Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə137/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   133   134   135   136   137   138   139   140   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

468 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.15. Səs əsasında torna dəzgahının idarə olıunması. 

 

elektronika  hissələrinin,  kifayət  qədər  ixtisaslı  işçilərin  və  praktiki 



təcrübənin olmaması nəticəsində sənayeçilərin marağı aşağı idi.  

 

II  dünya  müharibəsindən  sonra  sərt  proqramlarla-  yumrucuqlarla 



işləyən seriyalı istehsal özünü doğrultmuş və onun tətbiqi artıq bütün sa- 

hələri əhatə etmişdir. Yumrucuqların dəyişilməsi universallaşdırılmış və 

prosesin aparılması üçün kifayət qədər işçi qüvvəsi var idi.     



Avtomatlaşdırmanın yayılması 

 

469 

 

Avropada  NC  sistem  ilə  işləyən  dəzgahların  inkişafında  İngiltərə 



maşınqayırması 

qabaqcıl 

idi. 

1955-ci 


ildə 

ilk 


dəfə 

olaraq 


Laurence&Electromotors 

firmasının, 

tam 

perfokartlarla 



proqramlaşdırıla  bilən  və  idarə  olunan  dəzgahı  nümayiş  etdirilir.  Bu 

dəzgahda EMI Electronics firmasının idarəetmə sistemi quraşdırılmışdır 

[3.12].  İngiltərədə  də  ABŞ-da  olduğu  kimi  NC  texnologiyasının 

inkişafına  təyyarəqayırma  sənayesi  təkan  vermişdir.  Bu  sahədə  çalışan 

mühəndislər,  texniki  tərəqqinin  tələbləri  ilə  səciyyələnən  mürəkkəb 

hissələrin  hazırlanmasında  yeni  texnologiyanın  tətbiqi  ilə  irəliləyiş  əldə 

etmək  məqsədi  daşıyırdılar.  1958-ci  ildə  NC  idarə  olunan,  böyük  üç 

koordinatlı  frez  dəzgahının  hazırlanması  haqqında  xəbər  verilir.  Bu 

sahədə FerrantiEMIEMCO Electronics və British Thomson şirkətləri 

fərqlənirdilər  [3.13].  1959-cu  ildə  İngiltərədə  ilk  dəfə  olaraq  frez 

dəzgahları  üçün  rəqəmli  idarəetmə  sisteminin  yaradılması  üzrə  ingilis-

amerikan  birgə  Coint-Venture  yaradılır.  Burada  Cincinnati  və  EMI 

firmalarının birgə işi böyük bəhrə vermişdir. 

 

Bu  ərəfədə 



Almaniyada  da  NC  sistemlərinin  yaradılması 

istiqamətində  işlər  aparılmağa  başlayır.  Darmştadt  Ali  Texniki 

Məktəbində  rəqəmli  idarəetmə  sisteminə  malik  torna  dəzgahının 

prototipi  düzəldilir  (şəkil  3.16).  Emal  texnologiyası  haqqındakı 

informasiyalar  maqnit  lentində  yaddaşa  verilir  və  düymənin  basılması 

ilə həyata keçirilirdi.  

 

NC  dəzgahları  ilə  aparılan  ilk  sınaqlar  iqtisadi  səmərəlik  yolunda 



qarşıya  çıxan  problemləri  göstərmişdir.  Bu  problemlər  əsasən,  ənənəvi 

dəzgahların  yeni  idarəetmə  sistemləri  ilə  təchizi  zamanı  yaranan 

konstruktiv  tələblərlə  ifadə  olunurdu.  Dəzgahın  hissələrinin  dəqiqliyi, 

yeyilmə,  rezonans  rəqslər,  elastiki  yerdəyişmələr  kimi  parametrlər 

dəqiqliyin idarə edilməsində böyük əhəmiyyət kəsb etmişdir.    

 

1950-ci  illərin  sonunda  dəzgahların  rəqəmli  proqramla  idarə 



olunması  yalnız  perfolent  və  maqnit  lentlərinin  bazasında  aparılırdı. 

Rəqəmli  idarə  olunmanın  yaranmasından  10  il  keçsədə  bu  sahədə 

sənayedə  elə  də  böyük  canlanma  hiss  olunmurdu.  Mütəxəssislər  bu 



Avtomatlaşdırmanın yayılması 

 

470 

texnologiyanın  ləng  yayılmasının  səbəbini  qiymət-səmərə  nisbətində 

görürdülər.  Dəzgahların  və  idarəetmə  sisteminin  baha  başa  gəlməsi  ilə 

bərabər  idarə  proqramlarının  hazırlanması  və  onların  informasiya 

daşıyıcılarına  köçürülməsi  böyük  maneə  olaraq  qalırdı.  Bu  problem 

əlverişli idarəetmə sxemlərinin yaranması ilə aradan götürülə bilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.16. Bir oxlu rəqəmli torna dəzgahının prototipi, 1958.

 

 

 



 

1960-cı  illərin  əvvəlində  rəqəmli  idarə  olunan  dəzgahların 

inkişafında  əsasən  üç  istiqamət  nəzərə  çarpır.  İdarəetmə  texnikasının 

daha  da  inkişaf  etdirilməsi,  yeni  proqramlaşdırma  üsullarının  işlənməsi 

və  dəzgahların  NC  texnikasının  tələblərinə  uyğunlaşdırılması  bu 

tərəqqinin əsasında dururdu.    

 

Almaniyada ilk NC dəzgahı 1960-cı ildə AEG firmasının hazırladığı, 



interpolyator  və  deşikli  lentlərlə  işləyən  dəzgah  idi.  Proqram  bu 

dəzgahda 5 sətirli perfolentin köməyi ilə yerinə yetirilirdi. Proqram bəzi 

həndəsi  elmentləri  (düzxətt,  çevrə)  hazır  tsikl  şəklində  tətbiq  edirdi 

(şəkil 3.17). Bu, proqramlaşdırmaya sərf olunan əməyi kəskin azaltmağa 

imkan yaratmışdır. Sonralar rəqəmli proqramların dəqiqliyini yoxlamaq 

üçün  xüsusi  oxuyucu  qurğulardan  istifadə  olunurdu.  Qurğular  proses 




Avtomatlaşdırmanın yayılması 

 

471 

dəzgahda  aparılmazdan  əvvəl  proqramda  olan  səhvləri  aşkar  etməyə 

imkan verirdi.  

 

Simens  şirkəti  də  başqa  alman  müəssisələri  kimi  NC  sistemlərin 

hazırlanmasına  başlamış  və  1960-cı  ildə  dəzgahlar  üçün  öz  ilk 

məhsulunu  bazara  çıxarmışdır.  Bu  sistem,  idarəetmə  sistemlərinin 

birinci nəslinin əlamətlərini özündə əks etdirirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.17. Analoq idarəemə sisteminə malik profil frez dəzgahı.

 

 

 



 

Az  sonra  Simens  firması  yeni  NC  sistemini  nümayiş  etdirir.  1965-ci 

ildə  Simens  ilə  Fanuc  firması  birgə  NC  sistem  yaratmağa  başlayırlar. 

Onlar  əvvəlcə  yüksək  elektrodinamik  xassələrə  malik  olan  addım 

mühərrikinin  yaradılması  ilə  məşğul  olurlar.  1970-ci  ildə  Hannoverdə 

keçirilən  sərgidə  AEG  firması  ilə  bərabər  Simensin  13  dəzgahqayırma 

müəssisələri  ilə  birlikdə  yaratdığı  DNC  (Direct  Numerical  Control-  bir 

başa rəqəmli  idarəetmə)    sistemi  də  vardır.  1975-ci  ildə  Simens  Yapon 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə