M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Cəmiyyətin sosial strukturu. Siniflərin yaranması. Müasir dövrdə



Yüklə 363,25 Kb.
səhifə88/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   83   84   85   86   87   88   89   90   91
Muhazire fəlsəfə

Cəmiyyətin sosial strukturu. Siniflərin yaranması. Müasir dövrdə

Fəlsəfədə və sosiologiyada sosial münasibətlərin öyrənilməsində sosial struktur mühüm yer tutur. Elmi ədəbiyyatda o, geniş və dar mənalarda başa düşülür.


Geniş mənada sosial struktur sosial birliklərin müxtəlif növləri - sosial-sinfi (siniflər, sosial qruplar və təbəqələr); sosial-demoqrafik (gənclər, qadınlar, qocalar); sosial-etnik (millətlər, xalqlar və s.) habelə onların daxili elementləri (fərdlər) arasındakı münasibətləri bildirir.
Dar mənada sosial struktur cəmiyyətdə müxtəlif mövqelər tutan siniflər, sosial qruplar və təbəqələr arasındakı münasibətləri ifadə edir.
Sosiologiyada sosial sinif və qruplar arasındakı münasibətlər dedikdə onların qarşılıqlı təsir və münasibətlərini müəyyənləşdirən əlaqələr sistemi başa düşülür. Bu sosial strukturun bütün digər elementlərinin əsasını təşkil edir və onlara münasibətdə üstün mövqe tutur.
Qeyd etdiyimiz kimi, sosial strukturun elementlərindən biri də sinifdir. Sinfi mövqedən çıxış edən marksist sosiologiyada son vaxtlaradək sosial strukturda siniflərin mövqeyi xeyli şişirdilirdi, sinfi yanaşma mütləqləşdirilirdi; sinfin müəyyənləşdirilməsində mülkiyyət formalarının müxtəlifliyi, yəni iqtisadi göstərici əsas kimi götürülürdü. Lakin indi aydındır ki, sosioloji fikirdə uzun müddət hökmran olmuş bu fikir müəyyən dərəcədə məhdud xarakter daşıyır. Cəmiyyətin siniflərə bölünməsində təkcə mülkiyyət formalarına arxalanmaq kifayət etmir və bunun üçün iqtisadi, siyasi, mədəni və mənəvi amillərə kompleks şəkildə müraciət etmək lazımdır.
Bu nöqteyi-nəzərdən Qərb sosiologiyasında sinfin meyarlarının müəyyənləşdirilməsi müəyyən maraq kəsb edir. Burada siniflər iqtisadi imkanlarına, var-dövlətin ölçüsü və məşğulluq məsələlərinə görə bir-birindən fərqlənən böyük insan qrupları kimi qəbul edilir.
Sosial strukturun digər elementi sosial qrupdur. Sosial qrup dedikdə siniflər daxilində bir-birindən məşğulluğuna, peşə ixtisasına və təhsilinə, siyasi şüurluluğuna, mədəni göstəricilərinə və bütünlükdə sosial yetkinlik dərəcəsinə görə fərqlənən sosial subyektlər nəzərdə tutulur.
Strat-təbəqə termini də sosial strukturda çox vacibdir. Tez-tez "sinif və "strat" anlayışları eyniləşdirilir ki, bu da müəyyən dolaşıqlıqlara gətirib çıxarır.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə