M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Strat dedikdə bir parametr - gəlir, təhsil, mülkiyyət və s. üzrə fərqləndirilən müəyyən təbəqə başa düşülür. Sosial-demoqrafik münasibətlər



Yüklə 363,25 Kb.
səhifə89/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   83   84   85   86   87   88   89   90   91
Muhazire fəlsəfə

Strat dedikdə bir parametr - gəlir, təhsil, mülkiyyət və s. üzrə fərqləndirilən müəyyən təbəqə başa düşülür.
Sosial-demoqrafik münasibətlər cəmiyyətin sosial strukturunda münasibətlər mühüm əhəmiyyətə malikdir. Bu münasibətlər demoqrafik strukturlarla (cins, yaş və ailə) sosial strukturun üst-üstə düşməsinin nəticəsidir. Sosial-demoqrafik münasibətlər təkrar istehsal prosesinin və onun ayrılıqda ərazilər üzrə formalaşmasının şərti kimi çıxış edir. Bu münasibətlər həmçinin doğum, ölüm, nigah, boşanma, şəhər və kənd, eləcə də müxtəlif ərazilər arasında əhalinin miqrasiya mübadiləsinin statisük parametrləri kimi çıxış edirlər.
Əhalinin yaş-cins strukturu özündə iki "kəsiyin" kombinasiyasını əks etdirir:
l) hər hansı bir ərazinin (ölkə, rayon) və ya müəyyən kollektivin tərkibində kişilərlə qadınlar arasındakı nisbət;
2) müxtəlif yaşlı əhali arasındakı nisbət.
Qeyd olunmalıdır ki, cinsə və yaşa görə fərqlər təkcə bioloji deyil, həm də sosial xarakter daşıyır. Bu gün bəzi ölkələrdə iqtisadi, siyasi və sosial sahələrdə xeyli problemlər mövcuddur ki, onlar da cəmiyyətin sosial-demoqrafik strukturunda özünü göstərməyə bilməz. Bu problemlərin gələcəkdə həlli ilə yanaşı, həmçinin işləyən qadınların kişilərlə bərabər vəzifə və ixtisaslaşma baxımından inkişafının təmin olunmasına çalışmaq lazımdır.
Sosial-demoqrafik strukturun növbəti mühüm elementi gənclərdir. Gənclərin sosial struktura qoşulma prosesinə, yaş, sosial, iqtisadi və digər, xüsusiyyətlər təsir göstərir.
Bazar iqtisadiyyatı şəraitində sosial strukturun transformasiyası gənclərin təhsili və əməyinin keyfiyyətinə sərt tələblər irəli sürür, gənclərin müxtəlif sosial qruplarının şansına, bu və ya digər iş yerlərini tutması imkanlarına, buradan da sosial vəziyyətə və hətta gənc oğlan və qızların müxtəlif kateqoriyalarının sosial optimizm dərəcəsinə təsir göstərir.
Sosial-demoqrafik münasibətlərin əsas elementləri kimi həmçinin təqaüdə qədər və təqaüd yaşlı, orta yaşlı kişi və qadınlar çıxış edirlər.
Perspektivdə cəmiyyətin sosial strukturunda sosial-demoqrafik qrupların getdikcə artması gözlənilir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə