Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə136/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   132   133   134   135   136   137   138   139   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

465 

həyata  keçirməyə  başlayır.  İstehsalda  NC  texnikasının  tətbiqi 

haqqındakı 

təcrübənin 

olmaması 

bu 


araşdırmanı 

aparmağı 

çətinləşdirirdi.  Ona  görə  də,  bu  işin  yalnız  yeni  texnikanın  iqtisadi 

potensialının  qiymətləndirilməsi  əsasında  aparılması  mümkün  idi.  

Bunun  üçün  müxtəlif  hissələr  MIT  dəzgahında  rəqəmli  proqramla 

hazırlanaraq 

müəssisələrə 

göndərilmişdir. 

Müəssisələr 

öz 


texnologiyaları  ilə  bu  hissələrin  hazırlanması  üçün  lazım  olan  vaxtı  və 

dəyəri  hesablayaraq  müqayisə  aparmışlar.  Ancaq  bu  araşdırma  heç  də, 

MIT-in gözlədiyi nəticəni vermir. Araşdırma zamanı məlum olur ki, NC 

texnologiyası ilə hazırlanan hissələr ənənəvi üsullara nisbətən baha başa 

gəlir.  O  da  məlum  olmuşdur  ki,  hissənin  maya  dəyərindəki  ən  böyük 

pay  proqramlaşdırmanın  üzərinə  düşür.  Bu  aspekt  yeni  elmi

tədqiqat 



işlərinin aparılması istiqamətini müəyyən etmişdir.  

 

Hələ  1953-cü  ildə  MIT-də  çalışan  mühəndislər  perfolentlərin 



hazırlanmasında  rəqəmli  hesablama  maşınlarının  tətbiqinin  vacibliyini 

görmüşdülər.  Bununla  proqramlaşdırmaya  sərf  olunan  əməyi  azaltmaq 

mümkün  idi.  İlk  vaxtlarda  hissələrin  emal  prosesinin  proqram- 

laşdırılması,  burada  tətbiq  olunan  hesablama  texnikasının  iş  prinsipi 

haqqında  dərin  texniki  biliyə  malik  olan  mütəxəssislərin  tətbiqini  tələb 

edirdi.  Hər  bir  emal  addımı  maşın  dilinə  tərcümə  olunmalı  idi.  Buna 

görə də, yeni proqramlaşdırma dili yaradılmalı idi  ki, bunun köməyi ilə 

istənilən  texnoloq  emal  prosesini  NC  idarəetmə  sistemi  üçün  hazırlaya 

bilsin.  

 

MIT-in  işçiləri  fəzada  vektorial  hərəkəti  təsvir  etməyə  imkan  verən 



proqram  dilini  işləyirlər.  Bu  dilin  bazasında  fəaliyyət  göstərən  sistem 

Automatically Programmed Tools – APT adlanır. 1959-cu ildə bu sistem 

artıq iki ölçülü hərəkət üçün hazırlanaraq numayiş etdirilir [3.7].  

 

Bundan  sonra  ABŞ-da  tədricən  NC  texnikasına  olan  münasibət 



dəyişməyə  başlayır.  Bir  çox  Amerika  dəzgahqayırma  müəssisələri  yeni 

texnika  və  texnologiyanın  potensialını  görərək,  onun  tətbiqini 

gücləndirmişdilər.  NC  texnikası  ilə  təchiz  olunmuş  dəzgahların 

sənayedə yayılması isə onun baha başa gəlməsi səbəbindən ləng gedirdi. 




Avtomatlaşdırmanın yayılması 

 

466 

Dəzgahın qiyməti o dövr üçün ağıla sığmaz bir həddə çatmışdı. Bundan 

əlavə, NC dəzgahlarının tətbiqi əlavə təşkilati işlərin aparılmasını, yeni 

periferiyanın yaradılmasını tələb edirdi. Bu da yeni xərclər demək idi.  

 

Dəzgahların  inkişafını  nümayiş  etdirmək  imkanı  verən,  hər  5  ildən 



bir  təşkil  olunan  Çikaqo  sərgisində  1955-ci  ildə  çox  az  dəzgah 

perfolentlə  təchiz  olunmuş  idarə  sisteminə  malik  idilər.  Burada  əsasən 



Jones&LamsonGeneral Electric Co. firmasının idarə sistemi ilə işləyən 

Viedemann  firmasının  presləri,  Arter  Grinding  firmasının  burğu 

dəzgahları seçilirdi. NC dəzgahlarında burğu və frez alətlərini avtomatik 

dəyişmək  üçün  maqazin  nəzərdə  tutulmuşdur.  Dəzgahlar  arasında 

Kearney&Trecker  firmasına  mənsub  olan  Milvauke-Matris  ən  yüksək 

avtomatlaşdırma  dərəcəsinə  malik  olan  NC  emal  mərkəzi  idi  (şəkil 

3.14).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3.14. Emal mərkəzi, Milvauke-Matris, 1960.

 

 



 

1960-cı  ildə  Çikaqoda  nümayiş  etdirilən  dəzgahlarda  artıq  emal 

proseslərinin  avtomatlaşdırma  dərəcəsinin  yüksəldiyi  nəzərə  çarpırdı. 

İlk  dəfə  olaraq  mürəkkəb  həndəsəyə  malik  olan  hissənin  bir  NC 




Avtomatlaşdırmanın yayılması 

 

467 

proqramın 

köməyi 

ilə 


tam 

emal 


olunmasının 

mümkünlüyü 

göstərilmişdir.  

 

Rəqəmli  idarəetmə  dəzgahları  yüksək  veriş  sürətlərini  həyata 



keçirməyə  imkan  verirdi.  Bununla,  kəsici  materialların  o  dövrdə 

yaratdığı  yüksək  məhsuldarlıq  potensialının  tam  istifadə  olunması  üçün 

zəmin  yaranmışdır.  Böyük  sürətlərdə  emal  isə  öz  növbəsində 

dəzgahların  konstruktiv  baxımdan  inkişafını  tələb  edirdi.  Dəzgah, 

məhsuldar  alətlər  və  NC  idarəetmə  sisteminin  birlikdə  tətbiqi  sənayedə 

iqtisadi  baxımdan  maraqlı  nəticələrə  gətirib  çıxarmışdır.  Artıq  60-cı 

illərin  əvvəlində  ABŞ-ın  təyyarəqayırma  sənayesində  100-dən  çox  NC 

dəzgah  tətbiq  olunurdu.  NC  dəzgahların  tətbiqi  ilə  təkcə  Amerikada 

yox, həm də başqa sənaye dövlətlərində də bu dəzgahlara maraq artır və 

bəzi  dövlətlər  NC  idarəetmə  sistemlərinin  inkişafında  yaxından  iştirak 

edirlər.  Amerikadan  məlum  olan  praktiki  nəticələr  50-ci  illərdə  NC 

sistemlərinə olan etibarsızlığın aradan qaldırılmasına kömək etmişdir.  

 

Hələ  50-ci  illərdə  Almaniyada  mühəndislər  rəqəmli  idarəetmə 



sisteminin  yaradılması  ilə  məşğul  olmuşlar.  AEG  firmasında  çalışan 

mühəndis  Şmidt  1951-ci  ildə  Parisdə  keçirilən  sərgidə  özündə  NC 

sisteminin  əsaslarını  əks  etdirən  maraqlı  bir  torna  dəzgahını  nümayiş 

etdirir [3.11]. Bu idarə sistemi birinci hissənin emalında yerinə yetirilən 

bütün  əməliyyatları    səs  yaddaşında  saxlayırdı.  Sonra  bu  informasiya 

növbəti  hissənin  hazırlanmasında  tətbiq  olunurdu.  Birinci  hissəni  fəhlə 

ya  şablon,  ya  da  hər  hansı  səs  əsasında  emal  edir.  Əsas  kimi  emal 

zamanı  yaranan  səs  götürülür.  Dəzgahın  stolu  hərəkət  etdikdə  verişin 

istiqamət  və  sürətindən  asılı  olaraq  yaranan  səs  maqnit  lentinə  yazılır. 

Bu səs əsasında dəzgah istər dördbucaqlı, istərsə də çevrəvi hərəkət edə 

bilirdi  (şəkil  3.15).  Ancaq  bu  qurğu  idarəetmə  sisteminin  yüksək 

həssaslığı səbəbindən praktikada  tətbiq tapa bilmir.       

 

Avropada  NC  texnikasının  inkişafının  gec  başlanmasının  səbəbi, 



onun  tətbiq  sahəsinin  sənayeçilər  tərəfindən  gec  başa  düşülməsi 

olmuşdur.  Bu  yeni  texnikanın  Avropada  yayılmasının  səbəbləri 

Amerikada olduğundan fərqli idi. Avropada yeni texnikanın tətbiqi üçün 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə