119
Azərbaycanda birgə layihələrimizə və planlarımıza çox böyük əhəmiyyət veririk.
Perspektivlər çox
ümidvericidir. Ən başlıcası isə, bütün istiqamətlərdə, ilk növbədə geri qaldığımız sahələrdə – məhz əmtəə
dövriyyəsinin artırılmasında və iqtisadi əlaqələrin möhkəmlənməsində qarşılıqlı münasibətləri gücləndirməyi
səmimi-qəlbdən arzulayırıq. Ən əsası, bu istiqamətdə irəliləmək arzumuz vardır.
Gələcəkdə həm ikitərəfli münasibətlərin bütün sahələrində, həm də regional planda fəal əməkdaşlıq etmək
üçün Özbəkistanın və Azərbaycanın çox yaxşı perspektivləri mövcuddur. Qardaş xalqlarımız bir-birinə böyük
rəğbət və məhəbbət bəsləyirlər. Özbəkistanda dahi Azərbaycan şairi Nizaminin abidəsinin açılması, eləcə də
böyük özbək şairi Əlişir Nəvaiyə Azərbaycanda abidə qoyulması barədə qərar qəbul edilməsi faktı bir daha
sübut edir ki, bizim aramızda xeyirxah, saf münasibətlər, qarşılıqlı rəğbət var.
Mən Özbəkistana dövlət səfərinə dəvət edildiyimə görə bu ölkənin prezidentinə böyük minnətdarlığımı
bildirirəm. Bu yaxınlarda seçilmiş prezident kimi, bu səfər mənim üçün çox mühümdür. Mən ikitərəfli
münasibətlərimizə böyük əhəmiyyət verirəm, həm regionda, həm də dünyada böyük nüfuza malik olan dünya
miqyaslı siyasətçi kimi, İslam Abduqəniyeviçin prezident vəzifəsindəki
fəaliyyətini çox yüksək
qiymətləndirirəm. Mən əlimdən gələni edəcəyəm ki, ölkələrimiz arasındakı münasibətlər qardaşlıq, mehriban
qonşuluq, qarşılıqlı yardım və qarşılıqlı anlaşma məcrasında irəliləsin.
Bir daha aparılan danışıqlardan, fikir mübadiləsindən məmnunluğumu bildirirəm. Əminəm ki, bütün bunlar
gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı zəmin olacaqdır. Sağ olun.
* * *
S u a l:
Mənim sualım cənab Kərimovadır. Cənab Prezident, Azərbaycan ilə Özbəkistan arasında
siyasi və humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığının perspektivlərini necə görürsünüz?
İ s l a m K ə r i m o v: Həqiqətən münasibətlərimizin bütün istiqamətlərdə kifayət qədər müsbət inkişaf
etdiyi barədə İlham Əliyevin indicə söylədikləri bir daha təsdiqləyir ki, biz ikitərəfli və çoxtərəfli xarakter
daşıyan məsələləri şəxsi əsasda saat yarımdan çox müzakirə etdik. Deməliyəm ki, beynəlxalq aləmdə mövcud
olan çox kəskin məsələlərdən heç biri barədə bizim aramızda fikir ayrılığı olmadı.
Bu gün dünya dövlətlərinin
diqqətinin məhz regionlarımıza – Cənubi Qafqaza və Mərkəzi Asiyaya yönəldildiyini nəzərə alsaq, görərik ki,
ciddi problemlər var. Onlar Əfqanıstandakı hadisələrlə, habelə Mərkəzi Asiyada və Cənubi Qafqazda baş verən
hadisələrlə bağlıdır. Həqiqətən, bir çox ölkələrin diqqəti buraya yönəlmişdir. Bundan əlavə, mənafelərin toqquş-
ması və qarşıdurma elementləri var. Onlar özünü hələlik o qədər də aydın büruzə vermir, lakin burada gərginlik
və böyük dövlətlərin mənafelərinin üst-üstə düşməməsi müşahidə edilir. Odur ki, ümumi əlaqələrin və ümumi
mənafelərin, habelə Azərbaycanın da, Özbəkistanın da uzunmüddətli mənafelərinə eyni dərəcədə cavab verən
ümumi təmasların, ümumi maraqların, habelə məqsədlərin axtarılıb tapılması, bir-birimizə həyanlıq
göstərilməsi, bu ölkələrdən və bu xalqlardan hər birinin mənafelərinə uyğun gələn məsələlərdə dəstək olması,
beynəlxalq sahədə çox mühüm məsələlərdə dəstək olması və hər bir ölkənin təşəbbüsünün dəstəklənməsi bizim
üçün çox vacibdir.
Sizə bildirmək istəyirəm ki, bütün bu məsələlərdə biz ümumi rəyə gəldik. Bu, təkcə ikitərəfli
münasibətlərimiz üçün deyil, həm də çoxtərəfli münasibətlərimiz üçün böyük əhəmiyyətə malikdir.
Buna görə də siz beynəlxalq aləmdə qarşılıqlı münasibətlərimizin perspektivlərini necə gördüyümü
soruşduqda, deməliyəm ki, dünyada baş verən hadisələrin qiymətləndirilməsində elə bir məsələ yoxdur ki,
aramızda fikir ayrılığı olsun.
O ki qaldı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımıza, habelə Avropa Birliyi,
ABŞ və Rusiya ilə münasibətlərimizin perspektivlərinə, zənnimcə, jurnalistlər və siyasətçilər kimi başa
düşürsünüz ki, ziddiyyətlər bəzən məhz bu məsələlərlə əlaqədar baş verir. Lakin biz öz münasibətlərimizdə belə
fikir ayrılığı olduğunu hiss etmirik. Jurnalistlərin məni düzgün başa düşməsi üçün təkrar edirəm ki,
Azərbaycanın mənafeləri Özbəkistanın mənafeləri ilə tam uyğun gəlir.
Bundan istifadə edib demək istəyirəm ki, İlham Əliyev Azərbaycan prezidenti seçiləndə çoxları göz
qoymağa başladı ki, görəsən yeni prezident nə cür siyasət yeridəcək, ölkənin xarici
siyasətini müəyyənləşdirən
əsas məsələlərdə səmtlər dəyişəcəkmi? Mən məmnuniyyətlə cavab verirəm ki, İlham Əliyevin siyasəti Heydər
Əliyev siyasətinin qanunauyğun və müdrik davamıdır. Mən geniş iclasda Heydər Əliyev şəxsiyyətinin təkcə
Azərbaycan üçün deyil, həm də bizim ikitərəfli münasibətlərimiz üçün əhəmiyyətindən danışmışdım.
Jurnalistlərin yanında bir daha demək istəyirəm ki, ölkələrimizin münasibətlərinin, mədəniyyətlərimizin, dilləri-
mizin, dinlərimizin yaxınlığı və ümumiliyi kimi dərin kökləri vardır. İlham Əliyev artıq dedi ki, Azərbaycanda
Nəvainin abidəsi ucaldılacaq, küçələrdən birinə isə bizim ulu əcdadımız Uluqbəyin adı veriləcəkdir. Artıq 60
ildir ki, Nizaminin adını daşıyan Pedaqoji Universitetin önündə bu dahi Azərbaycan şairinin bu gün açacağımız
abidəsi bir daha sübut edir ki, münasibətlərimiz həmişə elə köklərə malik olmuşdur ki, bu nadir imkandan
istifadə etməmək cinayətdir.
120
1990-cı illərin əvvəllərində Azərbaycanda həyəcanlı hadisələr baş verəndə və hakimiyyətə gələn Elçibəy
kimi bəzi adamlar xalqları nəinki bir-birinə yaxınlaşdırmağa çalışmırdılar, hətta onları bir-birindən ayırmaq
üçün hər şeyi edirdilər. Özbəkistanla Azərbaycan arasında gözəgörünməz sədd yaranmışdı. Bu qeyri-təbii idi.
Mən bunu tarixi yaddaşı olan bir insan kimi deyirəm. O illərdə mən Özbəkistanın rəhbəri idim və bütün bunları
hiss edirdim, görürdüm. Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra və şəxsən özü mənimlə bu
mövzuda danışanda
deyirdi ki, Elçibəy kimi bəsirətsiz adamların hakimiyyətə gəlməsinə görə Azərbaycandan
incimək olmaz. Mən Heydər Əliyevin xalqlarımızın bir-birindən ayrı düşməsindən necə narahatlıq keçirdiyini
və bu səddi aradan götürmək üçün nə qədər çox iş gördüyünü bilirəm və bu gün biz müəyyən dərəcədə
xalqlarımızın bir-birinə yaxınlaşması siyasətini davam etdiririk. Mən deməliyəm ki, bu, Heydər Əliyevin və
daim onun komandasında olmuş insanların xidmətidir. Mən hesab edirəm ki, bu komanda Azərbaycanda o qədər
böyükdür ki, ona qalib gəlmək mümkün deyildir.
Odur ki, sizin sualınızdan istifadə edib mən başqa məsələyə də toxundum. Biz mühüm beynəlxalq
problemlərin həllində ümumi səmtdən və bir-birimizi dəstəkləməkdən və beynəlxalq miqyasda ölkələrimizin
nüfuzundan danışanda zənn edirəm ki, keçmiş tariximizlə bağlı məsələlərə toxunmamaq mümkün deyildir.
Xoşbəxtlikdən bu yöndəmsiz hallar uzun çəkmədi. Bu gün biz, iki prezident yanaşı oturmuşuq və İlham Əliyev
Heydər Əliyevin başladığı işin davamçısıdır. Bu yaxınlarda o, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin
iclasında çıxış edərkən çox mühüm bir fikir söylədi və mən bunu özüm üçün qeyd etmişəm: Mən Heydər
Əliyevin
siyasətinə sadiq qalacağam, təkcə ona görə yox ki, o mənim atamdır, ona görə ki, bu siyasətin
alternativi yoxdur. Zənn edirəm ki, bu çox əhəmiyyətli ifadədir və Azərbaycanın sabah hansı yolla gedəcəyi ilə
maraqlananlarda aydın təsəvvür yaradır. Bu da sizin sualınıza mənim cavabım.
S u a l:
Sualım Azərbaycan prezidentinədir. Cənab Əliyev, bu gün sərbəst ticarət haqqında sazişə
əlavələr və dəyişikliklər edilməsi barədə protokol imzalandı. Bununla əlaqədar iki ölkənin müəssisələri və
biznes dairələri arasında birbaşa işgüzar əlaqələr yaratmaq üçün hansı yeni imkanlar açılır?
İ l h a m Ə l i y e v: Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsində çox maraqlıyıq. Bu gün
biz bu barədə ətraflı danışdıq. Dövlətlərimizin iqtisadi potensialının inkişaf məntiqinin özü göstərir ki, iqtisadi
əlaqələrimiz inkişaf etməlidir. Həm Özbəkistan, həm də Azərbaycan son illər öz iqtisadi qüdrətini artırmaq
yolunda böyük sıçrayış etmişdir. İqtisadiyyatda baş verən müsbət proseslər sosial sahədə də özünü göstərməyə
bilməz. Bizim
vəzifəmiz ondan ibarətdir ki, ölkələrimizin vətəndaşları yaxşı yaşasınlar. Bunun üçün də iqtisadi
potensialdan tam istifadə edilməlidir.
Təəssüf ki, bu gün ölkələrimiz arasındakı ticarət münasibətlərində hələlik arzuedilən səviyyəyə çata
bilməmişik. Lakin əminəm ki, bu gün aparılan danışıqlar və müvafiq qurumlara onların fəaliyyətini, habelə
nəqliyyat kommunikasiyasından tam istifadə olunması üçün tarif siyasətini bazarın tələblərinə uyğunlaşdırmaq
üçün verilən tapşırıqlar müsbət nəticələrə gətirib çıxaracaqdır.
Təəssüf ki, Özbəkistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsinin olmaması əmtəə dövriyyəsinin
artmasını xeyli dərəcədə ləngidir. Lakin biz bu süni sədlərin aradan qaldırılması, habelə potensialımızdan tam
miqyasda istifadə etmək üçün başqa yollar axtarıb tapmaq istiqamətində birgə işləmək niyyətindəyik. Ticarət
etməyə imkanlarımız, bir-birimizdən öyrənməli cəhətlər vardır. Mən əminəm ki, bu gün səfər çərçivəsində
imzalanmış sənədlər bu baxımdan müsbət rol oynayacaqdır. Yaradılmış hökumətlərarası komissiya fəal işləyir,
konkret məsələlər üzrə optimal inkişaf yollarının tapılması barədə ona tapşırıqlar verilmişdir. Mən əminəm ki,
qarşılıqlı arzu olarsa – belə arzu isə vardır və bu gün bir daha təsdiq edildi – siyasi fon olarsa – bu da var –
təsərrüfat subyektləri arasında birbaşa və uzunmüddətli münasibətlər yaranacaq, bunlar da qarşılıqlı marağa və
faydaya doğru aparacaqdır.
S u a l:
Cənab Kərimov, Azərbaycan və Özbəkistan Böyük İpək yolu layihəsində mühüm strateji rol
oynayırlar. Siz bu layihənin gələcəyini necə qiymətləndirirsiniz?
İ s l a m K ə r i m o v: Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı cənab Kristofer Patten bu yaxınlarda
Özbəkistanda səfərdə oldu. Həmin məsələ də müzakirələrimizin diqqət mərkəzində idi. Avropa
Birliyi bu
marşrutun səmərəliliyinə böyük əhəmiyyət verir. Əgər kimsə bu marşrutun əhəmiyyətini hələ başa düşmürsə,
deməliyəm ki, bilavasitə həmin yolun üstündə olan ölkələr nə vaxtsa bunu başa düşəcəklər. Bu məsələ
qloballaşma əsrində böyük əhəmiyyət kəsb edir. Mən Bolqarıstanda olanda belə bir təşəbbüs irəli sürdük ki, 7
dövlət – Orta Asiya dövlətləri, Gürcüstan və Azərbaycan öz üzərlərinə öhdəliklər götürərək tranzit üçün daha
əlverişli rejim yaradacaq müqavilə imzalasınlar. Təəssüf ki, indi bu mövzuda çıxış edənlər Böyük İpək yolundan
danışmağı sevirlər, özü də bu, çox vaxt quruca sözlər kimi səslənir. Bilirsinizmi, bu yol 2 min il əvvəl mövcud
olmuşdur. Doğrudanmı bu gün biz o səviyyədəyik ki, 2 min il əvvəl insanlar bu
marşrutun əhəmiyyətini başa
düşürdülər, amma indi həmin layihənin həyata keçirilməsi yolunda əngələ çevrilən dövlətlər meydana gəlir?
Sadəcə, dəvə karvanlarının olduğu o dövrdə insanlar bu yolun əhəmiyyətini başa düşürdülər. Karvan yollarında
soyğunçuluq törədən quldurları Əmir Teymurun amansızcasına cəzalandırdığına dair onlarca misal var. O
dövrlərdə regionumuzdan keçən karvanlar hiss edirdilər ki, onlar müdafiə olunurlar. Odur ki, bu 7 dövlət heç də