M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə90/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   83   84   85   86   87   88   89   90   91
Muhazire fəlsəfə

Sosial-etnik münasibətlər cəmiyyətin sosial strukturunda əhəmiyyətli yer tutur. Etnik strukturların tədqiqi 1960-cı illərin sonunda yaranmış milli münasibətlərin sosiologiyası və ya etnososiologiya tərəfindən həyata keçirilir. Burada millətlərin və xalqların sosial inkişafı ilə bağlı sosial-iqtisadi, sosial-siyasi, mənəvi, mədəni-təhsil və s. problemlər öyrənilir. Sosioloji tədqiqatda milli münasibətlərin bütün aspektlərinə (millətlərarası, millətin daxilindəki və s. problemlərə) diqqət yetirilir. Burada milli problemlər ictimai həyatın iqtisadi, siyasi, mənəvi sahələrindəki dəyişikliklərlə sıx əlaqədə götürülür. Sosial-etnik münasibətlərin öyrənilməsində ölkədəki həm ümumi (sosial, iqtisadi, siyasi və s.) və spesifik vəziyyət, həm də lokal şəraiti xarakterizə edən mühit - müxtəlif tip şəhər və kəndlər, konkret etnik mühit, insanların bilavasitə ünsiyyət şəraiti (ailə, qonşuluq və s.) nəzərə alınmalıdır.
Milli məsələ həmişə milli inkişafda hüquq bərabərsizliyinin, milli inkişaf üçün bərabər imkanların olmadığı, millətlərarası münasibətlərdə inamsızlıq və ya düşmənçilik münasibətlərinin mövcud olduğu vaxt və şəraitdə meydana gəlir.
Dünya sosioloji fikrində sosial stratifikasiya - cəmiyyətin sosial təbəqələrə bölünməsi haqqında təlim geniş yayılmışdır. Bu nəzəriyyənin tərəfdarları qeyd edirlərki stratlar (təbəqələr) cəmiyyətdə mühüm rol oynayır və cəmiyyətdəki sosial münasibətlər müxtəlif stratlar arasındakı münasibətlərdən ibarətdir.
Qərbdə sosial stratifikasiyanı çox vaxt sosial bərabərsizliklə eyniləşdirir və onda iki əsas ölçü ayırırlar. Birinci ölçü əhalini iyerarxik qruplara, yəni yuxarı və aşağı təbəqələrə, siniflərə bölən stratifikasiyanın şaquli və sinfi modeli ilə bağlıdırsa, ikincisi sosial-mədəni rifahın və dəyərlərin qeyri-bərabər paylanmasından ibarət üfüqi stratifikasiya ilə əlaqəlidir.
Beləliklə, Qərbdə sosial bərabərsizlik sosial stratifikasiya konsepsiyasında cəmiyyətin sosial strukturunun təhlilində başlanğıc nöqtəsi kimi çıxış etdiyi halda, marksist nəzəriyyəsində əsas diqqət ictimai inkişafın başlıca subyektləri olan siniflər arasındakı münasibətlərin inkişafına yönəlmişdir. Burada sosial bərabərsizlik problemi az-az hallarda müzakirə olunur. Lakin buna müraciət olunduqda da o iqtisadi sahə, əmək və məişət şəraiti və ya əmək haqqının səviyyəsinin öyrənilməsi ilə məhdudlaşır; bu və ya digər siniflərin nümayəndələrinin imtiyazlarından söz düşdükdə isə buna istehsal münasibətlərinin elementi kimi baxılır. Məsələn, keçmiş sovet cəmiyyətinin struktur elementlərinə fəhlə və kəndli sinifləri, ziyalı təbəqəsi daxil idi. Bu cür "üçüzvlü formul" iqtisadiyyatın inkişafında aparıcı yer tutan qrupları, müxtəlif təşkilatların işçilərinin onların idarəetmədə roluna görə diferensiasiyasını və iqtisadiyyatın digər subyektlərini nəzərə almırdı. "Üçüzvlü formul" kütlələrin diqqətini iqtisadi və siyasi hakimiyyətin real subyektləri olan partiya-dövlət bürokratik aparatının nümayəndələrindən kifayət qədər müvəffəqiyyətlə yayındırırdı.
Beləliklə, yuxarıda qeyd etdiklərimizin əsasında stratifikasiyanın tərifini verək.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə