|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqMəsələ 2485: Öz arvadına ric`i təlaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə
Məsələ 2485: Öz arvadına ric`i təlaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə
ki, bir daha ona rücu` etməsin, hərçənd bu müsalihə düz olsa da və rücu etməməsi vacib
olsa da, amma onun rücu` etmək haqqı aradan getmir və rücu` etdiyi surətdə, yenidən
izdivac bərqərar olur.
Məsələ 2486: Əgər bir qadına iki dəfə təlaq verib ona rücu` etsə, ya iki dəfə ona təlaq verib
və hər təlaqdan sonra əqd etsə, ya bir təlaqdan sonra rücu` etsə, o biri təlaqdan sonra əqd
etsə, üçüncü təlaqdan sonra o qadın ona haramdır. Amma əgər üçüncü təlaqdan sonra
başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yə`ni o qadını təzədən əqd edə bilər:
1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər
onu əqd edə bilməz.
2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun və vacib ehtiyat odur ki, yaxınlıq qadının
fərcindən olsun.
3. İkinci ər təlağını versin, ya ölsün.
4. İkinci ərin təlaq, ya vəfat iddəsi tamam olsun.
5. Vacib ehtiyata görə ikinci ər yaxınlıq zamanı baliğ olsun.
XÜL` TƏLAĞI
Məsələ 2487: Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehrini və ya özünə aid
olan başqa malını özünün boşanması üçün ərinə bağışlayarsa, buna, xül` təlaqı deyilir.
Xül` təlaqında qadının ərinə qarşı olan meylsizliyi o həddə olmalıdır ki, onun evlilik
haqqını riayət etmədiyini təhdid etsin.
Məsələ 2488: Əgər təlaq siğəsini ər özü oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa
qərara alınmış şey verildikdən sonra, gərək desin:
«Zovcəti Fatimətu xalə`tuha əla ma bəzələt» və ehtiyat müstəhəbbə görə həmçinin desin:
«hiyə taliqun» yə`ni arvadım Fatiməni verdiyi şey müqabilində xül` təlağı verdim və o
azaddır. Qadın müəyyən olan halda bu təlaqda və mübarat təlağında onun adını demək
lazım deyil.
Məsələ 2489: Əgər bir qadın bir kəsi vəkil etsə ki, onun mehrini ərinə bağışlasın və ər də
həmin adamı vəkil etsə ki, arvada təlaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı
Fatimə olsa, vəkil təlaq siğəsini bu cür oxuyacaq:
«Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxlə`əha ələyhi»,
ondan sonra deyəcək: «zovcətu muvəkkili xalə`tuha əla ma bəzələt fə hiyə taliqun», əgər
bir qadın bir kəsi vəkil etsə ki, mehrdən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona təlaq
versin, vəkil gərək «məhrəha» sözünün yerinə o şeyi desin. Məsələn; 100 tümən versə gərək
desin: «bəzəltu mi`ətə tuman».
MÜBARAT TƏLAĞI
Məsələ 2490: Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və
qadın bir malı ona təlaq verməsi üçün kişiyə versə, bu təlağa mübarat təlağı deyilir.
Məsələ 2491: Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa,
gərək desin: «barə`tu zovcəti Fatimətə əla ma bəzələt» və lazım ehtiyata görə həmçinin
desin «fəhiyə taliqun», yə`ni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-
birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin:
«Ən qibəli müvəkkili barə`tu zovcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun», hər iki
halda əgər «əla ma bəzələt» kəlməsinin yerinə, «bima bəzələt» desə, eybi yoxdur.
Məsələ 2492: Xül` və mübarat təlağının siğəsi gərək imkan olan halda ərəbcə səhih
oxunsun və əgər mümkün olmasa, onun hökmü 2465-ci məsələdə olan təlağın hökmüdür,
amma əgər qadın öz malını ərinə bağışlamaq üçün məsələn, azərbaycanca desə ki, təlaq
üçün filan malı sənə bağışladım, eybi yoxdur.
Məsələ 2493: Əgər qadın xül`, ya mübarat təlağının iddəsinin əsnasında bəxşiş fikrindən
qayıtsa, ər rücu` edə bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər.
Məsələ 2494: Mübarat təlağı üçün ərin aldığı mal gərək mehrdən çox olmasın, hətta vacib
ehtiyata görə gərək mehrdən az olsun, amma xül` təlağında çox olsa, eybi yoxdur.
TƏLAĞIN MÜXTƏLİF HÖKMLƏRİ
Məsələ 2495: Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib, onun ilə yaxınlıq etsə,
istər o qadın əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin, gərək iddə saxlasın.
Məsələ 2496: Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri
olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, vacib ehtiyata
görə iddə saxlamalıdır.
Məsələ 2497: Əgər bir kişi, bir qadını onunla evlənməsi üçün ərini boşama
məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa,
o qadının təlağı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olurlar.
Məsələ 2498: Əgər qadın əqdin zimnində əri ilə şərt etsə ki, xüsusi şərait irəli gəlsə,
məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, 6 ay onun xərcini verməsə, ya
uzun müddət həbsə məhkum edilsə, təlağın ixtiyarı onunla olsun, bu şərt batildir, amma
şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə təlaq
vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən əzl edə bilməz, əgər bu
halda (vəkil olduğu halda qadın) özünə təlaq versə təlaq səhihdir.
Məsələ 2499: Əri itmiş qadın, əgər başqasına ərə getmək istəsə, gərək adil müctəhidin
yanına getsin və «Minhacus-sadiqin» kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində
müctəhid ona təlaq verə bilər.
Məsələ 2500: Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə
olsa, təlaq verə bilərlər.
Məsələ 2501: Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə,
uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı
oğlan üçün bir qadını iki illik siğə etsə, belə ki, uşağın xeyrinə olsa, o qadının müddətini
bağışlaya bilər. Amma onun daimi arvadına təlaq verə bilməz.
Məsələ 2502: Əgər şər`i höccət üzündən kişi iki nəfəri adil bilsə və öz arvadına onların
qarşısında təlaq versə, bir başqası ki, onların ədaləti onun yanında sübut deyil, əgər
ehtimal versə ki, onların ədaləti təlaq verənin yanında sabitdir, o qadını iddə tamam
Dostları ilə paylaş: |
|
|