|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqolandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli
olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli
olmadığına yəqin etsə, o qadını əqd edə bilməz.
Məsələ 2503: Kişinin ric`i təlaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şər`i həyat
yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa
haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi
olmadan evdən çıxması caiz deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa)
nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri
ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala
bilməz.
QƏSBİN HÖKMLƏRİ
Qəsb odur ki, insan zülm ilə başqasının haqqına, ya malına sahib olsun. Bu da əql, Qur`an
və rəvayətlərin hökmü ilə haramdır. Peyğəmbəri Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs
başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə o yeri onun 7 mərtəbəsindən zəncir kimi
onun boynuna atacaqlar.
Məsələ 2504: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən
camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs
məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa,
günah etmişdir.
Məsələ 2505: Əgər girov qoyan və girov götürən qərar qoysalar ki, o şey ki, girov
qoyulmuşdur, girov götürənin, ya 3-cü şəxsin əlində olsun, girov verən girov qoyduğu
əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal
qaytarsın.
Məsələ 2506: Bir kəsin yanında girov qoyulan malı başqası qəsb etsə, mal sahibi və girov
götürən şəxsin hər biri qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə
də girovdadır.
Məsələ 2507: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan
getsə və qiyməti olsa, gərək onun əvəzini 2515 və 2516-cı məsələlərdə deyilən şərhlə ona
versin.
Məsələ 2508: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn, qəsb edilmiş qoyundan
quzu olsa, o mal sahibinindir. Həmçinin, bir evi qəsb etmiş bir kəs orada oturmasa da,
gərək onun icarəsini versin.
Məsələ 2509: Əgər uşaqdan, ya dəlidən onların malı olan bir şeyi qəsb etsələr, gərək onu
onun vəlisinə versinlər. Əgər o şey aradan getsə, əvəzi ödənilməlidir.
Məsələ 2510: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən
istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamasına baxmayaraq onlardan
hər biri, o şeyə bütünlüklə zamindirlər.
Məsələ 2511: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn, qəsb
olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq mümkün olsa, əziyyət ilə
olsa da, gərək ayrılsın və sahibinə qaytarılsın.
Məsələ 2512: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını məsələn, qəsb etdiyi sırğanı əritsə,
gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər
qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik məcbur deyil ki,
qəbul etsin. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz.
Məsələ 2513: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə,
məsələn, qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, mal sahibi «malı bu halda mənə ver»
desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin
icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan
onu əvvəlki, ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması
mə`lum deyil.
Məsələ 2514: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə
dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, əgər bu istəkdə onun
müəyyən hədəfi olsa, vacibdir ki, qəsb edən onu əvvəlki şəklə salınsın. Belə ki, onun
qiyməti, dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin.
Belə ki, qəsb edilmiş qızıldan əgər sırğa düzəldilsə və onun sahibi desə: «onu əvvəlki şəklə
sal» o halda əridəndən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az
olsa, gərək onun fərqini ödəsin.
Məsələ 2515: Qəsb etdiyi yerdə əkin, ya ağac əksə, o ağacın və əkinin barı onundur. Belə ki,
torpağın sahibi razı olmasa ki, əkin, ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək
dərhal öz ağac, ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac, ya əkin o yerdə
olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarablıqları düzəltsin,
məsələn, ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az
olsa, gərək onun fərqini də versin. O, yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın, ya
icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin, ya ağacı ona satsın.
Məsələ 2516: Əgər yer sahibi ağacın, ya əkinin onun yerində qalmasına razı olsa, oranı
qəsb edən şəxs lazım deyil ki, ağacı, ya əkini oradan çıxartsın, amma gərək o yerin icarəsini
qəsb etdiyi vaxtdan yer sahibi razı olan vaxta qədər versin.
Məsələ 2517: Əgər qəsb edilmiş şey aradan getsə, o halda ki, inək və qoyun kimi «qiyməti»
olsa, gərək («qiyməti» o şeyə deyilir ki, tələbatın cəlb olunmasında rol oynayan
xüsusiyyətləri baxımından onun misli çox deyildir) gərək onun qiymətini versin və əgər
onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan
qiyməti versin.
Məsələ 2518: Əgər qəsb edilmiş şey aradan getsə və məsələn, arpa və buğda kimi «misli»
olsa, qəsb olunmuş şey ödənilməlidir. («Misli» o şeyə deilir ki, tələbatın cəlb olunmasında
tə`sirli olan xüsusiyyətlər baxımından onun misli çoxdur.) Amma ödənilən şeyin tələbatın
cəlb olunmasında tə`sirli olan maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi
şeyin mislində olsun. Məsələn, əgər ə`la növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü
qaytara bilməz.
Məsələ 2519: Əgər «qiyməti» olan bir şey, qəsb edilsə və aradan getsə, belə ki, onun
yanında olan müddətdə müəyyən bir xüsusiyyət tapıbsa və buna görə də qiyməti artıbsa,
məsələn, kökəlsə, sonra tələf olsa, əgər bu kökəlmə qəsb edənin yaxşı bəsləməsinə görə
olmayıbsa, gərək kök olan vaxtın qiymətini versin. Amma əgər yaxşı bəsləməsinə görə
kökəlibsə, artan hissənin qiymətini verməsi lazım deyil.
Məsələ 2520: Qəsb edilmiş şeyi əgər başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi
onların hər birindən onun əvəzini ala bilər, ya da onların hərəsindən əvəzin bir qədərini
tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən
Dostları ilə paylaş: |
|
|