Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə138/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   134   135   136   137   138   139   140   141   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

472 

firması  Fanuc  ilə  birgə  SINUMERIK  CNC-mikroprosessorunu  işləyirlər 

(şəkil  3.18).  Yapon  firmalarının  bu  sahədə  rolu  da  getdikcə  artmağa 

başlayır. Yaponiyada NC idarəetmənin rolu gec anlansa da onlar qısa bir 

zamanda  öz  sistemlərini  inkişaf  etdirərək  Amerika  və  Avropa  arasında 

olan  fərqi  azaldırlar.  Burada  əsasən,    Fujitsi  və  Fanuc  firmalarının 

işlərini göstərmək olar.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3.18. SINUMERIK idarəetmə sistemi ilə təchiz olunmuş frez dəzgahı. 



 

 

80-ci  illərin  əvvəlində  artıq  NC  sistemlərinə  qarşı  böyük  texnoloji 



etibarlıq  yaranmışdır.  Bu  texnologiyanın  praktikada  tətbiqindən  alınan 

yaxşı  nəticələr,  onun  haqqında  olan  müsbət  təsəvvürü  daha 

möhkəmləndirmişdir.  Bu  dəzgah  tiplərinin  fərdi  və  kiçik  seriyalı 

istehsalda  iqtisadi  səmərələliyi  daha  aydın  nəzərə  çarpırdı.  Köməkçi 

vaxtın  azalması  və  proqramlaşdırmanın  asanlaşması  nəticəsində 

hissələrin  emalı  az  vaxtda  yerinə  yetirilə  bilirdi.  Digər  tərəfdən,  70-ci 

illərdə 

Avropada 

ixtisaslı 

fəhlələrin 

çatışmamazlığı 

yüksək 


avtomatlaşdırılmış maşınların tətbiqini tələb edirdi.         


Avtomatlaşdırmanın yayılması 

 

473 

3.2.3. Rəqəmli idarəetmə sistemlərinin tərkibi və  

 

 

proqramlaşdırılması 

 

 

Rəqəmli  idarəetmə  sistemlərinin  əsas  məqsədi  maşınlarda  işçi 



hissələrin  mövqeləşdirilməsinin  idarə  olunmasından  və  nəzarət 

edilməsindən ibarətdir. Mövqeləşdirmənin növündən asılı olaraq mövqe, 

xətti və kontur üzrə idarəetmə fərqləndirilir (şəkil 3.19). 

 

Mövqe  idarəetmə  ən  sadə  variant  olub,  maşının  işçi  hissələrini 



verilmiş  nöqtədə  bir-birinə  nisbətən  mövqeləşdirmək  və  bu  vəziyyətdə 

hər  hansı  bir  əməliyyatı  yerinə  yetirməyə  xidmət  edir.  Bir  nöqtədən 

başqa  nöqtəyə  hərəkət  boş  gedişdə  yerinə  yetirilir.  Buna  misal  olaraq, 

burğulama və qaynaq proseslərini göstərmək olar. 

 

Xətti  idarəetmə  emal  şəraitində  baş  verdiyindən  sistemə  böyük 



ağırlıq  düşür.  Dəzgahın  hərəkət  oxuna  paralel  hərəkət  zamanı  alət 

kəsmədə iştirak edir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3.19. Idarəetmə sistemlərinin növləri. 

 

 



Bu iki idarəetmə sisteminin üstün cəhəti onların sadə quruluşa malik 

olması  və  ucuz  başa  gəlməsindən  ibarətdir.  Sadə  əməliyyatlarda  tətbiq 

olunduğundan bahalı hesablama texnikasına ehtiyac qalmır.    



Avtomatlaşdırmanın yayılması 

 

474 

 

Üçüncü  qrupa  daxil  olan  rəqəmli  idarəetmə  sistemləri  maşının  işçi 



hissəsini  eyni  zamanda  üç  koordinat  oxu  boyu  verilmiş  kontur  üzrə 

hərəkət etdirməyə imkan veirir. Bu sistemlər nisbətən mürəkkəb hərəkət 

yerinə yetirdiyindən, onların hazırlanmasında maşının hərəkətini ani bir 

zamanda  hesablayıb,  rəqəmli  şəkildən  real  hərəkətə  çevirmək  üçün 

güclü  hesablama  texnikasına  ehtiyac  yaranır.  Kontur  boyu  hərəkət 

proqramlaşdırılan zaman  hərəkət kiçik  yol parçaları şəklində hesablanır 

və idarə proqramı bu parçaların başlanğıc və son nöqtələrini birləşdirən 

xətlər  şəklində  verilir.  Proses  zamanı  dəzgahın  idarə  sistemi  bu 

proqrama  əsasən  verilmiş  kiçik  yol  parçalarını  (millimetr  həddində) 

interpolyasiya  edərək  əyrixətli  hərəkəti  həyata  keçirir.  Bu  növ 

proqramların  hazırlanması  böyük  zəhmət  tələb  etdiyindən  60-cı  illərdə 

ilk  növbədə  mövqe  və  xətti  idarəetmə  sistemləri  geniş  tətbiq  olunur. 

Ancaq sənayeçilər qarşısında duran mürəkkəb texnoloji proseslər kontur 

üzrə 


idarəetmə 

sistemlərinin 

proqramlaşdırılmasının 

inkişaf 


etdirilməsini də tələb edirdi.  

 

60-cı  illərdə  bir  neçə  proqramlaşdırma  üsulları  işlənib  tətbiq  olunur. 



Bir  çox  istehsalçılar  perfolentlərdən  istifadə  edirdilər.  Bunun  səbəbi 

ondan  ibarət  idi  ki,  perfolentlər  maqnit    lentlərinə  nisbətən  toz,  rütubət 

və  elektromaqnit  sahələrindən yaranan təsirlərə davamlı idilər. Bundan 

əlavə  proqramlaşdırmada  edilən  səhvləri  asanlıqla  aradan  qaldırmaq 

olurdu.  Kağız  və  plastikdən  hazırlanan  perfolentlərdəki      deşiklərin 

açılması  ilk  vaxtlarda  əl  ilə  aparılırdı.  Sonralar  perfolentləri  yazan 

maşınlar  düzəldilir  (şəkil  3.20).  Perfolentlərin  tətbiqinin  əvvəlində 

universallaşdırılmış  kodlaşdırma  məlum  deyildi.  Amerikada  8  yollu 

perfolentlərdən  istifadə olunduğu halda, Avropada 5 yollu lentlər tətbiq 

olunurdu.  

 

Sonralar  yarımkeçirici,  tranzistor  və  elektron  hissələr  əsasında 



düzəldilmiş  idarəetmə  sistemlərinin  yaranması  ilə  informasiyaların 

yaddaşa verilməsi və emalı asanlaşır.       

 

1966-cı  ildə  Londonda  keçirilən  NC  dəzgahları  sərgisində  artıq  yeni 



informasiya  daşıyıcılarının  inkişafı  görünürdü.  Elektronikada  yarım- 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə