülən bütün işlər davam etdiriləcəkdir.
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaşdır. Həm mədəni münasibətlər çərçivəsində, həm
də xalqlarımız arasındakı münasibətlər baxımından bizi birləşdirən ümumi cəhətlər çoxdur. Odur ki, biz