Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə132/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   128   129   130   131   132   133   134   135   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

450 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3.4. Mühərrik kolbası hazırlayan avtomatik axın xəttinin təsviri. 

(1- külçə, 2-tökmə, 3-kəsmə, 4- termiki emal, 5- oturaq hissənin emalı, 6- deşmə və 

mərkəzləmə,  7-  şlisin  frezlənməsi,  8  -  ilk  hamarlama,  9  –  yağlama  deşiyinin 

açılması, 10 – hamarlama, 11 – üst səthin yonulması, 12 – çəkinin yoxlanması, 13 – 

çilalama, 14 – yuma, 15 – avtomatik soba, 16 – son deşmə, 17 – nəzarət, 18 – yuma, 

19 – qoruyucu örtüyün çəkilməsi, 20 – yağlı kağıza bükmə, 21 – qablaşdırma)  

  



Avtomatlaşdırmanın yayılması 

 

451 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.5. SSRİ-də yastıq hayırlayan avtomatik axın xətti.  

 



Avtomatlaşdırmanın yayılması 

 

452 

 

 

Transfer xətlərində müxtəlif strategiyalardan istifadə olunurdu (şəkil 



3.6).  Ölçmənin    nəticələri  çox  vaxt  alətlərin  yenidən  sazlanması  üçün 

istifadə  olunurdu.  Bununla,  alətin  yeyilməsini  proses  zamanı  nəzərə 

almaq  olurdu.  Avtomatlaşdırılmış  istehsal  xətlərinin  əsas  özəyi 

idarəetmə  sistemi  idi.  Bu  sistemlərin  işləməsinə  nəzarət  etmək  və  onun 

istismarında  yaranan  problemləri  aradan  qaldırmaq  üçün  istehsal 

maşınlarında idarəetmə sistemi ayrıca aqreqat kimi tətbiq edilirdi. 

 

  Avtomatlaşdırmanın  tətbiqi  ilə  texnologiyada  yeni  düşüncə  tərzi 



yaranır. Bununla prosesin avtomatlaşdırılması ilə ideyadan tam məhsula 

qədər olan proses zəncirində yeni imkanların açılması nəzərdə tutulurdu. 

Burada  söhbət  sadəcə  olaraq  mexaniki  proseslərin  avtomatlaş- 

dırılmasından getmirdi. Umumilikdə, elektronikanın tətbiqi ilə yaranmış 

yeni  texnika  və  texnologiyalar  insanların  istehsal  prosesində  təkrar 

olunan,  yorucu  fiziki  əməkdən  azad  edilməsinə  yönəlməklə  bərabər, 

istehsalın  məhsuldarlığının  artırılmasına  xidmət  edirdi.  Bu  prosesin 

sosial  nəticəsi  ondan  ibarət  idi  ki,  insan  əməyinə  az  ehtiyacı  olan 

maşınların  intensiv tətbiqi  müəyyən sənaye sahələrində işçilərin kütləvi 

şəkildə işdən azad olunmasına gətirib çıxarmışdır. Yüksək məhsuldarlıq 

və  işsizlik  kimi  ziddiyyətli  qarşıdurma,  avtomatlaşdırmanın  istehsala 

tətbiq olunduğu gündən bu prosesi müşaiət edir.  

 

Elmi-texniki  inqilabın  əsas  anlarından  biri  informasiyanın  maşın  və 



elektron  hesablama  texnikasının  köməyi  ilə  emal  olunması  idi. 

Hesablama  texnikasının  yaranma  tarixi    avtomatlaşdırmanın  inkişaf  ilə 

sıx bağlıdır.                

 

 



 

 

 



 

 

 




Avtomatlaşdırmanın yayılması 

 

453 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3.6. 4 və 6 silindrli mühərrik bloklarının hazırlanması  



 

 

üçün transfer xətti. 



 

 

 

 

 

 

 

 


Avtomatlaşdırmanın yayılması 

 

454 



3.2. Hesablama texnikasının maşınqayırmada tətbiqi 

3.2.1. Hesablama texnikasının yaranması haqqında  

 

 



M

aşınlarda  rəqəmli  idarəetmə  sistemlərinin  yaranması  hesablama 

texnikasının və elektronikanın inkişafı ilə birbaşa bağlı idi.  

 

Hesablama  maşınlarının  yaranma  tarixi  orta  əsrlərə  təsadüf  edir.  İlk 



dəfə  olaraq  1623-cü  ildə  alman  riyaziyatçısı  Vilhelm  Şikard  (alm. 

Wilhelm  Schikard)  sadə  əməliyyatları  aparmaq  üçün  hesablama  maşını 

düzəldir.  Ancaq  bu  maşın  öz  tətbiqini  tapmır.  Bundan  başqa  Blez 

Paskalın (ingl. Blaise Pascal) işlərindən də məlumdur ki, o 1643-ci ildə 

ilk  mexaniki  hesablama  maşınını  düzəltmişdir  (şəkil  3.7).  Paskalın 

maşınları nisbətən uğurlu olur. O, öz maşınlarından təxminən 50-ni sata 

bilir [3.5].  

 

Bu,  hər  iki  maşın  eyni  problem  ucbatından  məişətdə  tətbiq  oluna 



bilmirlər.  Əsasən  maşın  mexaniki  işlədiyindən  böyük  rəqəmlərin 

cəmlənməsi  zamanı  çarxları  hərəkət  etdirmək  üçün  böyük  qüvvə  tələb 

olunurdu.  Məsələn,  9+1  asanlıqala  yerinə  yetirildiyi  halda,  9999+1 

əməliyyatını  yerinə  yetirmək  üçün  böyük  qüvvə  lazım  idi.  Bu  məsələ 

texniki cəhətdən kifayət qədər həll olunmamışdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3.7. Paskalın düzəltdiyi “Pascaline” maşını. 



 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə