Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə141/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   137   138   139   140   141   142   143   144   ...   159

Avtomatlaşdırmanın yayılması 

 

482 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 3.24. Diyircəklərdə oturan sürüşmə yastığı.

 

 



Dəzgahlarda  tətbiq  olunan  güclü  ötürmə  sistemləri  dəzgahın  bütün 

komponentlərinin 

statik, 

dinamik 


və 

termiki 


xassələrinin 

yaxşılaşdırılmasını  tələb  edirdi.  Bundan  əlavə,  yonqar  nəql  edən 

mexanizmin  yaxşılaşdırılması,  müxtəlif  soyuducu-yağlayıcı  mayelərin 

tətbiqi  və  ölçü-nəzarət  sistemlərinin  tam  izolə  olunması  vacib 

məsələlərdən idilər.  

 

İdarə sistemlərinin inkişafı dəzgahların texniki imkanlarını artırmaqla 



bərabər,    yeni  texnoloji  imkanlara  malik  dəzgah  funksiyaları  da 

yaratmışdır. Beləliklə, 50-ci illərin sonunda emal mərkəzləri yaradılır və 

1960-cı  ildə  ilk  dəfə  olaraq  Çikaqo  dünya  sərgisində  nümayiş  etdirilir. 

Bu  yeni  dəzgah  konstruksiyasında  inteqrasiya  olunmuş  alət  seçimi 

sistemi, alət  maqazinindən avtomatik alət və pəstah dəyişdirilməsi  kimi 

yeni  funksiyalar  mövcud  idi.  Yeni  tipli  dəzgahda  torna,  frez  və 

burğulama əməliyyatları avtomatik olaraq aparılırdı [3.14].   

 

Sərgidə  mütəxəssislərin  böyük  marağına  səbəb  olan  emal  mərkəzi, 



idarəetmə  sistemləri  və  dəzgahların  hazırlanması  ilə  məşğul  olan 

firmaları  öz  tətbiq  sahələrinin  genişləndirməsinə  həvəsləndirmişdir. 




Avtomatlaşdırmanın yayılması 

 

483 

Sonralar  hər  hansı  kiçik  bir  əlavə  funksiyaya  malik  olan  NC  dəzgahı 

emal mərkəzi adlandırılmağa başlayır. 

 

1967-ci  ildə  Hannoverdə  keçirilən  sərgidə  nümayiş  etdirilən  emal 



mərkəzlərindən,  artıq  Avropa  istehsalçılarının  hazırladıqları  NC 

dəzgahlarının  ABŞ-da  istehsal  olunanlarla  eyni  səviyyədə,  bəzi 

sahələrdə  isə  hətta  müəyyən  texnoloji  üstünlüyə  malik  olmaları  aydın 

görünürdü  [3.15].  Buna  misal  olaraq,  alət  dəyişdirilməsinin  mexaniki 

aparılmasını göstərmək olar (şəkil 3.25).       

 

 



 

 

 



     

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.25. CNC-emal mərkəzi.

 

 

  



 

Bir çox dəzgahlar pəstahların mexaniki dəyişdirilməsinə imkan verən 

tərtibatlara  malik  idilər.  Dəzgahdan  kənarda,  diyircəkli  stolun  üzərində 

yerləşdirilmiş  müxtəlif hissələrin  hər biri ayrılıqda kodlara malik idilər. 

Pəstah  dəzgaha  verildikdən  sonra  idarəetmə  sistemi  koda  uyğun  olaraq 

rəqəmli proqramlardan istifadə edirdi.   

 

Rəqəmli  idarəetmə  sistemindən  geniş  istifadə  olunması  robotların 



inkişaf  etdirilib,  sənayedə  tətbiqinə  imkan  yaratmışdır.  Əvvəllər  yalnız 

mövqe idarəetməyə  malik olan robotlar əl ilə yerinə  yetirilən birdəfəlik 




Avtomatlaşdırmanın yayılması 

 

484 

hərəkətləri təkrar-təkrar yerinə yetirirdi. Rəqəmlə idarə olunan köməkçi 

avtomatların tətbiqi çevik istehsal sistemlərinin yaranmasında ilk addım 

idi.  

 

Verilmiş  sayda  hissələrin,  əl  əməyinin  müdaxiləsi  olmadan  tam 



avtomatik  emal  olunması  üçün  emal  mərkəzlərinin  texniki  imkanları 

hələ  kifayət  etmirdi.    Bu  məsələnin  həlli  istiqamətində  ilk  addım  60-cı 

illərin  ortalarında  atılaraq,  transfer  xətlərində  bir-birinin  ardınca 

qoşulmuş dəzgahlar tətbiq olunur. Bu, ilk  dəfə olaraq ABŞ-da fəaliyyət 

göstərən  İnternational  Harvester  şirkətində  tətbiq  olunur.  Pəstahların 

ayrı-ayrı  yerlərdə  emalı  bir  mərkəzi  kompyüter  tərəfindən  nəzarət 

olunurdu.  

 

İri  seriyalı  istehsalda  böyük  sayda  pəstahın  hazırlanması 



avtomatlaşdırılmış texnologiya ilə uğurla həyata keçirildiyi  halda, kiçik 

seriyalı  istehsalda  bu  texnologiyaların  tətbiqi  əlverişli  deyildi.  Kiçik 

seriyalı  istehsalda  avtomatlaşma  dərəcəsini  artırmaq  üçün  emal 

mərkəzləri  və  transfer  xətlərinin  sintezindən  ibarət  texnoloji  prosesin 

əsasları işlənməli idi.  

 

Kiçik və orta seriyalı istehsalda proseslərin avtomatlaşdırılması üçün 



1970-ci  ildə  Ropol  və  Doletsalek  yeni  çevik  istehsal  sistemlərinin 

işlənməsini təklif edirlər.  

 

Onlar  yeni  istehsal  sistemində  avtomatlaşdırılmış  emal  prosesini 



yerinə  yetirmək  məqsədilə  informasiya,  enerji  və  material  axınının 

maşın sistemində cəmləşdirilməsini nəzərdə tuturdular. Bu, o demək idi 

ki,  ayrı-ayrı  dəzgahlar  ümumi  texnoloji  sistemin  tərkib  hissəsi  olub, 

prosesin  ümumi  informasiya  və  material  axınına  inteqrasiya  olunur. 

Emal  mərkəzlərindən  fərqli  olaraq,  burada  tətbiq  olunan  dəzgahlardan 

yalnız  öz  imkanlarını  mövcud  texnoloji  prosesdə  iştirak  edən  başqa 

dəzgahlara uyğunlaşdırılması tələb olunurdu [3.16]. 

 

İnteqrasiya  olunmuş  çevik  istehsal  sistemləri    bir  neçə  emal 



mərkəzindən ibarət olub, həm də ölçü və təmizləmə maşınları və termiki 

emal  avadanlıqlarını  özündə  cəmləşdirir.  Avtomatik  nəqledici  sistemlər 

emal  olunan  hissələri  bir  əməliyyat  yerindən  başqasına aparır. Prosesin 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə