Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə135/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   131   132   133   134   135   136   137   138   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

462 

hazırlanması  üçün  Air  Force  Material  Command  (AMC)  Parsonsa  

sifariş  verən  zaman,  həm  də  bu  konstruksiya  üçün  normativ  kitabçanın 

tərtib  olunmasını  tələb  edir.  Bu  məsələnin  həlli  informasiya  həcminin 

böyük  olması  ucundan  çox  əməktutumlu  idi.  O  dövrün  hesablama 

maşını ilə bu işi görmək üçün bir il vaxt lazım idi. Pərlərin yüklənməsini 

ENİAC  maşınında  hesablmaq  üçün  Pensilvaniya  Universitetinə  sifariş 

verilir.  Sonra  Parsons  IBM  firması  ilə  danışıqlar  apararaq,  möhkəmlik 

və  profil  hesabatlarının  aparılması  üçün  IBM  602A  maşınının  tətbiqi 

üçün qərar qəbul edir. Bu maşın cədvəlləşdirmə, seçmə və perfokartların 

deşilməsi  üçün  qurğu  ilə  təchiz  olunur.  Bu  qurğunun  tətbiqi  ilə  lazım 

olan hesabatlar aparılır.  

 

Bu  məsələ  həll  olunduqdan  sonra  Parsons  emal  dəqiqliyinin 



artırılması  üzrə  işləməyə  başlayır.  Qarşıda  duran  əsas  problem  pərlər 

üçün  şablonların  hazırlanması  idi.  Müxtəlif  ölçülərdə  hazırlanmış 

şablonlarla pərin en kəsiyinin dəqiqliyi verilmiş addımlarla yoxlanılırdı 

(şəkil 3.13).                  

 

IBM  hesablama  maşınları  ilə  əldə  edilən  müsbət  nəticə,  Parsonsu 



pərin  səthinin  rəqəmli  şəkildə  təsvir  olunması  ideyasına  gətirir.  O,  belə 

qənaətə  gəlir  ki,  şablonun  səthini  təsvir  edən  xətləri  çoxlu  sayda 

nöqtələr  toplusu  şəklində  təsvir  etmək  olar.  Parsons  ideyasını  həyata 

keçirməyə  nail  olur.  Nəticədə,  bu  informasiyalar  perfokartlara 

köçürülmüş  deşiklər  şəklində  verilə  bilirdi.  Dəzgahda  çalışan  fəhlənin 

işi,  bu    informasiya  əsasında  dəzgahı  mövqeləşdirməkdən  ibarət  idi. 

Sonra  səthlərdə  alınan  çıxıntılar  (emal  olunmamış  səthlər)  əl  ilə 

hamarlanırdı.  

 

Yeni  idarə üsulu Parsonsa emal prosesinin  optimallaşdırılıması üçün 



imkanlar açır. Prosesin gedişində əsas xətalar yenə də fəhlələr tərəfindən 

yaradılırdı.  Əsas  problem  rəqəmlərin  cədvəldən  oxunması  və  dəzgahın 

lazımi  mövqeyə  gətirilməsi  idi.  Bu  iş  əl  ilə  görülürdü.  Parsons  rəqəmli 

informasiyaları  daha  perfokartlara  deşik  şəklində  köçürmək  yox,  bir 

başa  dəzgaha  ötürmək  istəyirdi.  Bu  ideyanın  gerçəkləşməsi  Parsonsun 

firmasına  verilən  yeni  sifariş  ilə  daha  da  gücləndirilir.  Yeni 




Avtomatlaşdırmanın yayılması 

 

463 

konstruksiyaya  malik  təyyarə  hissələrinin  hazırlanması  mövcud  texnika 

ilə  səmərəli  yerinə  yetirilə  bilmədiyindən,  Parsons  məsələnin  yeni  həlli 

üzrə düşünməyə başlayır. O, 1949-cu ildə Hava Qüvvələri Nazirliyindən 

(Air  Force)  yüksək  sərtliyə  malik,  rəqəmli  proqramla  idarəolunan  frez 

dəzgahının hazırlanması üçün sifariş alır. Sifarişin  həcmi 200000 dollar 

məbləğində olub, 21 ay müddətində yerinə yetirilməli idi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3.13. Rotor pərlərinin yoxlanması üçün şablon 

 

Yüksək mühəndis kontingentinə malik olmasına baxmayaraq, Parsonsun 



firması  bu  məsələnin  öhdəsindən  tək  gələ  bilmir.  Böyük  problem 

elektronika  və  idarəetmə  sahəsində  az  təcrübənin  olmasında  idi.  Buna 

görə də, Parsons MIT ilə əlaqəyə girib, alimlərlə birlikdə yeni dəzgahın 

hazırlanmasındakı  problemləri  həll  etmək  istəyir.  Nəticədə,  MIT  ilə 



Parsons  Corporation  arasında  1949-cu  ildə  müqavilə  bağlanır.  Bu 

müqaviləyə 

əsasən,  MIT-in  nəzdində  servomexanizmlər  üzrə 

ixtisaslaşmış  ötürmə  və  idarəetmə  texnikası  laboratoriyası  və  rəqəmli 

kompyüter  tədqiqatı  ilə  məşğul  olan  şöbələr  yeni  avtomatik  idarəetmə 

sistemini  yaratmalı  idilər.  Bu  institutda  müharibənin  sonundan 




Avtomatlaşdırmanın yayılması 

 

464 

başlayaraq  binar  verilənlər  əsasında  servo  idarəetmənin  əsasları  tədqiq 

olunurdu.   

 

Problemin  tədqiqi  ərəfəsində  məlum  olur  ki,  idarəetmə  sisteminə 



verilən  informasiyanı  mənimsəmək  üçün  IBM  kart  oxuyucusunun  gücü 

çatmır.  Bu  problemi  aradan  qaldırmaq  üçün  onlar  informasiyanı  lentlər 

şəklində  vermək  və  onun  oxunması  üçün  qurğunu  işləyirlər.  Bundan 

əlavə, hesablama texnikasının yaddaşı yeni texnoloji tələbat nəticəsində 

yaranan informasiya çoxluğunu emal etmək üçün kifayət etmir. Alimlər 

bu  problemləri  həll  etmək  üçün  yeni  kompleks  sistemi  yaratmaq 

qərarına  gəlirlər.  Parsonun  sadə  şəkildə  işləyən  idarə  sisteminin 

hazırlanmasını tələb etməsinə baxmayaraq,  MIT-in təklifi ABŞ-ın Hava 

Qüvvələri  Nazirliyi  tərəfindən  bəyənilir  və  layihənin  vaxtı  uzadılmaqla 

yeni  maliyyə  vəsaiti  ayrılır.  Böyük  və  mürəkkəb  ştampların  mexaniki 

emal  yolu  ilə  hazırlanmasında  yaranan  problemləri  aradan  qaldırmaq 

üçün  5  koordinatlı  frez  dəzgahının  yaradılması  təklifi  getdikcə 

sənayeçilər tərəfindən daha güclü şəkildə dəstəklənməyə başlanır.  

 

1951-ci  ildə  MIT-də  artıq  3  koordinatlı  frez  dəzgahın  prototipi 



hazırlanıb  sınaq  üçün  istifadəyə  verilir.  Bu  dəzgahda  informasiyanı 

idarəetmə  sisteminə  daxil  etmək  üçün  üzərində  yazı  yaddaşı  olan 

perfolentdən  istifadə  olunmuşdur.  MIT,  sənayenin  marağını  rəqəmli 

proqramla  idarəetmə  sisteminə  yönəltmək  üçün  apardığı  gərgin 

texnoloji  transfer  işlərindən  sonra,  1952-ci  ildə  çoxlu  sayda 

sənayeçilərin  iştirakı  ilə  baş  tutan  üç  günlük  seminarda  bu  dəzgahı 

nümayiş etdirməyə nail olur.  Burada, üç koordinatlı dəzgahın idarəetmə 

sisteminin işləmə qabiliyyəti təsdiq edilir.  

 

Qısa  bir  müddətdən  sonra  MIT,  Glenn  Martin  Company,  Bendiks 



Corporation  və  Kearney&Trecker  firmaları  arasındakı  birgə  işin 

nəticəsində  komersiya  məqsədilə  ilk  rəqəmli  idarəetmə  sistemi 

hazırlanıb 

bazara 


çıxarılır. 

Ancaq 


bu 

sistemlərin 

yayılması, 

müəssisələrin  onun  iş  qabiliyyətinə  inanmaması  nəticəsində  ləng 

gedirdi.  Bu  məsələni  araşdırmaq  üçün  MIT  1954-cü  ildə  NC 

texnikasının  sənaye  şəraitində  etibarlığını  yoxlamaq  üçün  bir  layihəni 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə